Elm və təhsil 08.08.2019 11:37

Ayşənin haqqını DİM tanıdı

Dövlət İmtahan Mərkəzindən aldığım sevindirici xəbərin təsiri altındayam. DİM jurnalistika ixtisasına qəbul üzrə keçirilmiş qabiliyyət imtahanının nəticələrindən narazı qalanlar üçün Apelyasiya Komissiyası təşkil etmişdi. Komissiyanın avqustun 5-də keçirilən iclasında maraqlı halla qarşılaşdıq. Ayşən adlı abituriyent inşa müsabiqəsindən cəmi 1 balla kəsrə qalmışdı. Münsiflərin həmin 1 bal əskiyini əsaslandırmaq üçün göstərdikləri arqumentlər sırasında qramatik səhvlərlə yanaşı “mövzuya aidiyyatı olmayan” və “abituriyentlər üçün tədris proqramı ilə uzlaşmayan ” sitatların yer tutması da var idi. 

Rakus.az xəbər verir ki, bunu Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli bildirib.

Qeyd edib ki, Ayşənin “səyahətə tək, yoxsa qrup halında getməyi xoşlayırsan?” mövzusu üzrə yazdığı inşada tezisləri təqribən belə idi: “qrup halında səyahət etmək həm də, yol boyunca fikir mübadiləsi aparmaq, yeni informasiyalar əldə etmək və qaynayıb-qarışmaq, sosiallaşmaq baxımından faydalıdır. Bir şəxs qrup halında səyahət etməyi, başqaları ilə ünsiyyətdə olmağı, qaynayıb qarışmağı bacarmırsa, o şəxs ailədə də uyşmazdır; ailədə uyuşmayan fərd qonşularla da uyuşmaz. Belə şəxs cəmiyyətlə də qaynayıb qarışmaz. Uyuşmaz şəxslərin sayının çoxalması cəmiyyət üçün çox problemlidir. Belə cəmiyyətlər bütövləşib vahid millət halında birləşə bilməzlər”. Ayşən öz fikirlərini əsaslandırmaq üçün Nikkolo Makiavelli, Immanuel Kant və Heydər Əliyevdən sitatlar gətirmişdi. Bənzər tezislər və əsaslandırmalar kifayət qədərdir. Ayşən həm də Nizami Gəncəvidən sitatlar gətirib. Həmçinin, modern texnologiyaların canlı ünsiyyət üçün törətdiyi fəsadlardan bəhs edib və sair.
İnana bilirsinizmi ki, bu, 11-ci sinif məzunun fikirləridir. Mən inandım. Ayşəni tam 35 dəqiqə sorğu-sual etdik. Güclü mütaliəsi, unikal yaddaşı, aydın baxışları, təfəkkürü var. İnanılmaz olsa da, dünyanın məşhur filosoflarının əksəriyyətini mütaliə edib, onların əsərlərini tanıyır və sitatlar gətirir.
Komissiya üzvləri vahid mövqedən çıxış etdik. DİM-ə müraciət edərək Ayşənin müsabiqədə iştirak haqqının tanınmasını xahiş etdik. Çox narahat idim. DİM-ə hər gün zəng vurub nəticəni soruşurdum. Nəhayət bu gün xəbər aldım ki, Ayşənin müsabiqəyə qatılması təmin edilib. O qədər rahat, o qədər sevincliyəm ki!

Sonda sədr Ayşənə uğurlar arzulayıb:
“Yolun açıq olsun, Ayşən balamız! Bu millətin sənin kimi düşüncələrə ehtiyacı var. Görünür, insan bəzən bilgisizliyinin yox, həm də çoxbilmişliyinin “əziyyətini çəkir”. Amma haqq, gec də olsa, öz yerini tapır. Sənin bu haqqını tanıdığına görə DİM-ə xüsusi təşəkürlər!”

XƏBƏR LENTİ
Mədəni / 14.03.2026 23:04
Qədim türk təfəkküründə od niyə sudan üstün tutulurdu?
Siyasi, Sosial / 13.03.2026 23:16
“Ulu babam ermənilərə görə oğlunu evində dəfn edib” - FOTO - VİDEO
Siyasi, Sosial / 13.03.2026 14:22
Çimənə qayıdacağı günü gözləyən Dürdanə Hümbətovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO