Səhiyyə 29.01.2020 16:19

Azərbaycanda 13 tibbi ərazi bölməsi yaradıldı

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) “Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə tibbi ərazi bölmələri”ni təsdiq edib.

Rakus.az xəbər verir ki, Agentlikdən verilən məlumata görə, tibbi ərazi bölməsi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin inzibati ərazi vahidləri üzrə qruplaşdırılmasıdır. Tibbi ərazi bölmələrinin inzibati ərazi vahidləri üzrə bölgüsü əhalinin sayı, coğrafi ərazi, nəqliyyat infrastrukturu, tibb müəssisələrinin şəbəkəsi və potensialı, həkim və orta tibb işçilərinin sayı nəzərə alınmaqla formalaşdırılıb.

Agentlik tərəfindən ümumilikdə 13 sayda tibbi ərazi bölməsi müəyyənləşdirilib. Bir tibbi ərazi bölməsinə bir neçə şəhər/rayon üzrə dövlət tibb müəssisəsi daxil edilib.

Həmçinin, 3 tibbi ərazi bölməsi istisna olmaqla, digərləri üzrə regionlararası dövlət tibb müəssisələri də müəyyənləşdirilib. Məqsəd tibb müəssisələrinin resurslarından və kadr potensialından səmərəli istifadəni təmin etmək, fəaliyyətlərini optimallaşdırmaq və əhalinin müxtəlif növ tibbi yardıma əlçatanlığını təmin etməkdir. Bakı, Sumqayıt və Gəncə şəhəri tibbi ərazi bölmələri üzrə müəyyənləşdirilməmənin səbəbi dövlət tibb müəssisələrinin sayının çox olmasıdır.

Müştərək maliyyələşmə məbləğinin ödənilməsi zamanı sığortaolunanın qeydiyyatda olduğu inzibati ərazi və müraciət etdiyi tibb müəssisəsinin yerləşdiyi tibbi ərazi bölməsi nəzərə alınır. Xatırladaq ki, tibbi xidmətin tarifinin sığorta hadisəsi zamanı sığortaolunan tərəfindən ödənilməli olan müəyyən hissəsi müştərək maliyyələşmə məbləğidir. Müştərək maliyyələşmə məbləği ixtisaslaşdırılmış ambulator tibbi yardım və stasionar tibbi yardım xidmətlərə görə müraciət zamanı Xidmətlər Zərfində müəyyən edildiyi şərtlərə riayət edilmədiyi hallarda bütün sığortaolunanlara şamil olunur. Müştərək maliyyələşmə məbləğinin ödənilməsi şərtləri Xidmətlər Zərfi ilə müəyyən edilir və tibb müəssisəsinə birbaşa ödənilir. Müştərək maliyyələşmə məbləğinin tətbiqinə 1 aprel 2020-ci ildən başlanılacaq.

Ambulator və stasionar şəraitdə göstərilən xidmətə tətbiq edilən müştərək maliyyələşmə məbləği aşağıdakı qaydada ödənilir:

İnzibati ərazi daxilində: Vətəndaş ailə həkiminin göndərişi olmadan yaşayış və ya olduğu yer üzrə qeydiyyatda olduğu inzibati ərazidə yerləşən tibb müəssisəsinə ambulator şəraitdə göstərilən tibbi xidmətə görə müraciət etdikdə hər bir sığorta hadisəsi üzrə 5 (beş) manat müştərək maliyyələşmə məbləği ödəməlidir. Məsələn, siz Şəki şəhərində qeydiyyatdasınız. Ailə həkiminə müraciət etmədən birbaşa Şəki şəhərində yerləşən tibb müəssisəsinə ixtisas həkiminə müraciət edirsiniz. Xidmətlər Zərfində müəyyən edildiyi şərtlərə riayət etmədiyinizə görə, tibb müəsissəsinə 5 (beş) manat müştərək maliyyələşmə məbləği ödəməli olacaqsınız.

Tibbi ərazi bölməsi daxilində: Vətəndaş ailə həkiminin göndərişi olmadan tibbi ərazi bölməsi daxilində digər inzibati ərazidə yerləşən tibb müəssisəsinə müraciət etdikdə hər bir sığorta hadisəsinə görə 5 (beş), stasionar şəraitdə göstərilən xidmətin alınması üçün müraciət etdikdə 100 (yüz) manatdan artıq olan hər bir sığorta hadisəsinə görə 30 (otuz) manat müştərək maliyyələşmə məbləği ödəməlidir. Məsələn, Qaxda qeydiyyatda olan vətəndaş ailə həkiminə müraciət etmədən Şəkidə yerləşən tibb müəssisəsinə (ixtisas həkiminə) gəldikdə hər sığorta hadisəsinə görə ambulator şəraitdə 5 (beş) manat müştərək maliyyələşmə məbləği ödəməlidir. Müayinənin nəticəsi olaraq ixtisas həkiminin göndərişi əsasında stasionar şəraitdə göstərilən tibbi xidmətlərə görə 100 (yüz) manatdan artıq olan hər bir sığorta hadisəsinə görə 30 (otuz) manat müştərək maliyyələşmə məbləği ödəməlidir.

Tibbi ərazi bölməsindən kənarda: Vətəndaş  ailə həkiminin göndərişi olmadan qeydiyyatda olduğu tibbi ərazi bölməsindən kənarda, yəni icbari tibbi sığorta tətbiq olunan digər inzibati ərazidə yerləşən tibb müəssisəsinə ambulator şəraitdə göstərilən tibbi xidmətə müraciət etdikdə hər bir sığorta hadisəsinə görə 15 (on beş) manat, stasionar şəraitdə göstərilən xidmətin alınması üçün müraciət etdikdə 100 (yüz) manatdan artıq olan hər bir sığorta hadisəsinə görə 90 (doxsan) manat  müştərək maliyyələşmə məbləği ödəməlidir. Məsələn, Şəkidə qeydiyyatda olan vətəndaş ailə həkiminə müraciət etmədən Şamaxıda yerləşən tibb müəssisəsinə (ixtisas həkiminə) gəldikdə hər sığorta hadisəsinə görə ambulator şəraitdə 15 (on beş) manat müştərək maliyyələşmə məbləği ödəməlidir. Müayinənin nəticəsi olaraq ixtisas həkiminin göndərişi əsasında stasionar şəraitdə göstərilən tibbi xidmətlərə görə 100 (yüz) manatdan artıq olan hər bir sığorta hadisəsinə görə 90 (doxsan) manat müştərək maliyyələşmə məbləği ödəməlidir.

Eyni zamanda, vətəndaş ambulator şəraitdə göstərilən bütün maqnit rezonans və kompyüter tomoqrafiyası xidmətlərinə görə hər sığorta hadisəsinə görə 20 (iyirmi) manat müştərək maliyyələşmə məbləği ödəməlidir. Sığortaolunana bütün tibbi xidmətlər həkimin (ixtisaslı həkim, ailə həkimi, sahə-terapevti, sahə-pediatrı) göndərişi əsasında həyata keçirilir. Həkim müayinəsindən keçmədən göstərilən bütün laborator və diaqnostik xidmətlər icbari tibbi sığorta təminatı çərçivəsində qarşılanmır və vətəndaşın vəsaiti hesabına ödənilir.

XƏBƏR LENTİ
Elm və təhsil / 02.07.2024 22:43
“Türklərin Qafqazdakı varlığını 11-ci əsrdən götürmək utopiyadır” - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 02.07.2024 18:36
“Ümumi oyunun bir hissəsi Ermənistanı Fransanın forpostuna çevirməkdir” - VİDEO
Siyasi, Video müsahibə / 02.07.2024 12:24
Ermənistan kimin forpostu olur?- ANONS - VİDEO
Müsahibə / 01.07.2024 22:30
“Kameral təsvirlər Qərbi Azərbaycan torpaqlarının kimə məxsusluğunu sübut edən dövlət sənədidir” - VİDEO
Elm və təhsil / 01.07.2024 13:45
Xəzərlərin etnik kimliyi – ANONS
Maraqlı, Sosial / 29.06.2024 22:01
“Şorcalı mordvin gənci türk casusu adı altında İrəvanda öldürülüb” – Qərbi Azərbaycan Xronikası - FOTO - VİDEO
Maraqlı, Sosial / 28.06.2024 22:46
“Qonaq gələnlər maşını kənddə qoyub Gorusa erməni nömrəsi olan maşınla, avtobusla gedirdilər” - FOTO - VİDEO
Təhlil / 28.06.2024 15:23
Ermənistanın nicatı və Aİ-yə açılan yol – TƏHLİL
Sosial / 28.06.2024 13:22
“Anam rəhmətə gedəndə dedi ki…” Roza Cavadovanın “Həyat Hekayəsi”- ANONS - VİDEO
Hərbi, Təhlil / 27.06.2024 22:16
“Ermənistan sərhəddə strateji yüksəklikləri ələ keçirməyə hazırlaşır” - FOTO - VİDEO
Təhlil / 27.06.2024 17:30
Beynəlxalq səviyyəli münaqişələrdən necə istifadə edilir – TƏHLİL
Hərbi / 27.06.2024 13:32
Ermənistan təxribata əl atarsa… – ANONS - VİDEO
Elm və təhsil, Siyasi / 26.06.2024 22:21
Yerli əhalisi erməni kimi qələmə verilən Vorontsovka rayonu - FOTO - VİDEO
Hərbi / 26.06.2024 20:59
Silahlı Qüvvələrimiz dövlətimizin gücü, dayağıdır
Elm və təhsil / 26.06.2024 12:55
Rusların əli ilə erməniləşdirilən məkan – ANONS - VİDEO
Elm və təhsil, Maraqlı / 25.06.2024 22:15
“Qafqaz anlayışı 19-cu əsr anlayışıdır, bu ərazi İçoğuz adlanıb” - FOTO - VİDEO
Siyasi, Təhlil / 25.06.2024 18:38
“İrəvan üçün ən vacib addım seçimini Bakı və Ankaradan yana etməkdir” - FOTO - VİDEO
Elm və təhsil, Maraqlı / 25.06.2024 14:00
Türklərin at üstündə oxla döyüşməsinin sirri – ANONS - VİDEO
Siyasi, Video müsahibə / 25.06.2024 13:27
İrəvan üçün ən vacib addım – ANONS - VİDEO
Elm və təhsil, Video müsahibə / 24.06.2024 22:06
“Xanlıqlar arasında birlik olsaydı, onların heç biri məğlubiyyətlə üzləşməzdi” - FOTO - VİDEO
Təhlil / 24.06.2024 17:13
Ermənistanın qurtuluşunun real yolları – TƏHLİL
Elm və təhsil, Sosial / 22.06.2024 22:54
Səlcuqların Kanlı qolunun məskunlaşdığı ərazi - FOTO - VİDEO
Siyasi, Sosial / 21.06.2024 21:36
“Deyirdilər ki, Göyçə gölü tərəfdən ermənilər gəlib sizi qıracaq” - FOTO - VİDEO
Siyasi / 21.06.2024 16:28
Dəyişməyən mövqelər – Prezidentlə dövlət katibinin telefon danışığı – TƏHLİL
Maraqlı, Sosial / 21.06.2024 14:09
“Atam Vətən həsrətinə dözə bilmədi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 20.06.2024 22:44
“Bakı və Ankara Qərbi Azərbaycana qüvvələr göndərə bilər” - FOTO - VİDEO