Dünya 22.05.2019 11:14

Azərbaycanda 1125 nəfər əcnəbi qaçqın var

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) qeydlərinə əsasən Azərbaycanda 1125 nəfər qaçqın var.

Rakus.az xəbər verir ki, bunu BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyinin xarici əlaqələr üzrə müşaviri Elsevər Ağayev deyib.

Onun sözlərinə görə, qaçqın statuslu şəxslərin yarıdan çoxu – 636 nəfəri Əfqanıstan vətəndaşıdır. Qaçqınların ikinci böyük əksəriyyətini 388 nəfərlə Rusiya Federasiyasından olan çeçenlər təşkil edir.

Azərbaycandakı qaçqınların 44-ü İran, 15-i Pakistan, 15-i Suriya, 1-i Türkiyə, 26-sı isə digər ölkələrin vətəndaşlarıdır.

E.Ağayev qeyd edib ki, qeyd olunan qaçqınlarla yanaşı, beynəlxalq himayəyə ehtiyacı olduğunu iddia edən 886 nəfər şəxs də BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyində qeydiyyatdadır. Onların 547-si Əfqanıstan, 135-i Pakistan, 37-si Türkiyə, 35-i Suriya, 30-u Rusiya, 25-i İran, 77-si isə digər ölkələrin vətəndaşlarıdır.

Qeyd edək ki, BMT QAK milli hökumət qurumları ilə əmədaşlıq şəraitində dünyada olan qaçqınların və məcburi köçkünlərin himayəsi və rifahı üçün beynəlxalq müdaxilələrin idarə olunması və əlaqələndirilməsi vəzifəsini daşıyır. Təşkilat 1992-ci ilin dekabrından Azərbaycanda fəaliyyət göstərir və didərginlik problemləri həllini tapana qədər ölkədə qaçqın, sığınacaq axtaran, məcburi köçkün və vətəndaşlığı olmayan şəxslərə dəstək göstərilməsi üçün bütün təşəbbüslərə şərait yaratmağı qarşısına məqsəd qoyub. (Trend)

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO