Dünya 03.05.2019 11:37

Azərbaycan dəyərli tərəfdaşdır – Baş Marşal

NATO beynəlxalq sülh və təhlükəsizliyin dəstəklənməsi işində bizimlə birlikdə çalışan Azərbaycanı yaxın, etibarlı və dəyərli tərəfdaş adlandırmaqdan qürur duyur.

Rakus.az xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, bunu NATO-nun Hərbi Komitəsinin sədri, Aviasiya Baş Marşalı ser Stüart Piç deyib.

Alyans rəsmisi deyib: “NATO-Azərbaycan tərəfdaşlığının 25 ili ərzində Azərbaycanın əməliyyat və missiyalarımıza cəlb olunması nəticəsində, tərəfdaşlığımız inkişaf etmişdir. Sizin qoşunlar 1998-2008-ci illərdə Kosovo qüvvələri (KFOR) tərkibində NATO-nun başçılığı altında keçirilən sülhməramlı əməliyyatlarda iştirak etmişdir, 2002-ci ildən 2014-cü ilin sonunadək isə Əfqanıstandakı Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) əməliyyatında Alyans qüvvələri ilə çiyin-çiyinə dayanaraq bu günədək davam edən və Əfqan təhlükəsizlik qüvvələrinə təlim, məsləhət, eləcə də yardımı nəzərdə tutan Qətiyyətli Dəstək Missiyasına (RSM) dəstəyini davam etdirərək, Əfqan Milli Ordusu Etimad Fonduna töhfəsini verir, həmçinin ölkəniz NATO müttəfiqlərinə öz qoşunları, eləcə də tranzitlə quru, hava və Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə yardım göstərir.

Tərəfdaşlığımız Müdafiə Təhsilinin Genişlənməsi Proqramımızda iştirakınız, milli mülki fövqəladə hal və fəlakətlərin idarə edilməsi imkanlarınızın inkişafı məqsədilə Avro-Atlantik Böhranlara Cavabvermə Koordinasiya Mərkəzimizlə əməkdaşlığınız, eləcə də qoşunlarınızın uyarlığının artırılması məqsədilə Tərəfdaşlığın Uyarlılıq Təşəbbüsümüzə cəlb edilməyiniz sayəsində möhkəmlənmişdir. Sizin Alyans ilə Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planını inkişaf etdirməyiniz, həmçinin Müttəfiq ölkələrlə əməliyyat və digər sahələrdə birgə fəaliyyət göstərə biləcək qüvvə və imkanlarınızın inkişafı məqsədilə Planlaşdırma və Analiz Prosesi üzrə öhdəçiliyiniz təqdirəlayiqdir. Bütün bu proqram və təşəbbüslər, Avro-Atlantik məkanda və onun hüdudlarından kənarda modernləşdirmə, təhlükəsizlik və sabitliyin təmin olunması sahəsində ölkənizin göstərdiyi səy və öhdəliklərin təzahürüdür.

Bu gün bizim praktiki əməkdaşlığımız potensialın inkişafından başlayaraq enerji təhlükəsizliyinin təmin edilməsi, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq, müdafiə institutunun qurulması, mülki fövqəladə planlaşdırma, elmi əməkdaşlıq və ictimai diplomatiyaya qədər olan bir çox sahələri əhatə edir. Seçdiyiniz bütün sahələr üzrə sizinlə işləməyi davam etdirməkdə qərarlıyıq.

NATO-nun tərəfdaşlığı onun üçün əhəmiyyətli olub və olacaqdır. Azərbaycanın NATO-nun etibarlı bir tərəfdaşı kimi son iyirmi beş ildə əldə etdiyi nailiyyət və tərəqqini, o cümlədən regional sabitliyin güclənməsində, habelə beynəlxalq sülhün və təhlükəsizliyin dəstəklənməsində oynadığınız əhəmiyyətli rolu alqışlayıram. Əminəm ki, həm Alyans və həm də Azərbaycan son 25 ildə əldə etdikləri nailiyyətləri daha da inkişaf etdirərək bu tərəfdaşlığa töhfə verməyə davam edəcəklər. NATO-Azərbaycan əlaqələrinin daha da inkişaf etməsinə və ölkənizlə hərbi əməkdaşlığın dərinləşməsinə ümid bəsləyirəm”.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 03.02.2026 22:46
Beşbarmaq, Bəbirli, Bəbirli Yeri, Bəzirxana, Bəybalı, Bəybuğan – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.02.2026 14:22
Bəybuğan dağı necə Bağaysar oldu? – ANONS - FOTO - VİDEO
Elm və təhsil / 02.02.2026 10:01
“Basarkeçər həkimləri” kitabının təqdimatı keçirilib – FOTO - FOTO
Gündəm / 02.02.2026 00:02
Azərbaycanda Gənclər Günü qeyd olunur
Hərbi / 31.01.2026 23:40
Türk silah mədəniyyəti və Avropa zirehlərindən fərqi - VİDEO
Siyasi, Sosial / 30.01.2026 23:12
“Atam evdə “İravanda xan qalmadı” mahnısını oxuyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 30.01.2026 14:22
Arınc sevgisi ilə yaşayan Nigar Həsənovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi / 29.01.2026 22:56
“Azərbaycan dilinin hüquqi statusu Ermənistan parlamentində müzakirə oluna bilər” - VİDEO
Siyasi / 29.01.2026 14:22
“Seçkilərdə Paşinyanın Qərbi Azərbaycan kartı” – ANONS - VİDEO
Mədəni, Siyasi / 28.01.2026 23:40
“Spendiarovun musiqisi ermənilərin İrəvan saxtakarlığını ifşa etdi” - VİDEO
Mədəni / 28.01.2026 14:22
“İrəvan etüdləri” – səsli türk portreti – ANONS - VİDEO
Siyasi, Sosial / 27.01.2026 22:55
Beybudabad, Berdateğ, Berdi Xaraba, Berdtəpə, Bekciqazlı – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 27.01.2026 14:22
Tarixi XV əsrə dayanan türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 27.01.2026 11:00
Göygöldə Abbas Göyçəgölün 2 kitabının təqdimatı olub - FOTO
Mətbuat / 25.01.2026 12:07
“Yeni Sabah” 7 yaşını qeyd edir
Hərbi / 24.01.2026 23:45
Azərbaycanda yerli silah ənənələri necə formalaşıb? - VİDEO
Siyasi, Sosial / 23.01.2026 23:26
“Rus generallar bizə dedilər ki, burada yaşaya bilməzsiniz, köçün” - FOTO - VİDEO
Siyasi, Sosial / 23.01.2026 14:22
“Atamı daşnaklar öldürmək istəyirdilər” – Arif Orucovun “Həyat Hekayəsi” – ANONS - FOTO
Siyasi / 22.01.2026 22:56
“Göyçə” adı niyə Ermənistan cəmiyyətində qıcıq yaradır?” - VİDEO
Siyasi / 22.01.2026 14:22
Erməniləri qorxudan Qərbi Azərbaycan anlayışı – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 22.01.2026 10:50
XIII əsrdə Göyçədən yüksələn dua
Elm və təhsil / 21.01.2026 23:03
Ermənilər yeni geosiyasi reallığa uyğunlaşa biləcək, yoxsa Ermənistanı tərk edəcək? - VİDEO
Elm və təhsil / 21.01.2026 14:22
Erməni kartı necə işə salınıb? – ANONS - VİDEO
Mətbuat / 21.01.2026 12:33
“Global Media Group” ötən il media sahəsində yüksək nəticələr qazanıb
Siyasi, Sosial / 20.01.2026 23:32
Başnalı, Başsız, Berd qalacıq, Berdadağ – türk tarixinin izi - FOTO - VİDEO
Sosial / 20.01.2026 14:22
Başnalı necə Bağramyan oldu? – ANONS - FOTO - VİDEO