Hadisə 17.11.2020 11:13

Azərbaycan arxeoloqları Baş prokurora müraciət etdi

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, professor Nəcəf Müseyibli, şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Qoşqar Qoşqarlı, sektor müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Təvəkkül Əliyev, aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru, dosent Azad Zeynalov, elmi işçi Səbuhi Hüseynov Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevə rəsmi müraciət ediblər.

Rakus.az xəbər verir ki, bu barədə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, müraciətdə Qarabağın işğalda olan ərazilərində Ermənistan arxeoloqları tərəfindən Azərbaycana məxsus maddi mədəni irs abidələrinin talanması və uzun müddət arxeoloji abidələrimizdə qanunsuz qazıntıların aparılması məsələsinə toxunulub.

Göstərilib ki, 2002-ci ildən başlayaraq, ermənilər xarici ölkə alimlərini cəlb etməklə, on ildən artıq müddətdə Xocavənd rayonu ərazisindəki Qədim Daş dövrünə – Paleolit dövrünə aid Azıx mağara düşərgəsində qanunsuz arxeoloji qazıntı işləri aparıb, respublikanın aidiyyəti orqanlarının müvafiq izacəsi olmadan əldə edilmiş tapıntılar Ermənistan ərazisinə daşınıb.

Müraciətdə qeyd edilib ki, Ağdam rayonunun işğalda olan Şahbulaq qalası yaxınlığında 2005-cı ildən etibarən Ermənistan Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun bir qrup əməkdaşı arxeoloji kəşfiyyat işləri aparıb, 2006-cı ildən bu qrup, başda Yerevan Dövlət Universitetinin Kultorologiya fakültəsinin rəhbəri olan Hamlet Petrosyan olmaqla qanunsuz arxeoloji qazıntılara başlayıb.

Bu qazıntılar 2020-ci ilin iyul ayına qədər 14 il fasiləsiz davam etdirilib. Ermənilər qanunsuz olaraq Azərbaycana məxsus qədim şəhər yerində arxeoloji işlər aparmaqla uydurma “Tiqranakert şəhərinin” tapdıqlarını və bu ərazilərin guya “ermənilərin qədim əraziləri olduğu” haqqında uydurmalarla dünya mətbuatında daimi çıxışlar ediblər.

2009-cu ildə bu ərazilərdə “Tiqranakert qoruğu” təşkil edən qondarma rejim, 2010-cu ildə Azərbaycan tarixinin ayrılmaz hissəsi olan Qarabağ xanlığına məxsus Şahbulaq qalasında “Tiqranakert Arxeoloji Muzeyi” yaradıb.

Şahbulaq qalasında müsəlman abidəsini muzeyə çevirərək, uzun müddət aparılan qanunsuz qazıntıların nəticəsində ətraf ərazilərdən aşkar etdikləri arxeoloji materialları bu muzeydə saxlayıblar.

Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin komandanlığı altında Şanlı Azərbaycan Ordusunun əldə etdiyi qələbədən sonra qanunsuz ekspedisiyanın rəhbəri Hamlet Petrosyan özünün Facebook səhifəsində, maddi mədəni irs nümunələrinin artıq Şahbulaqda olan muzeydən çıxarıldığını həyasızcasına bildirib.

Müraciətdə qeyd edilib ki, ermənilər və onların başqa ölkələrdən olan həmkarları işğal edilmiş ərazilərdə qeyri-qanuni qazıntıları ilə Azərbaycan Respublikasının “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” 1998-ci il 10 aprel tarixli Qanunun müddəalarını, “Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasının 1999-cu il protokolunun (Ermənistan bu protokolun üzvüdür), “Arxeoloji irsin qorunması haqqında” 1992-ci il tarixli Avropa Konvensiyasının tələblərini pozublar.

Alimlərimiz müraciətlərində erməni və onlarla əlbir olmuş digər ölkələrin tədqiqatçıları barəsində cinayət işinin açılmalı olduğunu və işğalda olmuş ərazilərdəki abidələrdən qanunsuz olaraq aparılmış bütün tapıntıların Azərbaycana qaytarılmasının vacibliyini vurğulayıblar.

Azərbaycan alimləri müraciətlərində bildiriblər ki, istintaq-axtarış prosesində ermənilərin abidələrimizlə bağlı daha çox cinayət əməllərinin üzə çıxacağı istisna edilmir.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO