Hadisə 01.11.2019 16:10

“Azertrans Ltd” MMC şikayətə cavab verdi – REAKSİYA

Saytımızda dərc olunan “QALMAQAL: Xadimə təcavüz olunduğunu deyir, direktor isə susur” başlıqlı yazıda Qaradag rayonu, Səngəçal qəsəbə sakini, “AZERTRANS LTD” Məhdud Məsuliyyətli Cəmiyyətdə xadimə işləmiş  Əhmədova Lalə Əlican qızı həmin müəssisənin direktoru Dasin Əfəndiyev tərəfindən zorlandığını və qanunsuz yolla işdən çıxarıldığını iddia edirdi. Şikayəti dərc etməmişdən əvvəl qarşı tərəfin də fikrini öyrənməyə çox çalışsaq da istəyimiz nail olmadıq. Çünki münasibət bildiriləcəyini desələr də günlərlə susmağa üstünlük verildi. 

Bu gün isə redaksiyamızın elektron ünvanına qeyd olunan qurumun mətbuat xidmətindən açıqlama daxil oldu. İndi isə qarşı tərəfində fikri ilə tanış ola bilərsiniz.

Son günlər “Azertrans Ltd” MMC-nin sabiq əməkdaşı Əhmədova Lalə Əlican qızı bir sıra yerli xəbər saytları və sosial şəbəkələr vasitəsilə “əsassız şəkildə işdən çıxarılması” barədə qərəzli və böhtan xarakterli məlumatlar yaymaqdadır.

Bununla əlaqədar olaraq bildiririk ki, 21.05.2007-ci ildə “Azertrans Ltd” MMC-nin Səngəçal neft terminalına xadimə vəzifəsinə qəbul edilmiş Əhmədova Lalə Əlican qızı əmək funksiyasını yerinə yetirmədiyinə, əmək vəzifələrini kobud surətdə pozduğuna və iş yoldaşları ilə yola getmədiyinə görə 04.09.2018-ci il tarixində Həmkarlar İttifaqı Komitəsinin iclasında qəbul olunan qərara əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun olaraq 10.09.2018-ci il tarixində işdən azad edilmişdir.

İşlədiyi müddət ərzində L.Ə.Əhmədova özünü intizamsız əməkdaş kimi tanıtmışdır. Belə ki, L.Ə.Əhmədova Səngəçal terminalında xadimə işlədiyi müddətdə ona aid olan əmək funksiyalarını, işini lazımınca yerinə yetirmədiyinə, qeyri-etik ifadələr işlətdiyinə görə, iş vaxtı başa çatmamış iş yerini tərk etdiyinə görə, səbəb olmadan işə çıxmadığına görə, işini vaxtında görmədiyinə və iş yoldaşlarını təhqir etdiyinə görə dəfələrlə izahatı alınmış və intizam tənbehləri, o cümlədən 3 dəfə xəbərdarlıq, 3 dəfə töhmət və 1 dəfə şiddətli töhmət verilmişdir.

L.Ə.Əhmədova əmək hüquqlarının pozulması barədə 2018-ci ilin sentyabr ayında Azərbaycan Respublikası Prezidentinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yanında Dövlət Əmək Müfəttişliyinə müraciət etmişdir. Bununla əlaqədar müvafiq sənədlər Dövlət Əmək Müfəttişliyi tərəfindən araşdırılmış və məsələ ilə əlaqədar Dövlət Əmək Müfəttişliyindən “Azertrans LTD” MMC-yə qarşı heç bir irad bildirilməmişdir.

Göründüyü kimi, Əhmədova Lalə Əlican qızı tərəfindən yayılan məlumatlar tam əsassızdır və həqiqəti əks etdirmir. O, öz məsuliyyətsizliyinin və özbaşınalığının nəticəsi olaraq şirkətimizdən xaric edilib.

Həmçinin onu da bəyan edirik ki, bu kimi məsələlər şirkətin işgüzar nüfuzuna, eyni zamanda “Azertrans Ltd” MMC-nin Sanqaçal terminalında çalışan əməkdaşların şərəfinə, ləyaqətinə birbaşa təsir etdiyindən gələcəkdə şirkətin fəaliyyəti haqqında qərəzli və yoxlanılmamış məlumatlar dərc edildikdə, təşkilatımızın işgüzar nüfuzunu qorumaq məqsədilə məsələnin hüquqi müstəvidə həll edilməsi istiqamətində qanunvericiliyə uyğun olaraq tədbirlər görüləcəkdir.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO