Dünya 19.05.2019 23:29

Avstriyada növbədənkənar seçki keçiriləcək

Avstriyanın Federal Prezidenti Aleksander Van der Bellen ölkədə növbədənkənar seçkilər keçiriləcəyini elan edib.

Rakus.az xəbər verir ki, Avstriyanın vitse-kansleri Haynts-Kristian Ştraxe ilə bağlı sensasiyalı videomaterial mətbuatda yayımlandıqdan sonra ölkədə siyasi böhran yaranıb. Vitse-kansler H.K. Ştraxe tutduğu bütün siyasi vəzifələrdən istefa verdikdən sonra koalisiyalı hökumətin işini davam etdirilməsi ilə bağlı Avstriya Xalq Partiyası (ÖVP) və Avstriya Azadlıq Partiyası (FPÖ) arasında danışıqlar nəticəsiz başa çatıb.

Axşam saatlarında mətbuat qarşısına çıxan federal kansler və Avstriya Xalq Partiyasının sədri Sebastian Kurts mövcud şərtlər altında hazırkı hökumətin işini davam etdirməsinin qeyri-mümkün olduğunu bildirib. Sağçı-radikal düşərgəni təmsil edən FPÖ təmsilçilərinin son aylar və həftələrdə ÖVP-nin siyasi kursu ilə uzlaşmayan rəftar və çıxışları, son olaraq isə vitse-kanslerlə bağlı qalmaqallı videonun gündəmə gəlməsinin əməkdaşlığı dayandırmağa səbəb olduğunu qeyd edən S. Kurts dövlət başçısı Aleksander Van der Bellenə ən yaxın zamanda növbədənkənar parlament seçkilərinin keçirilməsini təklif etdiyini bildirib.

Axşam saatlarında Avstriyanın Federal Prezidenti Aleksander Van der Bellen ölkədəki siyasi böhranla bağlı mətbuat açıqlaması verib. O, federal kanslerin təklifini qəbul etdiyini elan edib və vətəndaşlarda ölkə siyasətçilərinə qarşı etimadın bərpa olunması üçün əllərindən gələni edəcəklərini ifadə edib.

Xatırladaq ki, H.K.Ştraxe və rəhbəri olduğu partiyanı çıxılmaz vəziyyətə salan qalmaqallı video 2017-ci ilin yayında İspaniyanın İbiza adasında tətildə olarkən gizli kamera ilə çəkilib. Videoda özünü rus oliqarxlarından birinin qohumu kimi təqdim edən şəxslə H.K.Ştraxenin söhbəti və bu söhbət zamanı partiyaların maliyyələşdirilməsi, bu maliyyələşmənin seçkilərə təsiri və əvəzində investisiya imkanlarının yaranması, aparıcı mətbuatda partiya üçün təbliğatın aparılması və digər mövzular yer alır. H.K.Ştraxe ilə bərabər həmin videoda yer alan FPÖ partiyasının parlament fraksiyasının rəhbəri Yohann Qudenus da bütün siyasi vəzifələrindən istefa verib.

XƏBƏR LENTİ
Siyasi / 01.10.2025 14:22
Türkiyəyə qarşı “erməni kartı” – ANONS
İdman / 01.10.2025 08:22
Telekanal və saytların xatirə turniri ilə bağlı SÜJET və XƏBƏRLƏRİ - FOTO - VİDEO
Siyasi, Sosial / 30.09.2025 23:29
Baba bulaq, Babakişi, Babaxan toponimi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 30.09.2025 18:44
“Sülh sazişi ilin sonunadək imzalana bilər”
Sosial / 30.09.2025 14:22
Məhv edilən Baba mənşəli toponimlər – ANONS - VİDEO
Müsahibə / 30.09.2025 13:22
ABŞ və Çin Azərbaycanla əməkdaşlığa can atır – ANONS - VİDEO
İdman / 30.09.2025 08:03
Turnirin ilk həftəsi – yaddaqalan mənzərə - FOTO
Sosial / 29.09.2025 23:00
“Samuxda 6225 Qərbi azərbaycanlı məskunlaşıb” - VİDEO
Gündəm, İdman / 29.09.2025 16:14
İlk həftənin mənzərəsi: epizodlar, qollar, növbəti oyunlar və bombardirlər – CƏDVƏL - FOTO
İdman / 29.09.2025 11:00
Bakıda 4-cü Ənənəvi Minifutbol Turnirinin açılış mərasimi olub - FOTO - VİDEO
İdman / 29.09.2025 09:25
“Dəmir Yumruq” qələbə qazandı, “İctimai TV” heç-heçə etdi - FOTO - VİDEO
İdman / 28.09.2025 10:10
“Dəmir Yumruq” “Zəfər 44″, “Cəmiyyət” isə “Veteranlar”la görüşür
İdman / 28.09.2025 09:52
“Real Tv” və “Az TV” tura qələbə ilə başlayıb - FOTO
Gündəm / 27.09.2025 10:07
Şəhid jurnalistlərin xatirəsinə Minifutbol Turnirinin bu gün açılışı olacaq - FOTO
Gündəm, Hərbi / 27.09.2025 08:02
Vətən müharibəsinin başlanmasından 5 il ötür - VİDEO
Gündəm / 27.09.2025 00:08
Prezident İlham Əliyevin Anım Günü paylaşımı - FOTO
Gündəm / 27.09.2025 00:02
Azərbaycanda Anım Günüdür
Siyasi, Sosial / 26.09.2025 23:14
“Bizimlə dostluq edən erməniləri saqqallılar güllələyirdilər” - FOTO - VİDEO
Sosial / 26.09.2025 14:22
“Həsrət ürəyimizi parçalayır” – Şəfiqə Cəfərovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 25.09.2025 22:45
“Dördüncü respublika” Azərbaycanla sülhün başlanğıcıdır? - VİDEO
Siyasi / 25.09.2025 14:22
“Paşinyanın “dördüncü respublikası” – ANONS - VİDEO
Gündəm / 25.09.2025 11:30
Şəhid jurnalistlərin xatirəsinə 4-cü Ənənəvi Futbol Turniri başlayır - FOTO - VİDEO
Siyasi, Sosial / 24.09.2025 23:36
“Əvvəl erməni, sonra xristian” erməni kimliyinin əsas şüarıdır - VİDEO
Siyasi, Sosial / 24.09.2025 14:22
Ermənilərin gizli kilsə siyasəti – ANONS - VİDEO
Gündəm, Mətbuat / 24.09.2025 11:30
Həqiqət carçısı “Haber Global” 7 yaşını qeyd edir
Siyasi, Sosial / 23.09.2025 22:01
Aşirabad və Aşnak toponimi – türk tarixinin izi - VİDEO