Dünya 15.05.2019 07:08

Avropa İttifaqı illik hesabat yaydı

Avropa İttifaqı “Dünayada insan hüquqları və demokratiya ilə bağlı vəziyyətə dair” illik hesabat yayıb.

Rakus.az xəbər verir ki, hesabatın Azərbaycana aid hissəsində ölkədə insan hüquqları ilə bağlı vəziyyətin hələ də “narahatlıq” doğurduğu bildirilir.

“Fundamental sərbəst toplaşmaq, söz və birləşmək azadlığı və hakimiyyət orqanları tərəfindən opponent və ya opponent hesab edilənlərin təqibi davam edir. Vətəndaş cəmiyyəti üçün kiçildilmiş fəaliyyət dairəsi məhdudlaşdırıcı qanunvericiliklə, o cümlədən xaricdən maliyyələşdirmə üzrə müddəalarla daha da sıxılmışdır,” – hesabatda deyilir.

Sənəddə həmçinin arbitrar həbsələrə diqqət yetirilir: “Məhkəmə qərarı olmadan tanınmış media internet səhifələri bağlanıb, inzibati göstərişə görə müxbirlərin tutulması və ya saxlanması halları baş verib. Vəkillər Assosiasiyasının üzvü olmayan vəkillərin məhkəməyə çıxmasını qadağan edən yeni qaydalar ədalət mühakiməsinə əlçatımlığa ciddi şəkildə mane olur. Vəkillər Assosiasiyası İnsan hüquqları (İH) müdafiəçilərinin məhkəmə işlərində fəal olan bəzi vəkillərin lisenziyasını əlindən alıb. Azərbaycan beynəlxalq öhdəliklərinə uyğun olaraq Avropa İnsan Hüquqları Məhkəməsinin qaydalarına uyğunluğu artırmalıdır”.

Azərbaycanla Avropa İttifaqı arasında gözlənilən sazişlə bağlı ictimai dinləmələr keçirilib

Heasabatda deyilir ki, Aİ-nın Azərbaycanla əməkdaşlığı son vaxtlar, xüsusilə də 2018-ci ilin sentyabr ayında Tərəfdaşlıq Prioritetlərinin imzalanması ilə intensivləşib ki, bu da növbəti illərdə əməkdaşlığı istiqamətləndirəcək və onu genişləndirəcək. Bu prioritetlər 2020-ci ilədək maliyyə əməkdaşlığını siyasi çərçivə ilə təmin edəcək.

“Aİ-Azərbaycan arasında yeni Saziş ətrafında aparılan danışıqlar davam edir. Demokratik prinsiplərə, qanunun aliliyinə, insan hüquqları və fundamental azadlıqlara hörmət və vətəndaş cəmiyyəti ilə əməkdaşlıq sazişin əsasında duran məsələlərdir,” – Avropa İttifaqı diqqətə çatdırır.

Sənəddə Azərbaycanda insan hüquqları və demokratiya ilə bağlı vəziyyətə dair 2018-ci ildə üç bəyanat verildiyi vurğulanır.

Sənddə həmçinin bildirlir ki, Avropa İttifaqının Bakıdakı Nümayəndəliyi insan hüquqları ilə bağlı təcili məsələlərin ünvanlanması üçün Ədliyyə və Daxili İşlər Nazirlikləri ilə işçi səviyyəsində münasibətlər qurub, humanitar mahiyyətli bir sıra müraciətlər təqdim edib: “Üzv Dövlətlərlə yaxın əməkdaşlıqda Avropa İttifaqının Nümayəndəliyi siyasi məhbuslar, müxalifətdən olan fəalların inzibati qaydada saxlanılması kimi cari halları yaxından yoxlayıb, müxalifətdən olan tərəflərin vəkilləri və qohumları, nümayəndələri, vətəndaş cəmiyyəti təşkilatları, eləcə də dövlət qurumları ilə görüşlər keçirir. Ölkədə insan hüquqları ilə bağlı vəziyyəti müzakirə etmək məqsədilə Ombudsman Aparatında bir sıra görüşlər keçirilib.”

QHT-Vətəndaş Cəmiyyəti
QHT-Vətəndaş Cəmiyyəti

Avropa İttifaqının Azərbaycana yardımı indikativ olaraq yeddi ili əhatə edən (2014-2020) 139 milyon Avro və 169 milyon Avro arasında proqramlaşdırılıb.Avropa Qonşuluq Alətinin ilk beş ilində Azərbaycana yardım paketi 79 milyon Avroya bərabər olub.

2019-cu il üçün Avropa İttifaqının nəzərdə tutulan yardımı (15 milyon Avro) Şərq Tərəfdaşlığının dörd prirotet sahəsində Avropa İttifaqı-Azərbaycan arasında Tərəfdaşlıq Prioritetlərinin həyata keçirilməsini dəstəkləyəcək, vəsaitlərin bir hissəsi vətəndaş cəmiyyətinin dəstəklənməsinə yönələcək.

Hesabatda deyilir ki, Avropa Şurasının üzvü olaraq Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsinin qaydalarına uyğunlaşmaq və onları tam şəkildə həyata keçirmək öhdəliyi var.

BMT-nin İnsan Hüquqları Şurasının üzvü olaraq Azərbaycan “İnsan hüquqlarının təşviqi və qorunması və Davamlı İnkişaf, Terrorizm və İnsan Hüquqları naminə 2030 Gündəliyinin həyata keçirilməsinə” dair qətnamə təqdim edib (mart 2018).

XƏBƏR LENTİ
İdman / 05.10.2025 09:22
“Yurd.Media”-“Zəfər 44”ə, “Vətən” isə “Veteranlar”a qarşı
İdman / 05.10.2025 02:25
“APA” və “Baku TV” qələbə qazanıb - FOTO - VİDEO
Mədəni / 04.10.2025 23:21
“Azərbaycan mətbəxi: sufi və dərviş süfrələri”
İdman / 04.10.2025 08:42
“APA”-“BakuWS” və “Baku TV”-“AZƏRTAC” duelə çıxır
Siyasi, Sosial / 03.10.2025 23:18
“Milli yaddaşımızdan erməni xisləti heç vaxt çıxmayıb” - FOTO - VİDEO
Sosial / 03.10.2025 14:16
Andranikin şəkilini qoparıb atırdıq – Avtandil Məmmədovun “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
İdman / 03.10.2025 09:22
Həftə sonu 8 komanda münasibətlərə aydınlıq gətirəcək - FOTO
Siyasi, Təhlil / 02.10.2025 23:32
Alma-Ata Bəyannaməsi niyə İrəvanı həyəcanlandırır? - VİDEO
Siyasi / 02.10.2025 14:22
“Ermənistan 20-25 ilə yox olacaq” – ANONS
Siyasi, Sosial / 01.10.2025 23:42
“Sovetlərin Ankaraya qarşı ideoloji aləti: “erməni kartı”nın yaranması, yayılması və bugünkü iflası” - VİDEO
Siyasi / 01.10.2025 14:22
Türkiyəyə qarşı “erməni kartı” – ANONS
İdman / 01.10.2025 08:22
Telekanal və saytların xatirə turniri ilə bağlı SÜJET və XƏBƏRLƏRİ - FOTO - VİDEO
Siyasi, Sosial / 30.09.2025 23:29
Baba bulaq, Babakişi, Babaxan toponimi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 30.09.2025 18:44
“Sülh sazişi ilin sonunadək imzalana bilər” - VİDEO
Sosial / 30.09.2025 14:22
Məhv edilən Baba mənşəli toponimlər – ANONS - VİDEO
Müsahibə / 30.09.2025 13:22
ABŞ və Çin Azərbaycanla əməkdaşlığa can atır – ANONS - VİDEO
İdman / 30.09.2025 08:03
Turnirin ilk həftəsi – yaddaqalan mənzərə - FOTO
Sosial / 29.09.2025 23:00
“Samuxda 6225 Qərbi azərbaycanlı məskunlaşıb” - VİDEO
Gündəm, İdman / 29.09.2025 16:14
İlk həftənin mənzərəsi: epizodlar, qollar, növbəti oyunlar və bombardirlər – CƏDVƏL - FOTO
İdman / 29.09.2025 09:25
“Dəmir Yumruq” qələbə qazandı, “İctimai TV” heç-heçə etdi - FOTO - VİDEO
İdman / 28.09.2025 10:10
“Dəmir Yumruq” “Zəfər 44″, “Cəmiyyət” isə “Veteranlar”la görüşür
İdman / 28.09.2025 09:52
“Real Tv” və “Az TV” tura qələbə ilə başlayıb - FOTO
İdman / 28.09.2025 08:22
Bakıda 4-cü Ənənəvi Minifutbol Turnirinin açılış mərasimi olub - FOTO - VİDEO
Gündəm / 27.09.2025 10:07
Şəhid jurnalistlərin xatirəsinə Minifutbol Turnirinin bu gün açılışı olacaq - FOTO
Gündəm, Hərbi / 27.09.2025 08:02
Vətən müharibəsinin başlanmasından 5 il ötür - VİDEO
Gündəm / 27.09.2025 00:08
Prezident İlham Əliyevin Anım Günü paylaşımı - FOTO