Hadisə 15.11.2020 03:13

Azərbaycanlılar 27 il əvvəl, ermənilər indi Kəlbəcərdən belə köç ediblər - VİDEO

Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladığı birgə Bəyanata əsasən, işğalçı Ermənistan ordusu artıq Kəlbəcəri tam boşaltmalıdır. Artıq Kəlbəcər noyabrın 15-də Azərbaycanın nəzarətində olmalıdır.

Rakus.az xəbər verir ki, bununla da BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsi yerinə yetirilmiş olacaq. Bildirək ki, Kəlbəcər rayonu Dağlıq Qarabağa aid bölgəmiz sayılmasa da, Ermənistan orada qanunsuzluq edərək əhali köçürmə ilə məşğul olub. 1999-cu ildən etibarən ermənilər Kəlbəcər rayonunda aktiv şəkildə məskunlaşdırılıb. Bu isə BMT və ATƏT-in prinsiplərinə ziddir.

Rusiya sülhməramlıları Kəlbəcərdə Ermənistan hərbçilərini yola salmağa çalışdığı vaxtda qanunsuz özlərinə məskən salmış erməni əhalisinin etdiklərindən şoka düşüb. Belə ki, Kəlbəcər rayonunda məskunlaşmış ermənilər Ermənistana gedərkən yer üzündə görünməyən hərəkətləri ilə yadda qalıb.

Evlərindəki qiymətli əşyaları götürməkləri normaldır və başadüşüləndir. Amma onların evlərinin dam örtüyünü, unitazları götürməsi rus əsgərlərini sözün həqiqi mənasında təəccübləndirib. Bu azmış kimi yaşadıqları və yaşamadıqları evləri yandırıb, meşələrdə ağacları doğrayıb maşınlara yükləyib aparıblar. 27 il əvvəl buradan qovulmuş azərbaycanlıların evlərində yaşayan ermənilər indi həmin evlərə od vuraraq gedir və bununla da həmin evlərin azərbaycanlılara qismət olmamasına çalışırlar.

Daha bir fakt. Ermənilər Kəlbəcərdə yerləşən hərbi hissəni də darmadağın edib oranı tərk edir. Bütün bunlar vandalizm deyilsə, bəs nədir?

Ən maraqlısı da budur ki, erməni əhalisi Kəlbəcəri öz istəyi ilə çox rahat şəkildə – maşınlarda, bütün mal-mülklərini yığmaqla tərk edirlər. İndi baxaq görək, 1993-cü ildə Kəlbəcər rayonu hansı formada boşaldılmışdı?

1993-cü ilin martın sonları – aprelin əvvəllərində azərbaycanlı əhali Kəlbəcəri tərk edərkən onlara heç kim belə vaxt qoymamışdı. Onlar pərakəndə şəkildə, mühasirəyə düşmüş vəziyyətdə hara getmək lazım olduğunu bilmir, getməyə yer tapa bilmirdilər. Çünki cənubda Laçın, şərq və cənub-şərqdə Xocalı rayonu ermənilərin əsarətində idi, şimal isə qarlı Murovdağla əvəzlənmişdi.

Əhali məhz dağ yolları ilə ayaqyalın, piyada şəkildə getməyə məcbur idi. Soyuqdan donub həyatlarını itirənlərin cəsədləri belə ermənilər tərəfindən təhqirə məruz qalırdı. Kəlbəcərdə 500-dən artıq dinc vətəndaşımız həlak olub, yüzlərlə insan girov və itkin düşüb.

Azərbaycanla Ermənistanın köç siyasətində daha bir fərq isə odur ki, yerli əhalinin vaxtı olmadığından, onlar özləri ilə heç nə götürə bilməyib, qalan sakinlərin əmlakları isə erməni qəsbkarları tərəfindən talan edilib.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO