Səhiyyə 21.02.2024 10:02

ATU-da Ortodontiya kafedrası fəaliyyətə başlayıb - FOTO

Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsində — Ortodontiya kafedrası fəaliyyətə başlayıb.
Rakus.az xəbər verir ki, ilk mühazirə dərsi universitetin professor-müəllim heyətinin birgə iştirakı ilə baş tutub.
Stomatologiya fakültəsinin dekanı Elmira Əliyeva, Ortopedik stomatologiya kafedrasının müdiri Nazim Pənahov, Terapevtik stomatologiya kafedrasının müdiri Vaqif Həsənov, Tibb Universitetinin – Tədris Stomatoloji klinikasının direktoru Mahir Səfərov çıxış edərək Azərbaycan Tibb Universitetində “Ortodontiya” kafedrasının yaradılmasının vacibliyindən və xüsusi əhəmiyyətindən söz açıblar.
Kafedranın müdiri tibb elmləri doktoru, dosent Ramidə Şadlinskaya “Ortodontiya” kafedrasının yaradılması haqqında sərəncamın ölkəmizin tibbi təhsilində və stomatologiya sahəsində yeni bir mərhələnin başlanğıcını simvolizə etdiyini bildirib.
Vurğulanıb ki. Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəylinin müvafiq sərəncamı həkimlərin tibb təhsilində və stomatologiya sahəsində daha dərin bilik və bacarıqlar əldə etmək imkanı yaradacaq və ölkənin sağlamlıq sektorunda xidmət səviyyəsini yüksəltməyə kömək edəcək. Kafedra bütün lazımi avadanlıqlarla tam təchiz olunub və kafedrada yüksək təcrübəli professor-müəllim heyəti fəaliyyət göstərir.
Sonda kafedra adından Azərbaycan Tibb Universitetinin rəhbərliyinə, Stomatologiya fakültəsinin professor və müəllim heyətinə minnətdarlıq ifadə olunub.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO
Mətbuat / 18.02.2026 09:00
Etibarlı və dinamik xəbər mənbəyi olan Baku TV 8 yaşında - VİDEO