Dünya 27.04.2022 11:04

ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO

Aprelin 26-da Bakıda səfərdə olan ATƏT-in media azadlığı üzrə nümayəndəsi Tereza Ribeyro şəhid jurnalistlərin yaxınları ilə görüşüb.

Rakus.az xəbər verir ki, görüşdə şəhid jurnalistlər Məhərrəm İbrahimovun və Sirac Abışovun qardaşı Əsgər İbrahimov, Şirzad Abışov, Milli Qəhrəman, jurnalist Salatın Əsgərovanın oğlu Ceyhun Əsgərov iştirak edib.

Medianın İnkişafı Agentliyinin (MEDİA) Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli görüş iştirakçılarını xanım T.Ribeyroya təqdim edərək deyib: “Çox maraqlıdır ki, şəhid jurnalistlərin bu görüşdə iştirak edən yaxınları da məhz bu peşənin sahibləridir və onların şərəfli yolunu davam etdirirlər”.

“Dezinformasiyanın artması və onun media sahəsinə təsiri mövzusunda” ADA Universitetində keçirilən “dəyirmi masa” çərçivəsində baş tutan bu görüşdə “Report” İnformasiya Agentliyinin redaktoru Ə.İbrahimov Azərbaycanda söz və mətbuat azadlığından, media sahəsində qəbul olunun yeni qanunun əhəmiyyətindən söz açıb.

ATƏT-in nümayəndəsi bir neçə azərbaycanlı jurnalistin erməni terrorunun qurbanı olduğunu xatırladaraq, bu faktların dünya ictimaiyyətində Ermənistanın terrorçu dövlət olduğunu, onların dinc sakinləri, o cümlədən qələm sahiblərini həmişə hədəf seçdiklərini bildirib.

Xanım Tereza Ribeyro bu görüşün onda maraqlı təəssürat yaratdığını bildirib, münaqişə və müharibələr zamanı peşə fəaliyyətini yerinə yetirən jurnalistlərin hər zaman təhlükə ilə üzləşdiklərini vurğulayıb.

O, bu gün keçiriləcək “dəyirmi masa”nın media nümayəndələri üçün faydalı olacağını söyləyib: “Burada bzi və Azərbaycan mediasını maraqlandıran suallar müzakirə ediləcək. Ümidvaram ki, müzakirələr pozitiv olacaq”.

 

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO