Dünya 23.04.2020 13:41

Azərbaycan qoyunları “avropalaşdırır” - FOTO

Azərbaycanda heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi tədbirləri çərçivəsində xarici ölkələrdən məhsuldar heyvan sortlarının gətirilməsinə maraq artıb. 

Rakus.az xəbər verir ki, bu barədə Kənd Təsərüfatı Nazirliyindən bildirilib.

Məlumata görə, təchizatçı şirkətlər və sahibkarlar tərəfindən ölkəmizə gətirilən yeni iribuynuzlu və xırdabuynuzlu heyvanların yerli təsərrüfatlarda yetişdirilməsi genişlənir. Bu günlərdə yerli şirkətlərdən biri tərəfindən Azərbaycana Avropadan məşhur Laqun qoyunları gətirilib. Bu qoyunlar yerli sortlardan südlük və ətlik xüsusiyyətləri ilə seçilir, eyni zamanda yerli iqlim şəraitinə sürətlə uyğunlaşırlar.

Heyvandarlıqla məşğul olan fermer Kərim Hüseynov fermerlərin gəlirli sahə olan qoyunçuluğu inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edib: “Respublikada heyvandarlığın inkişafı ilə bağlı proqram hazırlanıb. Həmin proqramda qoyunçuluğun inkişafı ilə bağlı hədəflər müəyyənləşdirilib. Biz fermerlər çalışırıq ki, qoyunçuluğu inkişaf etdirək. Respublikada qoyunçuluğu inkişaf etdirmək məqsədilə Avropa ölkələrindən xüsusi cins, Laqun cinsindən qoyun gətirmişik. Laqun cinsinə mənsub olan qoyunlar balavermə qabiliyyətinə görə yerli qoyunlardan üstündür. Bu cinsdən olan qoyunların artım qabiliyyəti yüksəkdir. Laqun qoyunlarının əksəriyyəti əkiz balalayır. Bu da sürünü artırmaq üçün mühüm şərtdir”.

Qəbələdə fəaliyyət göstərən bu təsərrüfatın sahibi deyir ki, Laqun qoyunlarının südlük və ətlik keyfiyyətləri çox yüksəkdir.

“Laqun cinsinə mənsub olan qoyunların üstünlüyü ondadır ki, bu cinsdən olan qoyunlar 3 litrə yaxın süd verir. 3,5 ay ərzində 30-35 kiloqram ət verir. Bu qoyunlarda südün yağlılıq dərəcəsi 8%-dir. Süddə yağlılıq dərəcəsinin yüksək olması əla keyfiyyətli pendir istehsalına imkan verir. Düşünürük ki, respublikada süd istehsalının artırılmasında bu cinsin çox böyük rolu olacaq. Ümumilikdə Avropadan 700 baş Laqun cinsinə məxsus qoyun gətirməyi planlaşdırırq. Artıq 400 baş gətirmişik, 300 baş qoyun isə yaxın zamanlarda gələcək. Pendir istehsalını artırmaq, süd satışı ilə məşğul olmaq istədiyimiz üçün gələcəkdə Laqun cinsindən daha 2000 baş qoyun gətirməyi planlaşdırırq”, – deyə Kərim Hüseynov vurğulayıb.

Azərbaycanda heyvanların damazlıq tərkibinin yaxşılaşdırılması məqsədilə dövlət tərəfindən ciddi dəstək tədbirləri həyata keçirilir. Xarici ölkələrdən gətirilmiş damazlıq heyvanlar fermerlərə 60% dövlət güzəştli ilə satılır. Fermer 25 faiz ilkin ödəniş etməklə damazlıq heyvan alır, qiymətin 60%-ni dövlət ödəyir, qalan 15%-i isə 3 il müddətinə kreditləşdirilir.

Qeyd edək ki, Laqun qoyunları südlük istiqamətli sort sayılsa da, bu sortun ətlik keyfiyyətləri də yüksəkdir. Laqun qoyunlarının ətində mərmərləşmə dərəcəsi yüksək olduğuna görə, bu ət ən keyfiyyətli ət növlərindən sayılır.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO