Dünya 07.06.2019 17:18

Azərbaycanın İsraildə yaşayan dostu- Lev Spivak - FOTO

Deyir ki, Bakıda doğulub böyümüşəm. Həyatımın ən əlamətdar günləri bu şəhərlə bağlıdır. Bu şəhərdə aşiq olmuşam, burada ailə qurmuşam. Onun hər qarışı mənə doğmadır, əzizdir. Elə olur ki, ildə üç dəfə Azərbaycana gedir, qoynunda gəzməkdən yorulmuram. Hər dəfə geri dönəndə, yenə də gözüm arxada qalır…

Ciddi görkəmi, baxışları, geniş alnı, üz cizgiləri, səsinin ahəngi müdrikliyindən xəbər verir. Onu diqqətlə dinləyir, məqsəd və məramına bələd olmağa çalışırdım. Azərbaycan naminə gördüyü işləri sadaladıqca vəfalı, sədaqətli, ləyaqətli bir insanla həmsöhbət olduğumdan qürur duyurdum. Sizə zarafat gəlməsin, İsraildə həyta keçirdiyi tədbirlərin hər biri mahiyyətinə görə təqdirə, xüsusi tərifə layiqdir…

“İsrail Azərbaycan Beynəlxalq Asossasiyası”na 2008-ci ildən rəhbərlik edir. Neçə illərdir ki, İsraildə Azərbaycanla bağlı müxtəlif bayram tədbirləri həyata keçirir. Hər il İsrailin bir şəhərində elmi-nəzəri konfrans, Qarabağla bağlı filmlərin, eləcə də kitabların təqdimatlarını təşkil edib. Xocalı soyqrımı ilə əlaqədar Yerusəlimlə Tələvivin arasında, “Prezident meşəsi” adlandırılan ərazidə 613 ağac əkdirərək oranı ziyarətgaha çevirib. Hər dəfə fevralın 26-da Azərbaycandan gələn qonaqların, o cümlədən İsrail rəsmilərinin iştirakı ilə orada anım günü keçirir. Eləcə də hər il may ayında İsrail və Azərbaycanın Respublika günlərini birləşdirərək hər iki ölkənin incəsənət ustalarının iştirakı ilə böyük bayram konsertləri təşkil edir. Onun səyi nəticəsində İsrailin Afula şəhəri Mingəçevirlə, Tirat Karmel Şamaxıyla, Kiryat Byalik İsmayıllıyla, Yokneam Qəbəlylə qardaşlaşa biliblər. Bütün bunlardan əlavə hər il payız aylarında Azərbaycandan çıxan, bu gün İsraildə yaşayan incəsənət adamlarının Bakıda görüşünü və ya konsertini təşkil edir. Bu il böyük Azərbaycan şairi Nəsiminin 650 illik yubileyi münasibəti ilə poeziya müsabiqəsi keçirib. Həmin yarışmada Kostya Vararu adlı doqquz yaşlı şair Qarabağ haqqında şeiri ilə qalib elan olunub və “Bakıya səyahət”lə mükafatlandırılıb…

Haqqında söhbət açdığım Lev Spivak 1962-ci ildə Bakı şəhərində dünyaya gəlib. 1979-cu ildə 1 nömrəli orta məktəbi bitirib. 1980-1985-ci illərdə indiki Azərbaycan Texniki Universitetində mühəndis mexanik ixtisasına yiyələnib. 1985-1988-ci illərdə Leytenant Şmidt adına zavodda mühəndis, 1988-1990-cı illərdə Məişət maşınları zavodunda konustruktor işləyib. 1990-cı ildən İsrailin Rehovot şəhərində yaşayır…

…Ömür-gün yoldaşı Ella xanım İsrail mətbuatında çalışır. Qızı Jenya ali təhsillidir. Bir neçə ildir ki, ailə qurub…

O, İsrailə gəldikdən sonra beş il bizneslə məşğul olub. Daha sonra bir il Tələviv Universitetində kompyuter proqramlaşdırılması ixtisasına yiyələnib. 1996-2008-ci illərdə müxtəlif şirkətlərdə proqramçı işləyib. Eyni zamanda kollecdə, universitetdə dərs deyib. Hazırda “İsrail Azərbaycan Beynəlxalq Asossasiyası”na rəhbərlik edir…

Gələcək planları çoxdur. Hər iki xalqın mehriban münasibətini qoruyub saxlamaq, yəhudi xalqını Azərbaycanın problemləri ilə tanış etmək, İsrail əhalisində Azərbaycana rəğbət yaratmaq onun əsas istəyidir. Səyahət etməyi xoşlayır. İndiyədək ABŞ-da, Kanadada, Avropanın bir sıra ölkələrində olub…

Deyir ki,- “Azərbaycan inkişafa doğru irəliləyir. Bu məni çox sevindirir. Arzulayıram ki, Qarabağ probleminin həlli qansız-qadasız başa gəlsin. Ümumiyyətlə, Azərbaycan mənə dogma, azərbaycanlılar isə əziz insanlardır. Onların sevincini sevincim, kədərini isə öz kədərim bilirəm”…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO