Dünya 19.05.2019 08:00

Avstraliyada səsvermənin nəticələri hesablanır

Avstraliyada keçirilən ümummilli seçkinin nəticələrinin nəticələri hesablanır.

Rakus.az xəbər verir ki, yüksək səviyyəli müxalifət liderləri diqqətini istixanan qaz emissiyalarını azaltmağa yönəltmiş mərkəz-solçu hökümət yaradacaqlarına dair nikbindirlər.

Galaxy exit-polu müxalif Leyboristlər Partiyasının 151 yerlik Nümayəndələr Palatasında 82 yer qazana bilər. Partiyaların hökümət formalaşdırmaları üçün isə onlar Nümayəndələr Palatasında yerlərin əksəriyyətinə sahib olmalıdırlar.

“Mən nikbinəm. Mən bizim öndə olduğumuzu düşünürəm, amma nikbin olmaqdan çox ehtiyatlıyam”, – Leyboristlər Partiyasının sədr müavini Tanya Plibersek bildirib.

Avstraliyanın 25 milyonluq əhalisinin əksəriyyətinin yaşadığı şərqi ştatlarda səsvermə yerli vaxtla saat 6-da başa çatıb. Ölkənin qərb sahilində isə səsvermə iki saat sonra başa çatır.

A plÜzərində Avstraliyanın baş naziri Skot Morrisonun şəkli əks olunan plakat.
A plÜzərində Avstraliyanın baş naziri Skot Morrisonun şəkli əks olunan plakat.

Rəy sorğuları göstərir ki, mühafizəkar Liberal Partiyasının başçılıq etdiyi koalisiyanın üçüncü dəfə məğlub olacaq və Skot Morrison Avstraliya federasiyasının 118 illik tarixində ən qısa vaxt vəzifədə olan baş nazir olacaq.

Morrison mühafizəkarların onlar 2013-cü ildə seçiləndən bəri artıq üçünce baş nazirləridir. O, avqust ayında Malkol Törnbulu əvəzləyib.

Morrison Tazmaniya ştatında kampaniya apararaq günə başlayıb. O, partiyasının orada müxalif mərkəz-solçu Leyboristlər partiyasından yerləri alacağına ümid bəsləyir. Daha sonra Morrison səs vermək və Sidney yerləri uğrunda kampaniya aparmaq üçün 900 kilometr uzaqda yerləşən Sidneyə uçub.

Müxalifət lideri Bill Şorten şənbə səhər Leyboristlərin qalib gələcəyindən əmin olduğunu, lakin Morrisonla bağlı təxmin irəli sürə bilməyəcəyini deyib.

“Bu gün səslər hesablanacaq və biz nəticənin nə olduğunu görəcəyik. Mən bu gecə ilə bağlı heç bir təxmin irəli sürmürəm”, – Morrison səs verəndən sonra söyləyib.

Səsvermə məntəqəsinin çıxışında Morrisona hökümətin bu yaxınlarda təsdiq etdiyi Adani kömür mədəninə qarşı etiraz edən nümayişçi yaxınlaşıb. Lakin mühafizə xidməti baş nazirə yaxınlaşmadan onun qarşısını ala bilib.

Şorten seçki kampaniyasının şənbə səhər səs verdiyi Melburn şəhərindəki səsvermə mərkəzlərində aparıb.

Şorten deyib ki, o, Leyboristlərin bazar günündən etibarən ölkəni idarə edəcəyini təxmin edir. Onun dediyinə görə, əsas prioriteti az-maaşlı işçilərin əmək haqlarını artırmaq, bazar günü işləyənlərin maaşlarını artırmaq və Avstraliyanın istixanan qaz emissiyalarını azaltmaq olacaq.

“Bütün dünya biləcək ki, əgər Leyboristlər seçilsə, Avstraliya yenidən iqlim dəyişikliyinə qarşı mübarizə aparacaq”, o deyib.

Şorten Avstraliyanın istixana qazlarını azaltmaq üçün daha iddialı hədəflər platforması ilə seçki kampaniyası yürüdüb.

Avstraliya dünyanın ən böyük kömür və mayeləşdirilimiş təbii qaz ixracatçısıdır. Ölkə həmçinin kömürdən əldə olunan elektrik enerjisindən asılı olduğu üçün dünyanı adam başına ən çox karbon qazı ilə çirkləndirən ölkələrdən biridir.

Antarktidadan sonra dünyanın ən quru qitəsi olaraq Avstraliya meşə yanğınları və dağıdıcı fırtınalar kimi iqlim dəyişikliyinin təhlükələrinə açıqdır.

Hökümət Avstaliyanın 2030-cu ilədək emissiyaları səviyyəsinin 2005-ci ildən 26-28 faiz aşağı salacağını vəd edib. Leyboristlər isə eyni müddət ərzində emissiyaları 45 faiz azaldacağına söz verib.

XƏBƏR LENTİ
Sosial / 03.10.2025 14:16
Andranikin şəkilini qoparıb atırdıq – Avtandil Məmmədovun “Həyat Hekayəsi” – ANONS - FOTO
İdman / 03.10.2025 09:22
Həftə sonu 8 komanda münasibətlərə aydınlıq gətirəcək - FOTO
Siyasi, Təhlil / 02.10.2025 23:32
Alma-Ata Bəyannaməsi niyə İrəvanı həyəcanlandırır? - VİDEO
Siyasi / 02.10.2025 14:22
“Ermənistan 20-25 ilə yox olacaq” – ANONS
Siyasi, Sosial / 01.10.2025 23:42
“Sovetlərin Ankaraya qarşı ideoloji aləti: “erməni kartı”nın yaranması, yayılması və bugünkü iflası” - VİDEO
Siyasi / 01.10.2025 14:22
Türkiyəyə qarşı “erməni kartı” – ANONS
İdman / 01.10.2025 08:22
Telekanal və saytların xatirə turniri ilə bağlı SÜJET və XƏBƏRLƏRİ - FOTO - VİDEO
Siyasi, Sosial / 30.09.2025 23:29
Baba bulaq, Babakişi, Babaxan toponimi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 30.09.2025 18:44
“Sülh sazişi ilin sonunadək imzalana bilər” - VİDEO
Sosial / 30.09.2025 14:22
Məhv edilən Baba mənşəli toponimlər – ANONS - VİDEO
Müsahibə / 30.09.2025 13:22
ABŞ və Çin Azərbaycanla əməkdaşlığa can atır – ANONS - VİDEO
İdman / 30.09.2025 08:03
Turnirin ilk həftəsi – yaddaqalan mənzərə - FOTO
Sosial / 29.09.2025 23:00
“Samuxda 6225 Qərbi azərbaycanlı məskunlaşıb” - VİDEO
Gündəm, İdman / 29.09.2025 16:14
İlk həftənin mənzərəsi: epizodlar, qollar, növbəti oyunlar və bombardirlər – CƏDVƏL - FOTO
İdman / 29.09.2025 09:25
“Dəmir Yumruq” qələbə qazandı, “İctimai TV” heç-heçə etdi - FOTO - VİDEO
İdman / 28.09.2025 10:10
“Dəmir Yumruq” “Zəfər 44″, “Cəmiyyət” isə “Veteranlar”la görüşür
İdman / 28.09.2025 09:52
“Real Tv” və “Az TV” tura qələbə ilə başlayıb - FOTO
İdman / 28.09.2025 08:22
Bakıda 4-cü Ənənəvi Minifutbol Turnirinin açılış mərasimi olub - FOTO - VİDEO
Gündəm / 27.09.2025 10:07
Şəhid jurnalistlərin xatirəsinə Minifutbol Turnirinin bu gün açılışı olacaq - FOTO
Gündəm, Hərbi / 27.09.2025 08:02
Vətən müharibəsinin başlanmasından 5 il ötür - VİDEO
Gündəm / 27.09.2025 00:08
Prezident İlham Əliyevin Anım Günü paylaşımı - FOTO
Gündəm / 27.09.2025 00:02
Azərbaycanda Anım Günüdür
Siyasi, Sosial / 26.09.2025 23:14
“Bizimlə dostluq edən erməniləri saqqallılar güllələyirdilər” - FOTO - VİDEO
Sosial / 26.09.2025 14:22
“Həsrət ürəyimizi parçalayır” – Şəfiqə Cəfərovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 25.09.2025 22:45
“Dördüncü respublika” Azərbaycanla sülhün başlanğıcıdır? - VİDEO
Siyasi / 25.09.2025 14:22
“Paşinyanın “dördüncü respublikası” – ANONS - VİDEO