Dünya 03.09.2019 03:34

Avropada və Mərkəzi Asiyada 4 milyondan çox yoxsul var

1990-cı ildə dünya əhalisinin 36 faizi günə azı 2 dollara dolanırdı, lakin 25 ildən sonra belə insanların sayı 10 faizədək, 2018-ci ilin sonunda isə 8,6 faizədək azalıb.

Rakus.az xəbər verir ki,  BMT-nin məlumatına görə, bu barədə təşkilatın Baş katibinin məruzəsində deyilir. Lakin bu gün yoxsulluğun miqyasının azalma sürəti qarşıya qoyulan vəzifəni – yaxın 10 ildə yoxsulluğu ləğv etmək məsələsini şübhə altına qoyur.

“Müəyyən tərəqqiyə baxmayaraq, 2030-cu ilədək olan dövrdə dayanıqlı inkişaf sahəsində Gündəlikdə əks olunan Hədəf 1-də nəzərdə tutulduğu kimi, dünya 2030-cu ilədək yoxsulluğun ləğv edilməsinə doğru bütövlükdə çox asta sürətlə irəliləyir”, – BMT rəhbəri vurğulayıb.

Son illərdə inkişaf etməkdə olan və orta səviyyəli gəlirə malik ölkələrdə yoxsulluğun miqyasının azalma sürəti qlobal iqtisadi geriləmə, münaqişələr, iqlim dəyişmələri və təbii fəlakətlər nəticəsində aşağı düşüb. Dünyanın əksər regionlarında adambaşına düşən ümumi daxili məhsulun artım sürəti yoxsulluğun ləğvi üçün zəruri olan göstəricidən xeyli aşağıdır.

Vəziyyət, həmçinin qeyri-bərabərliyin sərt artması ilə də çətinləşir. “Əhalinin 10 faiz yoxsul təbəqəsinin gəlirlərinin ildə azı 3 dollar artdığı bir vaxtda yoxsulluğun kökünü kəsmək çox çətindir…”, –  məruzədə bildirilir.

Ekspertlər özlərinin dəyərləndirmələrində bir sıra amilləri nəzərə alıblar. Onlar qeyd edirlər ki, 2018-ci ildə dünyada 1,3 milyard yoxsul müəyyən edilib: 560 milyon Böyük Səhradan cənubda yerləşən Afrika ölkələrində, 546 milyon Cənubi Asiyada, 118 milyon Şərqi Asiya və Sakit okean regionunda, 66 milyon ərəb dövlətlərində, 32 milyon Latın Amerikası və Karib hövzəsi ölkələrində, 4 milyon isə Avropa və Mərkəzi Asiya ölkələrindədir.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO
Mətbuat / 18.02.2026 09:00
Etibarlı və dinamik xəbər mənbəyi olan Baku TV 8 yaşında - VİDEO