Səhiyyə 26.04.2019 14:29

ATU-da xatirə tədbiri keçirldi

Ötən əsrin 60-70-ci illərində gözün infeksion xəstəliklərindən olan traxoma çox geniş yayılmışdı və əhalinin xeyli hissəsi kor olmaq təhlükəsi ilə üzləşmişdi. Həmin vaxtlar akademik Zərifə Əliyeva ölkəmizin tanınmış oftalmoloqları ilə birgə həmin xəstəliyin qarşısının alınmasında müstəsna xidmətlər göstərib. O, 1947-ci ildə Tibb Universitetini fərqlənmə ilə bitirdikdən sonra Moskvada İxtisasartırma kursunu keçəndən sonra traxoma xəstəliyi ilə əlaqədar tədqiqatlarını davam etdirib və bu sahədə ən yaxşı mütəxəssislərdən biri sayılırdı. Təsadüfi deyil ki, o, gözün zədələnməsinin öyrənilməsi və profilaktikası sahəsindəki orijinal işlərinə görə SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülən ilk qadın oftalmoloq olub. Əməkdar Elm Xadimi, tibb elmləri doktoru professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın xalqımız qarşısında misilsiz xidmətləri olub. SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü və Azərbaycan Sülhü Müdafiə Komitəsinin sədr müavini Zərifə Əliyeva xeyirxah əməlləri ilə xalqımızın yaddaşlarında silinməz xatirələrlə yaşayır.

Rakus.az xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetində Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın anadan olmasının 96-cı illiyinə həsr olunmuş xatirə tədbirində danışılıb.

Universitetin rektoru, professor Gəray Gəraybəyli dünya şöhrətli oftalmoloq Zərifə Əliyevanın keçdiyi həyat yolu və həkimlik fəaliyyəti dövründəki müalicə üsulları barədə söhbət açıb.

Tədbirdə akademik Zərifə Əliyevanın həyat yolu və elmi fəaliyyətindən bəhs edən “Elegiya” sənədli filmi nümayiş etdirilib.

Universitetin oftalmologiya kafedrasının müdiri, professor Paşa Qəlbinur akademiki oftalmoloq peşəkarlığı, ana qayğıkeşliyi, insan kimi nəcib və xeyirxah keyfiyyətləri barədə bəhs edərkən deyib: “Zərifə xanım təkcə oftalmologiya sahəsində deyil, dentologiya, tibbi etika barədə də çox maraqlı tədqiqatların müəllifi idi. Onun qələmə aldığı “Yüksək etimad” kitabı bu gün də həkimlərin stolüstü kitabıdır”.

Oftalmologiya kafedrasının dosenti Solmaz Əliyeva və rezidenti Fərid İskəndərov məşhur oftalmoloq-alimin elmi araşdırmaları, monoqrafiyaları, müalicəyə çətin tabe olan xəstəliklər sahəsində apardığı tədqiqatlardan bəhs ediblər. Onlar görkəmli professorun kitablarını bu gün də xeyirxah peşə sahibləri üçün ən yaxşı vəsait olduğunu söyləyiblər.

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov xeyirxah və nəcib əməlləri ilə hələ sağlığında özünə əbədiyyət heykəli qoymuş görkəmli şəxsiyyət Zərifə Əliyevanın keçdiyi ömür yolunu sonrakı nəsillər üçün böyük örnək olduğunu qeyd edib, alimin xalqımız qarşısında misilsiz xidmətlərini xatırladıb.

Xatirə tədbirində rayonda yaşayan görmə qüsurlu uşaqlara eynəklər paylanılıb.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 03.02.2026 22:46
Beşbarmaq, Bəbirli, Bəbirli Yeri, Bəzirxana, Bəybalı, Bəybuğan – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.02.2026 14:22
Bəybuğan dağı necə Bağaysar oldu? – ANONS - FOTO - VİDEO
Elm və təhsil / 02.02.2026 10:01
“Basarkeçər həkimləri” kitabının təqdimatı keçirilib – FOTO - FOTO
Gündəm / 02.02.2026 00:02
Azərbaycanda Gənclər Günü qeyd olunur
Hərbi / 31.01.2026 23:40
Türk silah mədəniyyəti və Avropa zirehlərindən fərqi - VİDEO
Siyasi, Sosial / 30.01.2026 23:12
“Atam evdə “İravanda xan qalmadı” mahnısını oxuyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 30.01.2026 14:22
Arınc sevgisi ilə yaşayan Nigar Həsənovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi / 29.01.2026 22:56
“Azərbaycan dilinin hüquqi statusu Ermənistan parlamentində müzakirə oluna bilər” - VİDEO
Siyasi / 29.01.2026 14:22
“Seçkilərdə Paşinyanın Qərbi Azərbaycan kartı” – ANONS - VİDEO
Mədəni, Siyasi / 28.01.2026 23:40
“Spendiarovun musiqisi ermənilərin İrəvan saxtakarlığını ifşa etdi” - VİDEO
Mədəni / 28.01.2026 14:22
“İrəvan etüdləri” – səsli türk portreti – ANONS - VİDEO
Siyasi, Sosial / 27.01.2026 22:55
Beybudabad, Berdateğ, Berdi Xaraba, Berdtəpə, Bekciqazlı – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 27.01.2026 14:22
Tarixi XV əsrə dayanan türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 27.01.2026 11:00
Göygöldə Abbas Göyçəgölün 2 kitabının təqdimatı olub - FOTO
Mətbuat / 25.01.2026 12:07
“Yeni Sabah” 7 yaşını qeyd edir
Hərbi / 24.01.2026 23:45
Azərbaycanda yerli silah ənənələri necə formalaşıb? - VİDEO
Siyasi, Sosial / 23.01.2026 23:26
“Rus generallar bizə dedilər ki, burada yaşaya bilməzsiniz, köçün” - FOTO - VİDEO
Siyasi, Sosial / 23.01.2026 14:22
“Atamı daşnaklar öldürmək istəyirdilər” – Arif Orucovun “Həyat Hekayəsi” – ANONS - FOTO
Siyasi / 22.01.2026 22:56
“Göyçə” adı niyə Ermənistan cəmiyyətində qıcıq yaradır?” - VİDEO
Siyasi / 22.01.2026 14:22
Erməniləri qorxudan Qərbi Azərbaycan anlayışı – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 22.01.2026 10:50
XIII əsrdə Göyçədən yüksələn dua
Elm və təhsil / 21.01.2026 23:03
Ermənilər yeni geosiyasi reallığa uyğunlaşa biləcək, yoxsa Ermənistanı tərk edəcək? - VİDEO
Elm və təhsil / 21.01.2026 14:22
Erməni kartı necə işə salınıb? – ANONS - VİDEO
Mətbuat / 21.01.2026 12:33
“Global Media Group” ötən il media sahəsində yüksək nəticələr qazanıb
Siyasi, Sosial / 20.01.2026 23:32
Başnalı, Başsız, Berd qalacıq, Berdadağ – türk tarixinin izi - FOTO - VİDEO
Sosial / 20.01.2026 14:22
Başnalı necə Bağramyan oldu? – ANONS - FOTO - VİDEO