Dünya 26.04.2023 18:30

Azərbaycan-İsrail münasibətləri rəsmi İrəvan və Tehranda narahatlıq yaradır – TƏHLİL

Azərbaycan və İsrail 1992 – ci ildən etibarən sıx əməkdaşlıq edir. Azərbaycan, İsrail ilə ikitərəfli strateji və iqtisadi əlaqələri inkişaf etdirən az saylı müsəlman ölkəsindən biridir. Hazırda yəhudilər dünyanın hər yerində Azərbaycanı mütəmadi olaraq təmənnasız şəkildə müdafiə edirlər. Lakin bu yaxın münasibətlərin yarada biləcəyi təsirlə bağlı çox geniş bir sual ortaya çıxır:
Bu iki ölkənin münasibəti hansı ölkələrdə narahatlıq yaradır?
Rakus.az xəbər verir ki, məsələ ilə bağlı Ednews-a danışan siyasi analitik Sədrəddin Soltan İsrail dövlətinin ölümünü və siyasi mövcudluğunu istəməyən yeganə rejimin Tehran olduğunu deyib.
“Təxminən, 40 ilə yaxındır ki, onların bu siyasi duruşu və nifrəti artıq bir ideologiya olaraq formalaşdırıb. Bu səbəbdən İran həm İsrailə, həm də İsraillə əlaqə quran bütün müsəlman ölkələrinə də yaxşı münasibət bəsləmir. İrandakı teokratik rejim İsraili, Fələstindəki işğal fəaliyyətinə görə qınayır və bu səbəbə görə onunla münasibət qurmur. Onu da qeyd edim ki, İranda şah rejimi İsrailə belə bir səviyyədə düşmənlik bəsləmirdi və iki ölkə arasında stabil şəkildə münasibətlər qurulurdu”, – politoloq vurğulayıb.
Onun sözlərinə görə, bu münasibətlərdə narahat olan ikinci ölkə isə Ermənistandır: “”Narahat olan digər ölkə Ermənistan Respublikası ola bilər. Yəhudilər Ermənistanın uydurduğu saxta soyqırımı holokostla müqayisə etmələrini inkar edərək onların saxta faktlarına inanmır. Həmçinin holokost səviyyəsində dünya üzərində başqa soyqırım olmadığını müdafiə edirlər. Bununla birlikdə yaranan qeyri – stabil diplomatiya, onların əksinə Azərbaycanla İsrailin bir neçə sahədə ortaq əməkdaşlığı Ermənistanı narahat edən məqam ola bilər.
Son olaraq isə Rusiyanın narahatlığını qeyd edə bilərik. Ukrayna ilə müharibədən sonra Moskvada fəaliyyət göstərən bir neçə İsrail mədəniyyət mərkəzləri bağlandı və bir sıra yəhudi liderləri ölkədən çıxmaq məcburiyyətində qaldılar. Çünki onlar Ukraynadakı müharibəni dəstəkləmir və ya təbliğ etmirdilər. Sırf buna görə Azərbaycanın İsraillə yaxın əlaqələri Rusiyanın hazırki hakimiyyətini narahat edə bilər. Lakin burada qeyd etməli olduğumuz əsas məqam Azərbaycana göstərilən mənfi reaksiyalarda bir neçə təzadın olmasıdır. Məsələn, İran, Azərbaycan – İsrail münasibətlərinə qarşı çıxsa da, İsraillə əməkdaşlıq edən ərəb ölkələri ilə sıx əlaqə qurmağa can atır. Nümunə olaraq  deyə bilərəm ki, hazırda İran Səudiyyə Ərəbistan və BƏƏ ilə əl sıxışmağa can atır, Rusiya da Səudiyyə Ərəbistanla münasibətlərini genişləndirir, eyni zamanda Ermənistan tərəfi də İsraillə müəyyən mənada arasında gərginlik olan ərəb ölkələri ilə sıx əlaqələr qurmağa çalışır. Ona görə münasibətlər bir mənalı deyildir. Baxını adını sadaladığım ölkələrdə keçmişlə müqayisədə yəhudi toplum daha azlıq təşkil edir və hətta onların fəaliyyətinə rahatlıq yaradılmır, amma əksinə bizdə yəhudi diasporası var. Onların ümumi fəaliyyətinə rahat imkanlar yaratdığımız üçün həm dövlət səviyyəsində, həm də diaspora tərəfindən günümüzdə Azərbaycan suverenliyi və əlaqələri yüksək şəkildədir. Ona görə də, Azərbaycan qətiyyən digər ölkələrin narahatlığından çəkinməməli və münasibətlərini daim diri tutmalıdır”.
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri və politoloq Metyu Brayza da məsələ ilə bağlı öz fikirlərini bölüşüb: “Regionda ümumiyyətlə bu sıx əlaqələrin sadəcə iki ölkəyə narahatlıq yaratdığını söyləyə bilərik, İran və Ermənistan. İran günümüzdə də nəzər yetirsək Azərbaycanı İsrailin kəşfiyyat, rabitə və ordu xidmətlərindən yararlanaraq yəhudilər üçün peyk dövlət rolunu oynadığını bariz bir səbəb kimi təqdim edir. Həmçinin Ermənistan tərəfi də, Azərbaycanın son müharibədə göstərdiyi yüksək dərəcəli hərbi performansdan dolayı olaraq İsrailin burada çox böyük bir köməkçi qismində oynadığını söyləyir və günümüzdə bu sıx əlaqələr onları qorxudur. Regiondan kənara çıxsaq, əsasən transatlantika ölkələrinin vəziyyətlə bağlı narahat olduğunu görürük, çünki Qərb, bu regionda sülhü və stabil vəziyyəti qorumağa çalışır. Azərbaycanın – İsrail ilə qurduğu sıx əlaqələr Qərbi narahat etməsə də, İran və Ermənistan tərəfinin yarada biləcəyi təxribatdan dolayı olaraq narahatdır. Buna rəğmən, Azərbaycan qətiyyətlə öz mövqeyində durmalı və mütləq şəkildə regiondakı əlaqələrini də nəzərdə saxlamalıdır”.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 03.02.2026 22:46
Beşbarmaq, Bəbirli, Bəbirli Yeri, Bəzirxana, Bəybalı, Bəybuğan – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.02.2026 14:22
Bəybuğan dağı necə Bağaysar oldu? – ANONS - FOTO - VİDEO
Elm və təhsil / 02.02.2026 10:01
“Basarkeçər həkimləri” kitabının təqdimatı keçirilib – FOTO - FOTO
Gündəm / 02.02.2026 00:02
Azərbaycanda Gənclər Günü qeyd olunur
Hərbi / 31.01.2026 23:40
Türk silah mədəniyyəti və Avropa zirehlərindən fərqi - VİDEO
Siyasi, Sosial / 30.01.2026 23:12
“Atam evdə “İravanda xan qalmadı” mahnısını oxuyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 30.01.2026 14:22
Arınc sevgisi ilə yaşayan Nigar Həsənovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi / 29.01.2026 22:56
“Azərbaycan dilinin hüquqi statusu Ermənistan parlamentində müzakirə oluna bilər” - VİDEO
Siyasi / 29.01.2026 14:22
“Seçkilərdə Paşinyanın Qərbi Azərbaycan kartı” – ANONS - VİDEO
Mədəni, Siyasi / 28.01.2026 23:40
“Spendiarovun musiqisi ermənilərin İrəvan saxtakarlığını ifşa etdi” - VİDEO
Mədəni / 28.01.2026 14:22
“İrəvan etüdləri” – səsli türk portreti – ANONS - VİDEO
Siyasi, Sosial / 27.01.2026 22:55
Beybudabad, Berdateğ, Berdi Xaraba, Berdtəpə, Bekciqazlı – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 27.01.2026 14:22
Tarixi XV əsrə dayanan türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 27.01.2026 11:00
Göygöldə Abbas Göyçəgölün 2 kitabının təqdimatı olub - FOTO
Mətbuat / 25.01.2026 12:07
“Yeni Sabah” 7 yaşını qeyd edir
Hərbi / 24.01.2026 23:45
Azərbaycanda yerli silah ənənələri necə formalaşıb? - VİDEO
Siyasi, Sosial / 23.01.2026 23:26
“Rus generallar bizə dedilər ki, burada yaşaya bilməzsiniz, köçün” - FOTO - VİDEO
Siyasi, Sosial / 23.01.2026 14:22
“Atamı daşnaklar öldürmək istəyirdilər” – Arif Orucovun “Həyat Hekayəsi” – ANONS - FOTO
Siyasi / 22.01.2026 22:56
“Göyçə” adı niyə Ermənistan cəmiyyətində qıcıq yaradır?” - VİDEO
Siyasi / 22.01.2026 14:22
Erməniləri qorxudan Qərbi Azərbaycan anlayışı – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 22.01.2026 10:50
XIII əsrdə Göyçədən yüksələn dua
Elm və təhsil / 21.01.2026 23:03
Ermənilər yeni geosiyasi reallığa uyğunlaşa biləcək, yoxsa Ermənistanı tərk edəcək? - VİDEO
Elm və təhsil / 21.01.2026 14:22
Erməni kartı necə işə salınıb? – ANONS - VİDEO
Mətbuat / 21.01.2026 12:33
“Global Media Group” ötən il media sahəsində yüksək nəticələr qazanıb
Siyasi, Sosial / 20.01.2026 23:32
Başnalı, Başsız, Berd qalacıq, Berdadağ – türk tarixinin izi - FOTO - VİDEO
Sosial / 20.01.2026 14:22
Başnalı necə Bağramyan oldu? – ANONS - FOTO - VİDEO