Dünya 12.04.2021 10:09

Azərbaycanda yeni mutasiya təhlükəsi var

Rakus.az xəbər verir ki, bu fikirləri “Report” a açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib.

Onun sözlərinə görə, təhlükə bundan ibarətdir ki, ölkədə “İmmunescape” mutasiya mexanizmi ilə yarana biləcək növbəti virus mutasiyası peyvəndə qarşı immun ola bilər:

“Yəni peyvəndlər virucovsa təsir etməyə bilər və ya çox az təsir edə bilər. Əgər virusa yoluxmaların sayı paralel olaraq peyvəndləmə ilə birgə kəskin artarsa, bu, gözləniləndir. Ona görə də düşünürəm ki, peyvəndləmənin sürətləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində əhali arasında maarifləndirmə işləri də yüksələn xəttlə davam etməlidir. Cəmiyyətdə vaksinasiya ilə bağlı maarifləndirici və məlumatlandırıcı mexanizm təkmilləşdirilməlidir. Yanlış mexanizmlər nəticəsində insanlar arasında virusa qarşı peyvənd olunmağa inamsızlıq yaranırsa, bununla bağlı tədbirlər görülməlidir. İnsanlara izah olunmalıdır ki, virusun geniş yayılmasının qarşısının alınmasına və ölüm hallarının sayının azaldılmasına peyvənd vasitəsilə daha effektiv nail olmaq mümkündür. Vaksinasiya və virusa qarşı qızıl qaydalara əməl etmək virusla mübarizənin ən əsas mərhələlərindəndir. Ona görə də əhali bu proseslərdə daha da fəal olmalıdır ki, normal həyata qayıtmaq daha da tezləşsin”.

N.Abdullayev bildirib ki, peyvəndlərin mövcudluğu insanlarda rahatlıq yaratmamalı və tətbiq edilən karantin qaydalarına riayət olunmaması anlamına gəlməməlidir:

“Hər kəs qaydalara riayət etməli, tibbi maskadan istifadə etməli, sosial məsafəni gözləməli, istər qapalı, istərsə də açıq havada insanların toplaşdığı məkanlardan uzaq durmalıdır. Çünki qaydalara riayət olunmaması və nəticədə də yoluxma hallarının peyvəndləmə ilə paralel artması virusun yeni mutasiyalarının yaranmasına səbəb ola bilər ki, bu da nəinki Azərbaycanda, eləcə də bütün dünyada belədir. Bir daha vurğulayıram ki, bundan daha da təhlükəli bu yeni əmələ gələcək mutasiyalara qarşı hazırki peyvəndlərin təsirsiz və ya az təsirli ola bilməsidir. Buna görə də hər kəs, həm müvafiq dövlət qurumları, həm də millətimiz bilməlidir ki, peyvəndləmənin sürəti artırılmalıdır”.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO