Səhiyyə 25.08.2020 11:00

Atmosferin çirklənməsi ürək-damar xəstəlikləri riskini artırır

Ürək-damar xəstəliklərinin yaranma riski atmosferin çirklənməsi ilə bilavasitə əlaqədardır. Klivlend Keys Rezerv Universitetinin (Ohayo ştatı, ABŞ) kardioloqlarının gəldiyi nəticə belədir. Onlar havanın çirklənməsinin insan orqanizmində kardiometabolik proseslərin yaranmasına təsirini tədqiq ediblər. Bu da insulinə rezistentlik, ikinci tip şəkərli diabet və digər xəstəliklər yaradır. Tədqiqatın nəticələri ABŞ-ın “Journal of Clinical Investigation” nəşrində yer alıb.

Rakus.az xəbər verir ki, Klivlend Keys Rezerv Universitetinin Ürək-Damar Tədqiqatları İnstitutunun direktoru, layihənin rəhbəri Sancay Racaqopalan deyib: “Nyu-Dehlidə və Pekində ətraf mühitin çirklənməsini imitasiya edən tədqiqatımızda havaya РМ2,5 zərrəciklərini buraxdıq”.
Bu amillər ürək-damar patologiyası olan insanlar üçün xüsusən təhlükəlidir.

Onlar xəstəliyin kəskinləşməsinə səbəb olur, infarkt, insult və stenokardiya tutmaları yaradır. Tədqiqatçılar laboratoriya siçanları üzərində təcrübə apararaq onları üç qrupa bölüblər. Birinci qrup təmiz hava, ikinci qrup 24 həftə ərzində çirklənmiş hava ilə tənəffüs edib, üçüncü qrupa həddən artıq yağlı qida verilib. Patologiya çirkli hava ilə nəfəs alan və “yağlı” qidalanan siçanlarda müşahidə edilib. Onlarda şəkər sürətlə yaranıb, miokardda distrofiya prosesləri müşahidə edilib.

“Bizim tədqiqatımız genomun çirklənmiş havanın təsiri altında dəyişməsini göstərən ilk təcrübədir. Yaxşı yenilik ondan ibarətdir ki, təmiz hava ilə nəfəs alanda patoloji dəyişiklik azalır və heyvanın orqanizmi bərpa olunmağa başlayır”, – Sancay Racaqopalan bildirib.

Tədqiqatlar göstərir ki, havanın çirklənməsi hər il dünyada təqribən doqquz milyon insanın ölümünə, bir neçə milyon insanda isə diabet, insulinə rezistentlik yaranmasına səbəb olur. Havanın çirklənməsi miokard infarktının, insultun və digər bu kimi xəstəliklərin yaranmasında “baza” komponenti hesab edilir.

Məruzədə vurğulanır ki, əlverişsiz ətraf mühit hər şeyin sona çatması demək deyil; belə şəraitdə insanlar maska (N95) taxmalı, habelə evdə, mənzildə kondisionerin filtrini tez-tez dəyişməli, evdə və nəqliyyatda pəncərəni açmamalıdırlar. Artıq çəkisi olan insanlar fiziki təmrinlərə xüsusi diqqət yetirməlidirlər.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO