Dünya 15.10.2019 19:23

Azərbaycan Rusiyaya nota göndərdi

Cari ilin 11 oktyabr tarixində Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim tərəfindən təşkil olunan məlum tədbirdə Rusiya Federasiyasının Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və soydaşlarla əlaqələr üzrə komitəsinin sədrinin birinci müavini Konstantin Zatulinin iştirakı ilə əlaqədar Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinə Azərbaycan tərəfinin narahatlığını ifadə edən rəsmi nota göndərilib.

Rakus.az xəbər verir ki, Azərbaycanın Rusiyadakı səfirliyindən verilən məlumata görə, notada separatçılığı açıq şəkildə dəstəkləyən Konstantin Zatulinin qeyd edilən tədbirdə ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qarşı səsləndirdiyi növbəti təxribat xarakterli bəyanatlarına və Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mövcud olan yüksək səviyyəli əməkdaşlığa xələl gətirən çıxışlarına Rusiya tərəfindən münasibətin bildirilməsi, həmçinin rusiyalı deputatın işğal altında olan ərazilərə hansı qisimdə səfər etməsi və sözügedən səfərin kimin tərəfindən maliyyələşdirilməsi ilə bağlı məlumatın dəqiqləşdirilməsi xahiş edilmişdir.

Bundan əlavə, Notada Konstantin Zatulinin mütəmadi şəkildə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Rusiyanın siyasi mövqeyinə zidd olan fikirlər irəli sürməsinə, tarixi faktları açıq şəkildə təhrif etməsinə, Ermənistanın apardığı işğalçı siyasətə bəraət qazandırmaq cəhdlərinə müvafiq qiymətin verilməsinin vacibliyi vurğulanmış, onun bir deputat kimi öz sözlərinə və hərəkətlərinə görə məsuliyyət daşımalı olduğuna diqqət çəkilərək Rusiya Xarici İşlər Nazirliyindən lazımi tədbirlərin görülməsi rica edilmişdir.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 03.02.2026 22:46
Beşbarmaq, Bəbirli, Bəbirli Yeri, Bəzirxana, Bəybalı, Bəybuğan – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.02.2026 14:22
Bəybuğan dağı necə Bağaysar oldu? – ANONS - FOTO - VİDEO
Elm və təhsil / 02.02.2026 10:01
“Basarkeçər həkimləri” kitabının təqdimatı keçirilib – FOTO - FOTO
Gündəm / 02.02.2026 00:02
Azərbaycanda Gənclər Günü qeyd olunur
Hərbi / 31.01.2026 23:40
Türk silah mədəniyyəti və Avropa zirehlərindən fərqi - VİDEO
Siyasi, Sosial / 30.01.2026 23:12
“Atam evdə “İravanda xan qalmadı” mahnısını oxuyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 30.01.2026 14:22
Arınc sevgisi ilə yaşayan Nigar Həsənovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi / 29.01.2026 22:56
“Azərbaycan dilinin hüquqi statusu Ermənistan parlamentində müzakirə oluna bilər” - VİDEO
Siyasi / 29.01.2026 14:22
“Seçkilərdə Paşinyanın Qərbi Azərbaycan kartı” – ANONS - VİDEO
Mədəni, Siyasi / 28.01.2026 23:40
“Spendiarovun musiqisi ermənilərin İrəvan saxtakarlığını ifşa etdi” - VİDEO
Mədəni / 28.01.2026 14:22
“İrəvan etüdləri” – səsli türk portreti – ANONS - VİDEO
Siyasi, Sosial / 27.01.2026 22:55
Beybudabad, Berdateğ, Berdi Xaraba, Berdtəpə, Bekciqazlı – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 27.01.2026 14:22
Tarixi XV əsrə dayanan türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 27.01.2026 11:00
Göygöldə Abbas Göyçəgölün 2 kitabının təqdimatı olub - FOTO
Mətbuat / 25.01.2026 12:07
“Yeni Sabah” 7 yaşını qeyd edir
Hərbi / 24.01.2026 23:45
Azərbaycanda yerli silah ənənələri necə formalaşıb? - VİDEO
Siyasi, Sosial / 23.01.2026 23:26
“Rus generallar bizə dedilər ki, burada yaşaya bilməzsiniz, köçün” - FOTO - VİDEO
Siyasi, Sosial / 23.01.2026 14:22
“Atamı daşnaklar öldürmək istəyirdilər” – Arif Orucovun “Həyat Hekayəsi” – ANONS - FOTO
Siyasi / 22.01.2026 22:56
“Göyçə” adı niyə Ermənistan cəmiyyətində qıcıq yaradır?” - VİDEO
Siyasi / 22.01.2026 14:22
Erməniləri qorxudan Qərbi Azərbaycan anlayışı – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 22.01.2026 10:50
XIII əsrdə Göyçədən yüksələn dua
Elm və təhsil / 21.01.2026 23:03
Ermənilər yeni geosiyasi reallığa uyğunlaşa biləcək, yoxsa Ermənistanı tərk edəcək? - VİDEO
Elm və təhsil / 21.01.2026 14:22
Erməni kartı necə işə salınıb? – ANONS - VİDEO
Mətbuat / 21.01.2026 12:33
“Global Media Group” ötən il media sahəsində yüksək nəticələr qazanıb
Siyasi, Sosial / 20.01.2026 23:32
Başnalı, Başsız, Berd qalacıq, Berdadağ – türk tarixinin izi - FOTO - VİDEO
Sosial / 20.01.2026 14:22
Başnalı necə Bağramyan oldu? – ANONS - FOTO - VİDEO