Elm və təhsil 19.11.2019 22:21

Azərbaycan ali təhsilinin bayrağı – Tələbə yazır

Azərbaycan ali təhsilinin bayrağı Bakı Dövlət Universitetinin 100 illiyi bütün azərbaycanlıların bayramıdır…
1919-cu il 15 noyabr… Bu tarixi gündə cümhuriyyət qurucuları millətin ziyalı kimi yetişməsi yolunda cığır açan ölkənin ilk ali təhsil ocağı – Bakı Dövlət Universitetində dərsləri açıq elan etdilər. 1919 cu il noyabrın 17- də “Azərbaycan” qəzetində “Darulfununun açılması” adlı məqalə çap olundu. Məqalədə universitetin açılması və burda aparılan dərslərdən, eyni zamanda bu təhsil ocağının vətənin , millətin ictimai-siyasi həyatında və tərəqqisində oynayacağı rolun əhəmiyyətindən də söz açılmışdı. Sevinirəm ki, 100 il əvvəl Bakı Dövlət Universitetinin auditoriyalarında ilk mühazirə oxuyan Məmməd Əmin Rəsulzadə, Rəşid xan Qaplanov kimi dahi şəxsiyyətlərin milli dövlətçilik və vətənpərvərlik ruhlarını bu günün tələbələrinə ötürən layiqli davamçıları var. Elə bu xələflərin
çoxu Jurnalistika fakultəsinin Mətbuat tarixi kafedrasının professor və elmi isçiləridir. Bu kafedranın görkəmli şəxsiyyətlərindən olan mərhum prof. Şirməmməd Hüseynovun cümhuriyyət və universitetin tarixinin tədqiqatında olan əməkləri əvəzolunmazdır. Həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin və Məmməd Əmin Rəsulzadə irsinin tədqiqatçılarından olan tarix elmləri doktoru Nəsiman Yaqublunun da universitetin tədqiqatı ilə bağlı bir sıra əhəmiyyətli məqalə və əsərləri vardır.

Qeyd edim ki, Bakı Dövlət universiteti təkcə Cümhuriyyət dövrü üçün deyil, bütün dövrlər üçün ölkədə birinci olmuşdur. Bununla bağlı, həm ölkədaxilində, həm də xaricdə bir neçə silsilə tədbirlər, intellektual yarışlar keçirildi. Universitetin tarixini özündə cəmləşdirən tədqiqat kitabları çap olundu, bunlardan ən vacibi prezidentin Universitetin 100 illiyinin dövlət səviyyəsində keçirilməsi ilə əlaqədar sərəncam verməsi, həmçinin Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə bağlı fərman
imzalaması oldu. Aydındır ki, görülən tədbirlər universitet tələbələri və müəllim kollektivi tərəfindən qürurla qarşılandı. Elə mənim üçün də bu əlamətdar gün böyük əhəmiyyət daşıyırdı.

Saat 08:00-ı göstərirdi. Dərsin başlamasına hələ yarım saat var idi. Mən isə universitetin həyətində gözəlliyi bir-biriylə yarışan iki bayrağı seyr edirdim. Düzdür hansının daha qürurlu olduğuna qərar vermək çətin idi. Ancaq hərhalda ikisi də bizim milli sərvətimizdir. Əgər üçrəngli bayrağımız Azərbaycan dövlətinin  atribudursa , Bakı Dövlət Universiteti də Azərbaycan ali təhsilinin flaqmanıdır. Bu gün digərlərindən tamamilə fərqlənirdi. Sanki dalğalanan bayraqların ahəngində də xüsusi bir musiqi səslənirdi. İçimdə qəribə bir sevinc, bir həyəcan var idi. Özümü bir əsrlik tarixi olan bu Universitetinin tələbəsi olduğum üçün çox xoşbəxt hiss edirdim. Təhsil aldığım üç il ərzində bura mənim üçün həm ev, həm də təhsil ocağı olub. Universitetlə bağlı insanlarla ünsiyyətdə olmağım buranı mənimçün
daha əziz edirdi. Təbii ki, bunsa təhsil aldığım müəssisəsinin dövlət səviyyəli statusunun da rolu böyükdür. Bakı Dövlət Universitetinin 100 illiyi təkcə bu yerlə bağlı olanların deyil, bütün Azərbaycanlıların bayramıdır.Buna görə də 100 illik bayramı ölkə səviyyəsində qeyd etməyin xoşbəxtliyini yaşayırıq. Mən də öz növbəmdə Cümhuriyyətin bir əsrlik Universitetinin əziz günü münasibətilə başda rektor Elçin Babayev olmaqla rəhbərlik, müəllim kollektivi,
tələbələr, məzunlar və bütün Azərbaycan xalqını təbrik edirəm…

Günel Abbas,
Bakı Dövlət Universiteti
Jurnalistika fakultəsi III kurs tələbəsi

XƏBƏR LENTİ
Siyasi, Sosial / 15.07.2025 23:23
Aşağı Kəhriz, Aşağı Kilsə, Aşağı Girətağ – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 15.07.2025 18:45
“Ermənistan qlobal kommunikasiya layihəsinin bir hissəsi olmaq üçün ikinci şansını əldən verəcəkmi? - VİDEO
Sosial / 15.07.2025 14:19
Böyük Qarakilsənin qədim yurd yeri – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.07.2025 13:22
Rusiya mediasında gündəmi erməni lobbisi diktə edir – ANONS - VİDEO
Müsahibə / 14.07.2025 23:06
“Stalinin bədnam qərarı babamı yurdundan didərgin salıb” - VİDEO
Mədəni / 12.07.2025 23:32
“İrəvanda yeni dövr sənətkarlığının intibahı da erkən başlayıb” - VİDEO
Siyasi, Sosial / 11.07.2025 23:28
“Atam Qazaxdan, Gəncədən gəlmək istəmirdi ki, bəlkə bizi qaytardılar” - FOTO - VİDEO
Sosial / 11.07.2025 14:22
“Ermənilər heyvanları güllələdilər” – Zaur Sərdarovun “Həyat Hekayəsi” -ANONS - VİDEO
Siyasi, Təhlil / 10.07.2025 23:35
ABŞ-nin prosesə qoşulması ilə Zəngəzur dəhlizi işə düşür - VİDEO
Siyasi / 10.07.2025 14:30
Xankəndidə Qərbi Azərbaycan mesajı – ANONS - VİDEO
Elm və təhsil / 09.07.2025 22:04
“Qobustanda 5000 il əvvələ aid 400 söz oxunub və onlar türkcədir” - VİDEO
Elm və təhsil / 09.07.2025 13:56
Prototürklərin ilk yaşayış məskənləri – ANONS - VİDEO
Siyasi, Sosial / 08.07.2025 22:23
Aşağı Əylənli, Aşağı Əli qrıx, Aşağı Ərmik, Aşağı Zağalı – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 08.07.2025 18:30
“Rusiya vətəndaşları Rusiyanın öz siyasətinin girovuna çevrilirlər” - FOTO - VİDEO
Sosial / 08.07.2025 14:44
Adı 80 il əvvəl dəyişdirilən yurd – ANONS - VİDEO
Müsahibə / 08.07.2025 13:49
“Ermənilərə nəsihət: türk dünyasından uzaqlaşmayın” – ANONS 
Müsahibə / 07.07.2025 22:37
“Ermənilər soydaşlarımızın seçib-seçilmək hüququnu da əllərindən almışdılar” - VİDEO
Mədəni / 05.07.2025 22:52
“İrəvan xanlığının Hindistanla böyük əlaqələri var idi” - VİDEO
Mədəni, Sosial / 04.07.2025 22:58
“Bakıda doğulsam da, o torpaq məni çox çəkir” - FOTO - VİDEO
Mədəni, Sosial / 04.07.2025 13:54
“Kliplərimi Nüvədidə çəkəcəm” – Sevinc Abbasovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Təhlil / 03.07.2025 22:43
“Zəngəzura görə Paşinyanı devirmək istəyirlər – Çevriliş planının detalları” - VİDEO
Siyasi / 03.07.2025 14:40
İrəvanda çevriliş planı – ANONS - VİDEO
Elm və təhsil / 02.07.2025 22:33
“Piotrovski ermənilərin qədim sikkə yalanını ifşa etdi” - VİDEO
Elm və təhsil / 02.07.2025 14:31
Ermənilərin 12 min yalanı – ANONS
Siyasi, Sosial / 01.07.2025 22:59
Aşağı Qızqala, Aşağı Qoylasar, Aşağı Qulubəyli, Aşağı Darğalı – türk tarixinin izi - VİDEO
Müsahibə, Mədəni / 01.07.2025 19:12
“Xalçalarda ikibaşlı və üçbaşlı quşların simvollarının mənası” - VİDEO