Elm və təhsil 12.12.2023 19:12

“Azərbaycanlı həkimlərin Ermənistanda işləməsinə imkan vermirdilər” – MÜSAHİBƏ - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində rus dilində növbəti müsahibə efirə gedib.

Rakus.az xəbər verir ki, aparıcı Ellada Sarvanın müsahibi tanınmış cərrah, Azərbaycan Tibb Universitetinin professoru, Seçenov adına Moskva Tibb Universitetinin Bakı filialının Cərrahi Xəstəliklər Departamentinin müdiri Məhəmməd Kərimov olub.

O, indiki Ermənistanın Qərbi Azərbaycan torpaqları əsasında qurulan dövlət olduğunu, qədim oğuz-türk yurdu olan Qərbi Azərbaycanın mühüm coğrafi-siyasi əhəmiyyət daşıdığını deyib: “Tarixi Vətənimiz uzun illər, əsrlər boyu çoxsaylı basqınlara, müharibələrlə üzləşib. Azlıqda yaşayan ermənilər Çar Rusiyasının havadarlığı ilə İrəvan xanlığında sanki hökmranlıq etməyə başladılar. Köçkün ermənilər torpaqlarımızın sahibi oldular. Ermənilərin bütün cinayətləri mütəşəkkil şəkildə həyata keçirilirdi”.

Onun sözlərinə görə, ermənilər zaman-zaman azərbaycanlıları pərən-pərən salıb, toponimləri məhv edib, tarixi şəxsiyyətləri, etnik tərkibi ilə  azərbaycanlılara məxsus əraziyə sahib çıxmağa çalışıblar: “Azərbaycanlıların Ermənistan ərazisindən tamamilə qovulması ölkənin monoetnikləşməsinə səbəb oldu. Kiçik Asiyadan Qafqaza köçən ermənilər Qərbi Azərbaycanın “ağaları” oldular”.

Ümumdünya Damar Cərrahları Assosasiyası, Dünya Fleboloji Forumu, Avropa Cərrahlar Cəmiyyəti, Avropa Damar Cərrahları Assosiasiyası və başqa beynəlxalq cəmiyyətlərin üzvü olan M.Kərimov regional və beynəlxalq tədbirlərdə erməni məkrliyinin şahidi olduğunu, təcavüzkarların beynəlxalq platformalarda “ziyalıya” çevrildiyini vurğulayıb və deyib ki, indi ermənilərin üzündəki maskaları qoparıb onların əsl üzünü dünyaya göstərmək lazımdır.

Tanınmış cərrah diqqətə çatdırıb ki, Qərbi Azərbaycanda tibb-səhiyyə sahəsinə maraq böyük olub, bu sektorda çoxsayda mütəxəssiz yetişib: “Lakin o zamanlar indiki Ermənistanın tibb müəssisələrində işləyən, çalışan azərbaycanlı demək olar çox az olub. Bu, ermənilərin düşünülmüş siyəsəti olub. Səhiyyə sahəsində Azərbaycan alimlərinin çoxu Qərbi Azərbaycan əsillidir. Lakin azərbaycanlı həkimlərin Ermənistanda işləməsinə icazə verilməyib. Çünki ikili standart var idi. Müsəlmanlara və xristianlara münasibət fərqli idi”.

Professor Qərbi Azərbaycana qayıdış üçün icmaların yaradılmasının əhəmiyyətli olduğunu, rayon və kənd icmalarının ölkədən xaricdə tanıdılmasının ümumi fəaliyyətin daha da genişlənməsinə imkan verəcəyini bildirib.

M.Kərimov sonda doğma yurda yenidən qayıdacağımıza, orada azərbaycanlıların mühitinin yenidən yaranacağına əminliyini söyləyib, Vətənə qayıdışı ilə bağlı görülən işləri yüksək dəyərləndirib: “Ermənistan azərbaycanlıların ərazisində yaradılıb. Evlərindən didərgin salınan azərbaycanlıların problemi həllini tapmalıdır. Qərbi azərbaycanlıların problemi beynəlxalq qaçqın təşkilatlarına çatdırılmalıdır. Vətənindən qovulan insan heç vaxt Vətənini unutmaz”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim  torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz  qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Müsahibə dekabrın 12-də saat 18:30-da Baku Tv-nin efirində və YouTube kanalında yayımlanıb.

«Нужно содрать маски с лиц армян и показать их истинное лицо всему миру» – Хроника Западного Азербайджана

Сегодня по Бакинскому телевидению в рамках проекта «Хроника Западного Азербайджана» вышло очередное интервью на русском языке.

Как сообщает Rakus.az, собеседником ведущей Эллады Сарван стал известный хирург, профессор Азербайджанского Медицинского Университета, заведующий кафедрой хирургических болезней Бакинского филиала Московского Медицинского Университета имени Сеченова Магомед Керимов.

Он отметил, что сегодняшняя Армения – это государство, основанное на землях Западного Азербайджана, и что Западный Азербайджан, древняя родина огузо-тюрков, имеет большое географическое и политическое значение: «Наша историческая Родина на протяжении многих лет и столетий выдерживала множество нашествий и войн. Проживавшие в меньшинстве армяне стали доминировать в Иреванском ханстве при покровительстве царской России. Переселенцы-армяне стали хозяевами наших земель. «Все преступления армян были совершены организованно».

По его словам, армяне время от времени рассеяли азербайджанцев, уничтожали топонимы и пытались завладеть территорией, принадлежащей азербайджанцам с их исторической самобытностью и этническим составом: «Полное изгнание азербайджанцев с территории Армении привело к моно- этнизация страны. Армяне, переселившиеся из Малой Азии на Кавказ, стали «хозяевами» Западного Азербайджана.

М.Керимов, член Всемирной ассоциации сосудистых хирургов, Всемирного флебологического форума, Европейского общества хирургов, Европейской ассоциации сосудистых хирургов и других международных обществ, подчеркнул, что он был свидетелем армянского коварства на региональных и международных мероприятиях, что агрессоры превратились в «интеллигентов» на международных площадках. Он заявил, что надо сорвать маски с лиц армян и показать миру их истинное лицо.

Известный хирург отметил, что в Иревнской губернии был большой интерес к области медицины и здравоохранения, и в этом регионе выросло много специалистов. Большинство азербайджанских ученых в области здравоохранения являются выходцами из Западного Азербайджана. Однако азербайджанским врачам не разрешили работать в Армении. Это была целенаправленная политика армян. Потому что существовали двойные стандарты. К мусульманам и христианам относились по-разному».

Профессор отметил, что важно создать общины для возвращения в Западный Азербайджан, а внедрение региональных и сельских общин за рубежом позволит еще больше расширить совместную деятельность.

М.Керимов выразил уверенность, что мы в конечном итоге вернемся на родную землю, что там будет восстановлена ​​среда азербайджанцев, и высоко оценил работу, проделанную в связи с возвращением на родину: «Армения была создана на территории азербайджанцев. Проблема вынужденных переселенцев азербайджанцев должна быть решена. Проблема западных азербайджанцев должна быть доведена до сведения международных организаций по делам беженцев. Человек, изгнанный из своего очага, никогда не забудет свою родину».

Напомним, что целью проекта «Хроника Западного Азербайджана» является сохранение и популяризация названия наших исторических и древних земель, а также депортации азербайджанцев армянами, топонимов, существовавших на этих территориях, но их названия были стерты, бесчисленные примеры подземной и наземной материальной культуры – древние поселения, некрополи, курганы, остатки замков, дворцов и укреплений, караван-сараи, мосты, сундуки-гробницы, хачкары, статуи лошадей и баранов, храмы, церкви, мечети, костры и очаги, и доведение до мирового сообщества фактов, подтверждающих, что данная территория является чисто огузо-тюркским поселением.

Кроме того, она призвана осветить мысли историков и исследователей о Западном Азербайджане, истории жизни депортированных людей.

Программа вышла 12-го декабря в 18:30 в эфире Baku TV и на канале YouTube на русском языке.

 

XƏBƏR LENTİ
Mətbuat / 30.01.2024 20:31
Erməni jurnalistin etirafı: “Bu gün əsl İrəvandan heç nə qalmayıb” - FOTO - VİDEO
Mədəni, Video müsahibə / 30.01.2024 19:21
“Qərbi Azərbaycanda erməni kilsəsinə çevrilmiş çoxlu alban kilsələri var”- MÜSAHİBƏ - VİDEO
Gündəm / 30.01.2024 17:18
Bünyad Hüseynov etimadnaməsini Çin lideri Si Cinpinə təqdim etdi
Mədəni / 30.01.2024 16:54
Aşıq İsa yadigarı – ömrünü saza bağlayan adam
Mədəni / 30.01.2024 13:54
“Ermənilər Alban kilsəsinin əlyazmalarını məhv ediblər” – ANONS
Müsahibə, Video müsahibə / 29.01.2024 21:06
“Orxan Qərbi Azərbaycanı görməsə də, o yerlərə qayıtmaq ümidi ilə yaşayıb” – MÜSAHİBƏ - VİDEO
Maraqlı / 27.01.2024 20:22
Evli kəndi – “Gor oğlu” irsini yaşadan yurd yeri”- Qərbi Azərbaycan Xronikası - FOTO - VİDEO
Gündəm, Hərbi / 27.01.2024 11:18
“Daşaltı əməliyyatı”ndan 32 il ötür - FOTO
Siyasi, Sosial / 26.01.2024 20:38
“Atam bacılarımı çıxarmaq üçün bağını erməni qonşusuna verdi” - FOTO - VİDEO
Siyasi / 26.01.2024 16:27
AŞPA platformasında baş verənlər Ermənistanı revanşizmə həvəsləndirir – Əli Hüseynli
Təhlil / 26.01.2024 16:06
Ermənistanda böyüyən ziddiyyət: davam edən hökumət-kilsə qarşıdurması – TƏHLİL
Maraqlı, Sosial / 26.01.2024 13:57
“Bir gün Zəngəzurda görüşəcəyik…” – Səməni Qəmbərovanın “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Dünya, Siyasi / 25.01.2024 21:04
Erməni deputat: “Azərbaycanlıların İrəvana, Göyçəyə, Zəngəzura qayıdışını da qəbul edəcəklər” - FOTO - VİDEO
Siyasi / 24.01.2024 20:26
Ərtikdə türk izlərinin itirilməsi planı - FOTO - VİDEO
Dünya, Siyasi, Təhlil / 24.01.2024 17:53
Ermənistanın şifrəli inadkarlığı – üçüncü tərəflərin rolu – TƏHLİL
Maraqlı, Sosial / 24.01.2024 13:28
Ərtik – türk-oğuz boylarının ana yurdu – ANONS - VİDEO
İqtisadi, Sosial / 23.01.2024 20:53
Erməni araşdırmaçı Qərbi Azərbaycana gəlmə olduqlarını faktlarla təsdiq etdi - FOTO - VİDEO
İdman / 23.01.2024 20:16
“Finalda qalib gəldim erməni soyadlı sertifikat verdilər” – MÜSAHİBƏ - VİDEO
Təhlil / 23.01.2024 17:26
Tehranın Ankaraya qarşı PKK oyunu – TƏHLİL
İdman / 23.01.2024 14:16
“Ermənistanın ən yaxşı boksçusu oldum” – ANONS - VİDEO
İqtisadi, Maraqlı / 23.01.2024 13:00
Qərbi Azərbaycan 1828-ci ildən necə erməniləşdirilib? – ANONS - VİDEO
Siyasi / 23.01.2024 11:25
Jozep Borrelin Azərbaycana qarşı qərəzli mövqeyi təəssüf doğurur – BƏYANAT
Müsahibə, Video müsahibə / 22.01.2024 21:08
“Böyük aktorların türk varlığına son qoymaq siyasəti iflasa uğradılıb”-MÜSAHİBƏ - VİDEO
Mətbuat / 22.01.2024 17:00
Baku TV Ailə TV-nin rəqəmsal yayımında da izləniləcək
Dünya, Təhlil / 22.01.2024 16:07
Yaxın Şərq – İran və onun qrupları ABŞ və müttəfiqləri ilə üz-üzə – TƏHLİL - FOTO
İdman / 22.01.2024 12:12
“Diqqəti yalnız yeniyetmələrə yönəltmişəm” – Rəşad Hüseynov