Elm və təhsil 09.04.2024 16:41

ATMİA Bakıda italiyalı memarın iştirakı ilə seminar təşkil edib - FOTO

Aprelin 9-da “ATMİA İnşaat həftəsi” çərçivəsində Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetində (AzMİU) italyan memar və professor, Genuya Memarlar Assosiasiyasının üzvü Nikola Ruggieronun sahibkarlar və Azərbaycan Memarlıq və İnşaat Universitetinin yuxarı kurs tələbələri üçün seminarı təşkil olunub.

Rakus.az xəbər verir ki, AzMİU və İtaliya Ticarət Agentliyinin dəstəyi, Azərbaycan İnşaat Materialları İstehsalçıları Assosiasiyasının (ATMİA)  təşkilatçılığı, “Matanat A” Şirkətlər Qrupunun baş sponsorluğu və MİRVANA dekorativ boyalarının sponsorluğu ilə təşkil edilən tədbir inşaat və memarlıq sahələrinin peşəkarlarının və tələbələrinin diqqətini cəlb edib.

ATMİA-nın Baş Katibi Şahanə Sarı öz çıxışında AzMİU və İtaliya Ticarət Agentliyi, eləcə də 25 illik tarixə malik “Matanat A” şirkətlər qrupu və italyan texnologiyası ilə istehsal edilən Mirvana dekorativ boyalarına layihədə göstərdiyi təşkilati dəstək üçün təşəkkür edib.

Tədbir İtaliya Ticarət Agentliyinin direktoru Andrea Makkanikonun salamlama çıxışı ilə açılıb və o, ölkələr arasında mədəni və peşəkar mübadilə üçün belə tədbirlərin sevincini və əhəmiyyətini ifadə edib.

Tədbirdə AzMİU-nun Memarlıq fakültəsinin dekanı professor Zahidə Məmmədova çıxış edərək memarlıq və inşaat sahəsində beynəlxalq ekspertlərlə əməkdaşlığın vacibliyini vurğulayıb.

Professor Nicola Ruggiero mühazirə iştirakçılarına qabaqcıl italyan texnologiyaları və memarlıq sahəsində innovasiyalar haqqında unikal perspektiv təqdim edib. “Matanat A” Şirkətlər Qrupunun yeni innovasiyası olan, İtaliyanın qabaqcıl texnologiyalarından istifadə etməklə istehsal olunan MİRVANA dekorativ boyalarının təqdimatına xüsusi diqqət yetirilib. Yeni dekorativ boyalar böyük marağa səbəb olub və tədbir iştirakçıları tərəfindən müsbət rəylər alıb.

Xatırladaq ki, Azərbaycan Prezidentinin 2009-cu il 16 dekabr tarixli Sərəncamı ilə hər il aprelin 10-u ölkədə “İnşaatçılar günü” peşə bayramı kimi qeyd olunur. Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiyasiyası (ATMİA) ilk dəfə olaraq 1-9 aprel tarixində keçirdiyi İnşaat Həftəsi çərçivəsində silsilə tədbirlər təşkil edib. 2017-ci ildə yaradılan Assosiasiyanın əsas məqsədi ölkədə tikinti materialları istehsalına dəstək vermək, tikinti materialları sənayesinin inkişafı istiqamətində dövlət tərəfindən iqtisadi və sosial inkişaf sahəsində həyata keçirilən tədbirləri təbliğ etməkdir.

 

XƏBƏR LENTİ
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO
Mətbuat / 18.02.2026 09:00
Etibarlı və dinamik xəbər mənbəyi olan Baku TV 8 yaşında - VİDEO