Azərbaycan və Rusiya birgə vaksin istehsal edəcək?
Rusiya yaxın günlərdə Azərbaycana 100 min dozadan çox “Sputnik V” koronavirus peyvəndini tədarük edəcək.
Rakus.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının Federasiya Şurasının sədri Valentina Matviyenko məlumat verib.
“Aprel-may aylarında 100 mindən çox “Sputnik” peyvəndinin tədarükü haqqında razılaşma əldə edilib”, – V. Matviyenko cümə günü Moskvada Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüş zamanı deyib.
Rusiya parlamentinin sədri qeyd edib ki, pandemiyanı dayandırmağın, vətəndaşların həyatını və sağlamlığını qorumağın yeganə yolu kütləvi peyvəndləmədən keçir:
“Və bu təkcə bir ölkədə deyil, bütövlükdə bütün ölkələrdə həyata keçirilməlidir ki, ünsiyyət qura, bir-birimizi ziyarət edə bilək”.
V.Matviyenkonun sözlərinə görə, Rusiya Azərbaycana nəinki koronavirus əleyhinə peyvənd tədarük etməyə, həm də onun Azərbaycanda istehsalı məsələsini nəzərdən keçirir.
“Bu, əhalinin peyvənd edilməsindən əlavə, vaksinin ixracını həyata keçirməyə imkan verə bilər”, – V.Matviyenko vurğulayıb.