Dünya 30.05.2019 09:33

Azərbaycan səfirliyinin təməli qoyuldu - FOTO

Rakus.az xəbər verir ki, Pekinin ən yaxşı və işgüzar hissələrindən birində, ABŞ, Fransa, İsrail, Yaponiya və digər ölkələrin diplomatik nümayəndəliklərinin yerləşdiyi “Lianmaçiao” diplomatik zonasında inşa ediləcək bina Azərbaycanın xaricdəki ən böyük səfirlik binalarından biri olacaq. Binanın layihəsini hazırlayan memarlar əvvəlcədən Bakıya səfər edərək, Azərbaycanın tarixi və müasir memarlıq nümunələri ilə tanış olublar. Layihə tərtib edilərkən binanın dizayn və interyerində Azərbaycan memarlıq elementləri əksini tapıb. Müasir tələblərə cavab verəcək binada səfirlik əməkdaşlarının fəaliyyəti üçün hər cür şərait yaradılacaq.

Təməlqoyma mərasimində çıxış edən Azərbaycan xarici işlər nazirinin müavini Ramiz Həsənov iki xalq arasında böyük tarixi olan dostluq münasibətlərinin müasir dövrdə dövlət başçılarının siyasi iradəsi ilə bütün sahələrdə inkişaf etdiyini deyib. Möhkəm özül üzərində qurulan münasibətlərimizin inkişafında ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Çin Xalq Respublikasına səfərləri və bu çərçivədə əldə edilmiş razılaşmalar böyük rol oynayıb. Bu xüsusda Azərbaycan Prezidentinin ötən ay Pekində keçirilmiş 2-ci “Bir kəmər, bir yol” beynəlxalq əməkdaşlıq forumunda iştirakı xüsusi qeyd olunmalıdır. Səfər zamanı iki ölkənin dövlət başçıları arasında dostluq və səmimiyyət şəraitində keçirilmiş görüşdə əldə edilmiş razılaşmalar “Bir kəmər, bir yol” çərçivəsində ölkələrimiz arasında gələcək əməkdaşlığımız üçün yeni hədəfləri müəyyən edib.

Münasibətlərimizin inkişaf dinamikasının Azərbaycanın Pekindəki səfirliyinin yeni binasının tikilməsi zərurətini yaratdığını bildirən R.Həsənov, bu binanın öz müasir memarlığı, milli çalarları və əzəməti ilə ölkəmizin Çin ilə münasibətlərinə verdiyi önəmi və əlaqalərimizin hazırkı yüksək səviyyəsini göstərəcəyini deyib. Yeni bina daha böyük nailiyyətlər əldə edilməsi üçün Azərbaycan səfirliyinin iş şəraitini və təmsilçilik imkanlarını artıracaq, eləcə də Azərbaycan-Çin dostluğunun rəmzlərindən birinə çevriləcək.

Çin xarici işlər nazirinin müavini Can Hanhuy Çin hökuməti adından əlamətdar hadisə münasibətilə təbriklərini çatdırıb. Azərbaycan səfirliyi üçün binanın Pekinin ən yaxşı ərazilərindən birində ayrılmasının Çin-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olmasından xəbər verdiyini bildirən nazir müavini xalqlarımızın dostluğunun köklərinin uzaq keçmişə gedib çıxdığını, tarixi İpək Yolunun bizim ölkələri birləşdirdiyini diqqətə çatdırıb. Hələ XIII əsrdə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi “Yeddi gözəl” poemasında Çin gözəlini vəsf edib.

Hazırda Azərbaycan-Çin münasibətlərinin bütün sahələrdə inkişaf etdiyini bildirən Can Hanhuy, bu ilin aprelində Prezident İlham Əliyevin Çinə səfəri çərçivəsində ÇXR Sədri Si Cinpin ilə görüşündə yaxın dost olan ölkələrimizin ikitərəfli münasibətləri, onların gələcək inkişafı barədə müzakirələr apardıqlarını diqqətə çatdırıb. Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” strategiyası çərçivəsində ölkələrimiz arasında fəal əməkdaşlıq həyata keçirilir.

Ölkəmizin Çindəki səfiri Əkrəm Zeynallı Azərbaycan hökumətinin Pekindəki səfirlik binasının inşası ilə bağlı qərarından sonra torpaq sahəsinin ayrılması, ilkin icazələrin alınması, layihə-dizayn və tikinti şirkətlərinin müəyyənləşdirilməsi, müxtəlif qurumlarla əlaqələndirmənin aparılmasına və buna bənzər onlarca məsələlərdə göstərdiyi dəstəyə görə Çin tərəfinə minnətdarlıq edib.

Mərasimdə Azərbaycan incəsənət ustalarının ifasında konsert proqramı təqdim olunub.

Qeyd edək ki, Azərbaycan səfirliyinin binası üçün 3000 kvadratmetr sahə ayrılıb. Binanın layihəsini “Hongshi” dizayn şirkəti hazırlayıb, inşaatı isə Pekində yaxın vaxtlarda istifadəyə veriləcək və dünyada ən böyük aeroport olacaq “Dasin” hava limanı, paytaxtın rəmzlərindən Milli Böyük Teatr da daxil olmaqla Çində həyata keçirdiyi iri tikinti işləri ilə müsbət imic qazanmış “Beijing Urban Construction Sixth Group” həyata keçirəcək.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO