Dağıstandakı səyyar sahə düşərgəsində sərhədlərin bağlı olmasına görə vətənə dönə bilməyən Azərbaycan vətəndaşları üçün 150 yerlik əlavə çadırlar quraşdırılıb.
Rakus.az xəbər verir ki, bu barədə TASS-a Dərbənd rayonunun başçısı vəzifəsini icra edən Fuad Şıxıyev məlumat verib.
Məmur deyib ki, orada məskunlaşması planlaşdırılan vətəndaşlardan koronavirusla bağlı testlər götürülüb.
Məskunlaşmaya xüsusi analizdən sonra – iyunun 1-dən başlanılacaq.
Daha əvvəl Rusiyadan vətənə qayıdan daha 175 Azərbaycan vətəndaşı barədə məlumat verilmişdi.