Dünya 08.01.2021 10:41

Azərbaycan qazı DEPA ilə Yunanıstana çatdırıldı

Xəzər dənizin Azərbaycan sektorundan hasil edilən və Trans-Adriatik Boru Kəməri (TAP) ilə Avropaya nəql edilən Azərbaycan təbii qazı artıq Yunanıstan istehlakçılarına çatdırılıb.

Rakus.az xəbər verir ki, ilk Azərbaycan qazının Yunanıstanın qazpaylayıcı şəbəkəsi olan DEPA ilə Yunanıstan istehlakçılarına ötürülməsi uğurla həyata keçirilib.

Bildirilir ki, TAP layihəsinin reallaşdırılması və DEPA ilə müqavilənin bağlanması sayəsində Yunanıstan özünün Cənubi Qaz Dəhlizinə qoşulması və Avropanın təbii qaz mənbələri və marşrutlarının şaxələndirilməsinin gücləndirilməsi üçün Avropa İttifaqının strateji layihəsindəki iştirakını möhkəmləndirib.

DEPA qaz nəqli şirkətinin baş direktoru Konstantinos Ksifaras bildirib ki, kommersiya tədarükünün başlanılması ilə Yunanıstan rəqabətli bir qiymətə təbii qaz əldə edərək tədarükünü daha da artırır və bundan əsas faydalananlar da istehlakçılardır. Onun sözlərinə görə, TAP boru kəmərindən tədarükün başlanması DEPA-nın özü üçün bir mərhələdir: “Bu, şirkətin Yunanıstandakı Xəzər qazına çatmaq üçün yeddi ildən çox müddətdə göstərdiyi səylərin zirvəsidir. Çünki, bu boru kəməri xüsusilə rəqabətli qiymətlərlə yeni böyük bir tədarük mənbəyi təklif edir”.

O qeyd edib ki, Xəzər qazının daxili bazarda rəqabəti artıracaq və qiymətlərin daha da dəyişməsinə səbəb olacağı təxmin edilir: “Əsas faydalananlar son istehlakçılar, yəni ölkənin sənayesi, ev təsərrüfatları və müəssisələri olmaqla bütövlükdə Yunanıstan iqtisadiyyatıdır”.

Xatırladaq ki, bu günlərdə Yunanıstanın Saloniki şəhərində tikinti işlərinin başlamasından 4 il yarım sonra, 878 kilometrlik qaz nəqliyyat sistemi – TAP Yunanıstan, Albaniya, Adriatik dənizi və İtaliyadan keçərək kommersiya əməliyyatlarına başlayıb. Peşəkarlardan ibarət çoxmilli sənaye komandası enerji infrastrukturunun bu strateji hissəsini vaxtında və etibarlı şəkildə təhvil vermək üçün çətin şəraitdə səylə və effektiv çalışıb.

TAP Cənub Qaz Dəhlizinin Avropa qolu, Azərbaycandan Avropa bazarlarına 10 milyard kubmetr yeni qaz tədarükünü həyata keçirəcək qovşaq layihəsidir. Kəmər keyfiyyət, sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi üzrə beynəlxalq standartlara uyğun fəaliyyət göstərir. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq ildə 20 milyard kubmetrə çatdırmağa imkan verir.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO