Dünya 03.08.2020 12:21

Avstriyada sərhədləri dronlar qoruyacaq

Avstriya Macarıstan və Sloveniya ilə dövlət sərhədinin mühafizəsində dronlardan istifadə edəcək.

Rakus.az xəbər verir ki, avqust ayında start veriləcək pilot layihə çərçivəsində dronlar sərhəd zolağında helikopterləri əvəz edəcək.

Bu məlumatı Avstriyanın Federal Daxili İşlər naziri Karl Nehammer Avstriya Mətbuat Agentliyinə (APA) verdiyi açıqlamada təsdiqləyib. O deyib ki, qeyri-leqal miqrant axınlarını nəzarətdə saxlamaq üçün indiyədək helikopterləri sərhəd boyunca havadan müşahidə aparır və bu uçuşlar olduqca baha başa gəlir. Xərcləri aşağı salmaq üçün nazirlikdə dronlardan istifadə barədə qərar verilib. Foto və videomaterialları real vaxt rejimində idarə mərkəzinə ötürən dronlar, eyni zamanda, istilik kameraları ilə də təchiz olunacaqdır.

Nazir həmçinin bildirib ki, Avropa İttifaqının xarici sərhəd nəzarəti effektiv şəkildə fəaliyyət göstərməyincə, Avstriya öz sərhədlərinin mühafizəsində yeni texnologiyaların tətbiqinə məcbur olacaqdır. O, aktual miqrasiya problemlərini müzakirə etmək üçün avqustun sonunda Yunanıstana səfər edəcəyini də bildirib.

Pilot layihə çərçivəsində bir neçə dron sistemi sınaqdan keçiriləcək, eyni zamanda, hansı texniki göstərici və avadanlıqların sərhəd mühafizəsi üçün lazım olduğu öyrəniləcəkdir. Nazir açıqlamasında sərhədboyu zonada yaşayan yerli əhalini narahat edən məlumatların qorunması məsələsinə də aydınlıq gətirib və bildirib ki, əldə edilən görüntülər mütəmadi olaraq silinəcəkdir və bununla bağlı bütün konstitusion tələblər icra ediləcəkdir.

Həmçinin qeyd edilib ki, Macarıstan və Sloveniya tərəfi bu pilot layihə barədə məlumatlandırılıb və hər iki ölkə bu layihəyə maraq göstəriblər. Sloveniya tərəfi isə Xorvatiya ilə sərhədlərin mühafizəsində dronlardan istifadə üçün Avstriya tərəfinə əməkdaşlıq üçün təklif edib.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO