Hadisə 12.04.2020 15:19

Avtomobilinizi park edərkən ara məsafəsi saxlayın -FHN - VİDEO

Fövqəladə Hallar Nazirliyi (FHN) avtonəqliyyat vasitələri sahiblərinə müraciət edib.

Rakus.az xəbər verir ki, FHN-nin məlumatına görə, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə 5 aprel 2020-ci il tarixindən ölkə ərazisində xüsusi karantin rejiminin tətbiqi və hərəkət məhdudiyyətinin müəyyən olunması avtomobillərdən istifadəni kəskin azaldıb və avtonəqliyyat vasitələri əsasən yaşayış binalarının həyətyanı sahələrində park edilib.

Müraciətdə qeyd edilib ki, həyatımızın ilk və arzu edək ki, sonuncu olacaq karantin rejimli dövrünü yaşayırıq:

“Bu rejim daha çox diqqət, hər kəsə qayğı ilə yanaşma, həmrəylik nümayiş etdirmək tələb edir! Bir çox hallarda pərakəndə şəkildə, binaların girişlərində, avtomobil yollarının hərəkət hissəsində və ya yanğına qarşı su təchizatı sistemlərinin bilavasitə yaxınlığında park edilmiş avtomobillər fövqəladə hadisə zamanı xilasetmə, yanğınsöndürmə və digər iri qabaritli xüsusi təyinatlı avtomobillərin hərəkətinə maneə yaradır, habelə yanğınların söndürülməsi zamanı su hovuzları və hidrantlardan suyun götürülməsini çətinləşdirir, bəzi hallarda isə mümkünsüz edir.

Son zamanlar ölkəmizdə baş verən yanğınların təhlili, həmçinin, bir sıra xarici ölkələrdə müşahidə olunan yanğınlar məsələ ilə bağlı vaxtında zəruri tədbirlər görməyi tələb edir. Mövcud problem avtomobillərin saxlanılma yerlərində – həyətlərdə, səkilərdə, su hövzələrinin yaxınlığında, hətta onların üstündə və sair kimi yerlərdən uzunmüddətli park yeri kimi istifadə halları ilə bəzi avtomobil sahiblərinə əhəmiyyətsiz görünən, “harada yer tapıram, orada da saxlayıram” deyərək yolları bağlayan sakinlər özlərinin, ailə üzvlərinin, qonşularının xilası üçün gələn xilasedicilərə ciddi maneə yaradır, onlara müqəddəs, qəhrəmanlıq tələb edən, ən qısa zamanda həyata keçirməli olduqları vəzifələrini yerinə yetirməyə məhdudiyyətlər yaradır və sonradan bundan ciddi fayda verməyən peşmançılıq çəkirlər.

Qeyd olunanları nəzərə alaraq, baş verə biləcək yanğın və digər fövqəladə hadisələr zamanı xilasetmə və yanğınsöndürmə avtomobillərinin, digər iri qabaritli xüsusi təyinatlı texnikaların binaların həyətinə maneəsiz daxil olması, su hovuzları və hidrantlardan rahat istifadə edə bilməsi, döyüş vəziyyətinə gətirilmə işində tələb olunan normativlərə cavab verilməsi üçün vətəndaşlara avtomobillərini yalnız təyin olunmuş yerlərdə, bir-biri ilə ara məsafəsi saxlamaqla park etmələrinin vacibliyini bir daha xatırladırıq”.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 02.10.2025 23:32
Alma-Ata Bəyannaməsi niyə İrəvanı həyəcanlandırır?
Siyasi / 02.10.2025 14:22
“Ermənistan 20-25 ilə yox olacaq” – ANONS
Siyasi, Sosial / 01.10.2025 23:42
“Sovetlərin Ankaraya qarşı ideoloji aləti: “erməni kartı”nın yaranması, yayılması və bugünkü iflası” - VİDEO
Siyasi / 01.10.2025 14:22
Türkiyəyə qarşı “erməni kartı” – ANONS
İdman / 01.10.2025 08:22
Telekanal və saytların xatirə turniri ilə bağlı SÜJET və XƏBƏRLƏRİ - FOTO - VİDEO
Siyasi, Sosial / 30.09.2025 23:29
Baba bulaq, Babakişi, Babaxan toponimi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 30.09.2025 18:44
“Sülh sazişi ilin sonunadək imzalana bilər” - VİDEO
Sosial / 30.09.2025 14:22
Məhv edilən Baba mənşəli toponimlər – ANONS - VİDEO
Müsahibə / 30.09.2025 13:22
ABŞ və Çin Azərbaycanla əməkdaşlığa can atır – ANONS - VİDEO
İdman / 30.09.2025 08:03
Turnirin ilk həftəsi – yaddaqalan mənzərə - FOTO
Sosial / 29.09.2025 23:00
“Samuxda 6225 Qərbi azərbaycanlı məskunlaşıb” - VİDEO
Gündəm, İdman / 29.09.2025 16:14
İlk həftənin mənzərəsi: epizodlar, qollar, növbəti oyunlar və bombardirlər – CƏDVƏL - FOTO
İdman / 29.09.2025 09:25
“Dəmir Yumruq” qələbə qazandı, “İctimai TV” heç-heçə etdi - FOTO - VİDEO
İdman / 28.09.2025 10:10
“Dəmir Yumruq” “Zəfər 44″, “Cəmiyyət” isə “Veteranlar”la görüşür
İdman / 28.09.2025 09:52
“Real Tv” və “Az TV” tura qələbə ilə başlayıb - FOTO
İdman / 28.09.2025 08:22
Bakıda 4-cü Ənənəvi Minifutbol Turnirinin açılış mərasimi olub - FOTO - VİDEO
Gündəm / 27.09.2025 10:07
Şəhid jurnalistlərin xatirəsinə Minifutbol Turnirinin bu gün açılışı olacaq - FOTO
Gündəm, Hərbi / 27.09.2025 08:02
Vətən müharibəsinin başlanmasından 5 il ötür - VİDEO
Gündəm / 27.09.2025 00:08
Prezident İlham Əliyevin Anım Günü paylaşımı - FOTO
Gündəm / 27.09.2025 00:02
Azərbaycanda Anım Günüdür
Siyasi, Sosial / 26.09.2025 23:14
“Bizimlə dostluq edən erməniləri saqqallılar güllələyirdilər” - FOTO - VİDEO
Sosial / 26.09.2025 14:22
“Həsrət ürəyimizi parçalayır” – Şəfiqə Cəfərovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 25.09.2025 22:45
“Dördüncü respublika” Azərbaycanla sülhün başlanğıcıdır? - VİDEO
Siyasi / 25.09.2025 14:22
“Paşinyanın “dördüncü respublikası” – ANONS - VİDEO
Gündəm / 25.09.2025 11:30
Şəhid jurnalistlərin xatirəsinə 4-cü Ənənəvi Futbol Turniri başlayır - FOTO - VİDEO
Siyasi, Sosial / 24.09.2025 23:36
“Əvvəl erməni, sonra xristian” erməni kimliyinin əsas şüarıdır - VİDEO