Elm və təhsil 31.03.2023 15:08

Azərbaycanlılara məxsus 1 750 yaşayış məntəqəsinin adı dəyişdirilib – YENİ NƏŞR

İndiki Ermənistan ərazisində XIX əsrin ortalarında mövcud olan və azərbaycanlılara məxsus 2 310 yaşayış məntəqəsindən 1 750-nin adı zaman-zaman dəyişdirilib.

Rakus.az xəbər verir ki, bu barədə Coğrafiya İnstitutunun Qarabağ və Şərqi Zəngəzura dair yeni çapdan çıxarmış nəşrində yazılıb.

Aparılan araşdırmalar zamanı məlum olub ki, son 200 il ərzində azərbaycanlıların yaşadığı 1 000-ə yaxın kənd tamamilə dağıdılıb və iki milyon soydaşımız qətlə yetirilib.

“XX əsrin 30-cu illərindən başlayaraq erməni millətçiləri Qərbi Azərbaycanda, işğal olunmuş ərazilərdə və xəritələrdə kütləvi şəkildə Azərbaycan-türk mənşəli coğrafi adların dəyişdirilməsinə və erməniləşdirilməsinə başlayıblar. Ümumilikdə, türk etimologiyasına aid 15 mindən çox coğrafi ad (toponimlər) “toponimik soyqırımına” məruz qalıb”, – Coğrafiya İnstitutundan bildirilib.

Qeyd olunub ki, Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisində əsrlərlə mövcud olmuş türk-Azərbaycan mənşəli toponimlərin ermənilər tərəfindən dəyişdirilməsi cinayət və xalqımızın tarixinə zərbədir: “Toponimik araşdırmalar sübut edir ki, indiki Ermənistan ərazisinin toponimiyası Azərbaycan toponimiyasının tərkib hissəsi olub və ümumtürk toponimiyasının bir hissəsini təşkil edir.

Son iki erməni-azərbaycanlı müharibəsi (1988-1993 və 2020-ci illər) haqqında çox danışıb-yazırlar, lakin biz unutmamalıyıq ki, iki respublikanın qarşıdurması keçən əsrin əvvəlindən, yəni yüz il əvvəl başlayıb. Bu müddət ərzində ermənilər öz əsas məqsədlərinə (azərbaycanlıları məhv etmək, qovmaq yolu ilə onların ərazilərini zəbt etmək) çatmaq üçün yeddi dəfə elan olunmayan müharibəyə başlayıblar: 1) 1905-1906-cı illər; 2) 1914-1917-ci illər; 3) 1918-ci il; 4) 1919-cu ilin may-iyun ayları; 5) 1920-ci ilin sonu; 6)1988-1993-cü illər; 7) 2020-ci ilin sentyabr-noyabr ayları.

Qərbi Azərbaycan Rusiya imperiyasının həyata keçirtdiyi əhalinin xristianlaşdırılması siyasətinin nəticəsində Azərbaycan türklərinin XIX əsrin 1828-1832-ci illərində, 50-ci, 70-ci və 90-cı illərində, sonra XX əsrin 1905-1907, 1918-1920, 1948-1953 və 1988-1991-ci illərində öz tarixi torpaqlarından 8 dəfə kütləvi deportasiyaları baş verib. İki yüz il dövlət səviyyəsində aparılmış bu insanlığa zidd olan müstəmləkəçilik siyasətinin nəticəsində azərbaycanlıların hamısı Ermənistandan deportasiya olunub. Yalnız XX əsr ərzində iki milyon Azərbaycan türkü indiki Ermənistandan – Qərbi Azərbaycandan, tarixi-etnik torpaqlarından qovulublar.

Ermənilərin Qafqaza köçürülməsi rus çarı I Pyotr tərəfindən XVIII əsin əvvəlindən başlayıb. Bu məqsədlə rus çarı 10 noyabr 1724-cü il tarixli Ali sərəncamı ilə rəsmi şəkildə erməniləri işğal olunmuş Azərbaycan torpaqlarında məskunlaşmağa dəvət edib.

I Pyotrun ermənilərlə əlaqədar siyasəti II Yekaterina, sonralar imperatorlar I Aleksandr və I Nikolay tərəfindən davam etdirilib. 21 mart 1828-ci il tarixində I Nikolayın əmri ilə Naxçıvan və İrəvan xanlıqlarının yerində yeni yaradılmış Erməni vilayətinin tərkibinə daxil olan 1111 kənddən yalnız 62-sində ermənilər yaşayıb. Bunlardan isə yalnız 14 kəndin adı erməni mənşəli olub”.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO