Avropanın enerji təhlükəsizliyinə töhfə verəcəyik – Ərdoğan
“TANAP layihəsinin başa çatdırılması üçün böyük səylər göstərdik”.
Rakus.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP layihəsinin Avropa ilə birləşəcək hissəsinin açılış mərasimində çıxışında deyib. Ərdoğan layihənin reallaşdırılması üçün çəkilən zəhmətin boşa getmədiyini diqqətə çatdırıb.
“Daxildə və xaricdə, öhdəsindən gəldiyimiz onlarla təhlükəyə, münaqişəyə baxmayaraq, TANAP-ı planlaşdırılmış şəkildə inkişaf etdirdik, bugünkü mərhələyə gətirdik. Enerjinin “İpəkyolu” adlandırılan bu möhtəşəm layihənin ölkələrimizlə bağlı hissəsini əvvəlcədən müəyyənləşmiş tarix və hədəflərimizə uyğun şəkildə tamamladıq. Biz TANAP-la ölkəmizin enerji ehtiyaclarını təmin etməklə yanaşı, Avropanın da enerji təhlükəsizliyinə töhfə verəcəyik”, – deyə o əlavə edib. (apa.az)