Elm və təhsil 04.05.2022 18:00

Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        

Sağdır dilim, demək sağdır.

Ləyaqətim, şərafətim.

Demək sağdır,

Milyard yaşlı məmləkətim.

(Xəlil Rza Ulutürk)

Azərbaycan dili tarix boyu işgəncələrə, təqiblərə, hücumlara məruz qalmış və bu günədək döyüşə-döyüşə əsrlərin sınağından çıxaraq bu günümüzə qalib bir ordunun yenilməz sərkərdəsi kimi zəmanəmizə qədər gəlib çatmışdır.

Azərbaycan dilinin inkişafı, dövlət dili səviyyəsinə yüksəlməsi üçün vətənin qeyrətli oğulları zaman-zaman düşmənə qarşı vuruşmuşlar. Bu dili yarada bilmişlər.

Azərbaycan dilinin inkişafı, dövlət dili səviyyəsinə yüksəlməsi, milli-mənəvi dəyərimiz kimi qiymətləndirilməsi, beynəlxalq kürsülərdən əzəmətlə və vüqarla səslənməsi Ulu Öndərimizin-əvəzedilməz siyasətçi, müdrik bir insan, el ağsaqqalı, xalqın görən gözü, vuran ürəyi, səriştəli və bacarıqlı rəhbər olan, həmişə xalqın mənafeyini düşünən, el ağsaqqalı Heydər Əlirza oğlu Əliyevin adı ilə bağlıdır. Hamımız onun Ali məclisin  tribunasından Səməd Vurğunun “Azərbaycan şeirini necə ürəklə deməsinin şahidiyik:

El bilir ki, sən mənimsən.

Yurdum, yuvam, məskənimsən.

Anam, doğma vətənimsən.

Ayrılarmı könül candan?!

Azərbaycan, Azərbaycan.

Ana dilimiz tarix boyu el oğullarını düşündürüb. XVI əsrdə səfəvilərin hakimiyyyəti, XX əsrin əvvələrində Xalq Cümhuriyyəti dövründə, 1937-ci ildə qəbul olunmuş Azərbaycan sovet-sosialist respublikasına, 1956-cı ildə dil haqqında bənd əlavə edilsə də öz nəticəsini verməmiş və təstiqini tapmamışdı, uzun müddətli olmamışdı. Lakin Heydər Əliyevin Azərbaycan dilinin dövlət dilinə çevrilməsi, inkişaf etdirilməsi, dünyaya tanınması, uzunömürlü olması üçün əlindən gələni edirdi. Buna görə də Heydər Əliyev Sovetlər İttifaqının rəhbərliyi, Kommunist partiyası ilə dəfələrlə gərgin danışıqlar aparmış, uzun əzab-əziyyətdən, çək-çevirdən sonra nəhayət ki, 1978-ci ildə qəbul olunmuş Azərbaycanın Konstitusiyasına Azərbaycan dilinin azərbaycanlılar üçün dövlət dili olmasını qeyd etdirə bilmişdir.

Müstəqillik illərində Azərbaycan dilinin mütləq dövlət dili  olması ayrıca müzakirə olunmuş, referenduma da müzakirə predmeti kimi salınmışdır. Beləliklə böyük bir nüfuzla dil məsələsi  haqqında müddəa konstitusiyamıza daxil olunmuşdur. Bu hadisə sübut etdi ki, müstəqil dövlətin rəhbərinin öz ana dilinə, öz xalqına, onun milli-mənəvi dəyərlərinə necə əhəmiyyət vermişdir. “Biz Azərbaycanda yaşayırıq, Azərbaycanlıyıq, dilimiz Azərbaycan dilidir. Tarixi nöqteyi nəzərdən də, elmi nöqteyi nəzərdən də, isbat olunub ki, Azərbaycan dili qədim tarixə malikdir, türkdilli xalqların dil qrupuna daxil olan bir dildir” (Heydər Əliyev)

Dil xalqın mənəvi sərvəti, onu daşıyan xalqın varlığı, dünyaya tanınması üçün əsas amillərdən biridir. Böyük rus pedaqoqu Uşinski yazır: “Bir millətin var-yoxunu, sərvətini əlindən alsan, yenə yaşayar. Amma dilini əlindən alsan o yaşamaz, fövt olar”. 

Bu doğrudan da belədir. Bizim varlığımızdan xəbər verər dilimiz-mənəvi pasportumuz olmasa, kim bizim varlığımızdan xəbər verər, kim bizi tanıyar?

Bu suallar Ulu Öndəri ömrü boyu düşündürmüş və bu dilin uzun ömürlü olması üçün çalışmışdır. “Əlifba günü” nün, “Azərbaycan dili günü” nün təstiqi və bir çox məqsədəyönlü tədbirlərin, o cümlədən “Kitabi Dədə Qorqud” un vətənə gətirilib tirajlarla nəşr olunması, “Füzulinin 500 illiyi” yubileyinin keçirilməsi, söz ustaları ilə görüşü, onları qiymətləndirməsi xalqın dilinə olan sonsuz məhəbbət və qayğısını sübut etmişdir.

Heydər Əliyev ana dilinin tədrisinə dövlət qayğısını daha da gücləndirmək, təhsilin səviyyəsini daha da yüksəltmək üçün bu sahədə yeni-yeni islahatlar edilməsinə imza atdı. “Təhsil millətin gələcəyidir”-deyən Ulu Öndər yeni təhsil ocaqları tikintisinə, yeni kadrların yetişdirilməsinə, köhnə məktəblərin bərpasına, bağçaların, mədəniyyət ocaqlarının tikilməsinə, təhsilin yüksəldilməsi üçün məktəblərin müasir texnika və avadanlıqlarla təchiz olunmasına xeyli vəsait ayrılmasına sərəncam verdi. Beləliklə, təhsilin vəziyyətinin daha da yüksəlməsinə nail oldu.

Müdrik insan olan Ulu Öndərimiz öz çıxışında demişdir: “Biz öz dilimizdə danışırıq, hər bir mürəkkəb fikri ifadə etməyə qadirik, bu böyük nailiyyətimizdir. İndi bütün dünya bilir ki, biz yer kürəsinin hər hansı bir guşəsində öz dilimizdə fikrimizi ifadə edə bilərik”.

Bu dəyərli ifadələr Heydər Əliyevin öz ana dilinə məhəbbətindən, məftunluğundan, bir övlad kimi onu ürəkdən sevməsindən, milli mənəvi dəyər verməsindən irəli gələn ürək sözləridir. O, dilin saflığı uğrunda mübarizə aparmış və özünün Azərbaycan övladı olması ilə həmişə fəxr etmişdir.

“Mən həmişə fəxr etmişəm, bu gündə fəxr edirəm ki, mən Azərbaycanlıyam!” (Heydər Əliyev)

Ana dilində təhsilə önəm verən dahinin əməyi nəticəsində 1969-cu ildə Azərbaycanda savadlıların sayı 70 min idisə, bu rəqəm 1982-ci ildə 100 minə yüksəldi. Azərbaycan uşaqları dünyanın 170-dən çox ali məktəblərinə oxumağa göndərildi. Savadlıların sayı günbəgün artdı.

1969-cu ildə, hakimiyyətə gələn Heydər Əliyev ana dilimizin xilaskarı kimi tarixdə iz qoydu. Azərbaycan Respublikasının 1995-ci il 12 noyabrında qəbul olunan konstitusiyanın 21-ci maddəsində öz təsdiqini tapan “Azərbaycan dili Azərbaycan Respublikasının dövlət dilidir” müddəası necə ki, müstəqil Azərbaycan Respublikası var, yaşayıb, yaşayır və yaşayacaq. Azərbaycan adlı bir məmləkətin adını dünyaya tanıdacaq.

Dilin gözəlliyi və saflığını, onun varlığını qorumaq, yad təsirlərdən azad etmək, yaşatmaq, milli mənəvi sərvət kimi dəyər vermək Heydər Əliyevin bir həyat anlamı olmuşdur.

 

Bu gün onun işini ata tövsiyələri ilə silahlanan, ən layiqli varis olan prezidentimiz İlham Əliyev davam etdirir.

  Bunu deyə bilərəm ki, hər bir Azərbaycan vətəndaşı dilimizin zənginliyini, gözəlliyini, sağlığını qorumalı, gələcək nəsillərə şərəflə, ləyaqətlə ötürməli, dilimizin uzunömürlü, daimiyaşar olmasını təmin etməlidir. Çünki bu dil bizim varlığımızdan xəbər verir.

Mənim ana dilim-mənim kimliyim.

Pasportum, özümə öz hakimliyim.

… Mənim həm babamla, həm də nənəmlə

Bağlayıb uzanan tarix bağımsan.

Dünənin, bugünüm, üstəlik hələ 

Mənim söz hünərim, səs bayrağımsan.    (B.Vahabzadə)

Müdrik el ağsaqqalı, ata yurdumuzun Atatürkü, qurtuluş savaşının qalibi, Azərbaycançılığın və müstəqil Azərbaycan qurucusu, dilinə, dininə, milli mənəvi dəyərlərinə, keçmişinə, hörmət və məhəbbətlə yanaşan Heydər Əliyevin dil haqqında dediyi hər bir söz, hər bir kəlam bizim həyat amalımız olmalıdır və bundan sonra da olacaq. Çünki biz onun varisləriyik, davamçılarıyıq.

Yaşasın müstəqil Azərbaycan və onun baldan şirin olan milli mənəvi sərvəti – Azərbaycan dili!

YAP Səbail təşkilatı “Ü.Hacıbəyli-68” ƏPT-nın sədri S.Ş Qurbanov və üzvü N.A.Novruzova.

XƏBƏR LENTİ
Mədəni / 14.03.2026 23:04
Qədim türk təfəkküründə od niyə sudan üstün tutulurdu?
Siyasi, Sosial / 13.03.2026 23:16
“Ulu babam ermənilərə görə oğlunu evində dəfn edib” - FOTO - VİDEO
Siyasi, Sosial / 13.03.2026 14:22
Çimənə qayıdacağı günü gözləyən Dürdanə Hümbətovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO