Azərbaycan və Türkiyə vətəndaşları qardaş ölkələr arasında sadəcə şəxsiyyət vəsiqəsilə hərəkət edə biləcəklər.
Rakus.az xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu “Twitter” səhifəsində yazıb.
Çavuşoğlu yazıb:
“Qardaşım Ceyhun Bayramov ilə imzaladığımız protokolla Türkiyə-Azərbaycan arasında çox yaxında sadəcə şəxsiyyət vəsiqələrimiz ilə səyahət edə biləcəyik. “Bir millət, iki dövlət”ə də elə bu yaraşar! Xeyirli olsun”, – o qeyd edib.