Hadisə 01.05.2020 21:33

Avtomobillərə cərimə yazılmayacaq?

Mayın 1-dən avtomobillərin arxa yan şüşələrinə jalüz pərdələrin vurulmasına icazə verilir.

Rakus.az xəbər verir ki, icazə avtomobillərdə yalnız standart pərdə və jalüzlərə şamil edilir. Qəbul edilmiş standartlar üzrə bu gündən etibarən minik avtomobillərinin arxa sağ-sol qapı şüşələrinə, yəni sükan arxasında əyləşmiş sürücünün kürəyindən arxada qalan şüşələrə (məsələn, avtomobillərin arxa qapılarının şüşələrinə) sənaye üsulu ilə hazırlanmış jalüzlər (pərdələr) çəkilməsinə icazə veriləcək.

Ötən il isə ölkədə avtomobilə plyonka vuran sürücülər cərimələnmədi. Bu il də avtomobillərin şüşələrində istifadə olunan plyonkaların istifadəsi yenidən gündəmə gəlib. Sosial şəbəkələrdə avtomobillərinə plyonka vuracaq sürücülərin cərimələnib, cərimələnməməsi ilə bağlı müzakirələr gedir. Daxili işlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi avtomobillərə plyonka vurulması ilə bağlı məsələyə münasibət bildirib.

İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Oxu.Az-a açıqlamasında bildirib ki, plyonkaların yan şüşələrə vurulmasına nə keçən il, nə də bu il heç bir icazə verilməyib:

“Sadəcə jalüzlərin istifadəsinin mövsümi xarakter daşımaması ilə əlaqədar məsələ Milli Məclisdə baxılmaq ərəfəsində olduğuna görə sürücülər məsuliyyətə cəlb edilmir”.

Əgər Milli Məclis şüşələrə dair tələblərlə bağlı qanunvericilikdə hər hansı dəyişiklik etməsə, o halda sürücülərə əvvəlcədən xəbərdarlıq ediləcək. Xəbərdarlığa məhəl qoymayanlar isə inzibati məsuliyyətə cəlb ediləcəklər. Bu icazə noyabrın 15-nə qədər qüvvədə olacaq.

Xatırladaq ki, tələblər üzrə nəqliyyat vasitələrində bu göstəricilər nəzərə alınmazsa, sürücülər 150 manat məbləğində cərimənə bilər.

XƏBƏR LENTİ
Mədəni / 03.12.2025 23:52
“İrəvanda silinən Azərbaycanın şəhər mədəniyyəti” - VİDEO
Mədəni / 03.12.2025 13:22
“Qırmızı körpü” kimindir? – ANONS - VİDEO
Siyasi / 03.12.2025 11:34
Azərbaycanlıların Ermənistandan son deportasiyası – 37 il
Siyasi, Sosial / 02.12.2025 23:11
Balta dərəsi, Baltaçay, Barana, Barana qəzası – türk tarixinin izi - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 02.12.2025 18:15
“Ümumi Qafqaz Evi” yaratmaq ideyası Heydər Əliyev tərəfindən irəli sürülüb” - FOTO - VİDEO
Sosial / 02.12.2025 14:49
Ardanışda türklərin yaşadığı qədim qışlaq – ANONS - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 02.12.2025 13:22
Cənubi Qafqaz İttifaqının yaradılması mümkündürmü? – ANONS - FOTO - VİDEO
Müsahibə / 01.12.2025 23:12
“Ermənilər azərbaycanlılara məxsus 157 qəbiristanlığı yer üzündən siliblər” - VİDEO
Elm və təhsil / 29.11.2025 23:34
“Qafqazda Ermənistan yox idi iddiası antik mənbələrlə necə təsdiqlənir?” - VİDEO
Siyasi, Sosial / 28.11.2025 23:22
“Atam Göyçədən köçəndə, getmədim, qaçıb gizləndim” - FOTO - VİDEO
Siyasi, Sosial / 28.11.2025 14:22
“Övladlarım Göyçə həsrəti çəkir” – Fəzair Piriyevin “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Təhlil / 27.11.2025 23:40
“Paşinyan Qərbi Azərbaycan İcması ilə görüşə bilər” - VİDEO
Siyasi / 27.11.2025 14:27
Paşinyan Qərbi Azərbaycan İcması ilə görüşə bilər – ANONS - VİDEO
Siyasi / 26.11.2025 23:30
“Ermənistanda Paşinyanı devirəcək yeni güc kimdir?” - VİDEO
Elm və təhsil, Hərbi, Mətbuat / 26.11.2025 17:17
BDU-da “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabının təqdimatı keçirilib - FOTO
Siyasi / 26.11.2025 14:47
Ermənistanda hərbi çevriliş çağırışları – ANONS - VİDEO
Siyasi, Sosial / 25.11.2025 23:23
Baldırğanlıq, Baldırğanlı, Baldırğanlı dağ, Balıqlı, Balıqçay – türk tarixinin izi - VİDEO
Müsahibə, Mədəni / 25.11.2025 18:50
“Bakının vizit kartı konstruktivizm dövrüdür” - FOTO - VİDEO
Sosial / 25.11.2025 14:56
Zəngəzurda Dağlıq Altay toponimi – ANONS
Müsahibə, Mədəni / 25.11.2025 13:22
Dünya memarın gözü ilə – ANONS - FOTO - VİDEO
Müsahibə / 24.11.2025 23:50
“Dağlıq Borçalı ərazisi 1921-ci ildə Ermənistana birləşdirilib” - VİDEO
İdman / 23.11.2025 08:05
Bakıda Zəfər Gününə həsr olunmuş Minifutbol Festivalı keçirilib - FOTO - VİDEO
Hərbi / 22.11.2025 23:47
Qədim Azərbaycanın hərbi gücü - VİDEO
Siyasi, Sosial / 21.11.2025 23:38
“Yerli ermənilər bizə deyirdilər ki, Gorus, Qafan erməniləri qorxuludur” - FOTO - VİDEO
Sosial / 21.11.2025 14:22
Meğriyə qovuşub torpağımı öpəcəm – Elmira Hümbətovanın “Həyat Hekayəsi” – ANONS - FOTO
Siyasi, Təhlil / 20.11.2025 23:26
“Zəngəzur dəhlizi ətrafındakı ərazilər Azərbaycana qaytarılır” - VİDEO