Dünya 18.05.2019 09:43

Avstraliyada federal seçkilər başladı

Mayın 18-də Avstraliya Federal Parlamentinə seçkilər başlayıb.

Rakus.az xəbər verir ki, ilk seçki məntəqələri ölkənin qərb sahillərində yerli vaxtla səhər saat 08:00-da açılıb.

Avstraliya Seçki Komissiyasının (AEC) məlumatına görə, bu seçkilərdə ölkənin 25 milyon sakinindən 16,5 milyondan çoxu Nümayəndələr Palatasının 151 deputatına və 76 senatordan 40-na səs verəcək. Avstraliya seçki qanunvericiliyinə əsasən qalan 36 senator noyabrın 2-dək seçiləcək.

AEC-in sədri Tom Rocers bildirib ki, bu, ölkə tarixində ən böyük seçkilərdir. Ölkə üzrə fəaliyyət göstərən 8 min yerli və regional seçki məntəqəsində çalışmaq üçün 80 mindən çox könüllü cəlb edilib. Gün ərzində 558 mobil briqada səsvermə üçün 3 mindən çox qəsəbə, kənd, xəstəxana və qocalar evini ziyarət edəcək. Avstraliyanın bütün dünyadakı səfirlik və konsulluqlarında isə 85 seçki məntəqəsi fəaliyyət göstərəcək.

Nümayəndələr Palatasındakı 151 yer uğrunda 1056 siyasətçi mübarizə aparır. Daha 458 siyasətçi Senatdakı 40 yerə namizəddir. Yeni parlamentdə daha çox yer qazanacaq siyasi partiya onun fraksiyasından olan deputatlarla hökuməti formalaşdıracaq. Həmin partiyanın sədri isə Baş nazir olacaq. Qələbə üçün Nümayəndələr Palatasında 76 yer qazanmaq lazımdır.

Xatırladaq ki, Avstraliya parlamentindəki yerlər uğrunda iki əsas siyasi təşkilat – Leyboristlər və Liberallar partiyaları mübarizə aparır. Liberallar Partiyası 2013-cü ildən bəri Avstraliya Milli Partiyası ilə koalisiyada hökumətə başçılıq edir. Bundan əlavə, ölkə parlamentinə daxil ola biləcək siyasi qüvvələr arasında “Yaşıllar”, “Birləşmiş Avstraliya” və Cənubi Avstraliyadan olan müstəqil senatorun yaratdığı “Nik Ksenofonun komandası” siyasi təşkilatının yaratdığı koalisiya da var.

Seçki məntəqələrinin yerli vaxtla saat 18:00-da bağlanacağı və bundan sonra səslərin hesablanmasına başlanacağı bildirilir. Seçkilərin ilkin nəticələrinin gecə yarısı məlum olacağı gözlənilir.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 01.10.2025 23:42
“Sovetlərin Ankaraya qarşı ideoloji aləti: “erməni kartı”nın yaranması, yayılması və bugünkü iflası”
Siyasi / 01.10.2025 14:22
Türkiyəyə qarşı “erməni kartı” – ANONS
İdman / 01.10.2025 08:22
Telekanal və saytların xatirə turniri ilə bağlı SÜJET və XƏBƏRLƏRİ - FOTO - VİDEO
Siyasi, Sosial / 30.09.2025 23:29
Baba bulaq, Babakişi, Babaxan toponimi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 30.09.2025 18:44
“Sülh sazişi ilin sonunadək imzalana bilər”
Sosial / 30.09.2025 14:22
Məhv edilən Baba mənşəli toponimlər – ANONS - VİDEO
Müsahibə / 30.09.2025 13:22
ABŞ və Çin Azərbaycanla əməkdaşlığa can atır – ANONS - VİDEO
İdman / 30.09.2025 08:03
Turnirin ilk həftəsi – yaddaqalan mənzərə - FOTO
Sosial / 29.09.2025 23:00
“Samuxda 6225 Qərbi azərbaycanlı məskunlaşıb” - VİDEO
Gündəm, İdman / 29.09.2025 16:14
İlk həftənin mənzərəsi: epizodlar, qollar, növbəti oyunlar və bombardirlər – CƏDVƏL - FOTO
İdman / 29.09.2025 11:00
Bakıda 4-cü Ənənəvi Minifutbol Turnirinin açılış mərasimi olub - FOTO - VİDEO
İdman / 29.09.2025 09:25
“Dəmir Yumruq” qələbə qazandı, “İctimai TV” heç-heçə etdi - FOTO - VİDEO
İdman / 28.09.2025 10:10
“Dəmir Yumruq” “Zəfər 44″, “Cəmiyyət” isə “Veteranlar”la görüşür
İdman / 28.09.2025 09:52
“Real Tv” və “Az TV” tura qələbə ilə başlayıb - FOTO
Gündəm / 27.09.2025 10:07
Şəhid jurnalistlərin xatirəsinə Minifutbol Turnirinin bu gün açılışı olacaq - FOTO
Gündəm, Hərbi / 27.09.2025 08:02
Vətən müharibəsinin başlanmasından 5 il ötür - VİDEO
Gündəm / 27.09.2025 00:08
Prezident İlham Əliyevin Anım Günü paylaşımı - FOTO
Gündəm / 27.09.2025 00:02
Azərbaycanda Anım Günüdür
Siyasi, Sosial / 26.09.2025 23:14
“Bizimlə dostluq edən erməniləri saqqallılar güllələyirdilər” - FOTO - VİDEO
Sosial / 26.09.2025 14:22
“Həsrət ürəyimizi parçalayır” – Şəfiqə Cəfərovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 25.09.2025 22:45
“Dördüncü respublika” Azərbaycanla sülhün başlanğıcıdır? - VİDEO
Siyasi / 25.09.2025 14:22
“Paşinyanın “dördüncü respublikası” – ANONS - VİDEO
Gündəm / 25.09.2025 11:30
Şəhid jurnalistlərin xatirəsinə 4-cü Ənənəvi Futbol Turniri başlayır - FOTO - VİDEO
Siyasi, Sosial / 24.09.2025 23:36
“Əvvəl erməni, sonra xristian” erməni kimliyinin əsas şüarıdır - VİDEO
Siyasi, Sosial / 24.09.2025 14:22
Ermənilərin gizli kilsə siyasəti – ANONS - VİDEO
Gündəm, Mətbuat / 24.09.2025 11:30
Həqiqət carçısı “Haber Global” 7 yaşını qeyd edir