Elm və təhsil 08.09.2019 12:25

Aziz Sancar gənclərə möhtəşəm məsləhətlər verib

Aziz Sancar -73

“Bu gün türk dünyasının böyük alimi, kimya üzrə Nobel mükafatı laureatı, ABŞ-ın Şimali Karolina Universitetinin professoru, Aziz Sancarın doğum günüdür. Qürur duyduğumuz bu böyük şəxsiyyətlə əyani tanışlığımıza və ünsiyyət qura bildiyimizə görə UNEC rektoru professor Ədalət Muradava təşəkkür edirəm”.

Rakus.az xəbər verir ki, bunu fəlsəfə üzrə fəlsəfə doktoru, təhsil eksperti Etibar Əliyev bildirib.

Qeyd edib ki, A.Sancar 1946-cı ildə Mardinin Savur kəndində dünyaya gəlib. Mardində orta təhsili başa vurduqdan sonra İstanbul Tibb Universitetinə daxil olub. Tibb fakültəsini yüksək qiymətlərlə başa vuran Sancar iki il Savurda həkim işləyib. Daha sonra təhsilini davam etdirmək üçün ABŞ-a gedib. O, Dallasda Teksas Universitetinin doktoranturasını 1977-ci ildə molekulyar biologiya ixtisası üzrə başa vurub, doktorluq işini isə Yell Universitetində DNA üzrə müdafiə edib. 1982-ci ildə Amerikanın məşhur elmi mərkəzlərindən olan “UNC Chapek Hill”də biokimya və biofizika üzrə çalışmağa başlayıb. O, burada DNA, hüceyrə düzülüşü, xərçəngin müalicəsi və bioloji saat sahələrində ciddi elmi araşdırmalar aparıb.


Aziz Sancarın gənclərə möhtəşəm məsləhətləri:


– İslam dünyasında elmlə məşğul olmaq, elmin mədəniyyətini inkişaf etdirmək ənənə olmalıdır.
– Oxumaqla yanaşı, düşünmək üçün də özünüzə vaxt ayırın.
– Çox vaxt və əziyyət tələb etsə də analitik, kreativ düşünmə bacarığı əldə edin.
– Yaxşı karyera əldə etmək üçün uzun müddət işləməli olduğunuzu və bunun davamlı proses olduğunu bilin.
– Sizə kömək edəcək yaxşı məsləhətçi və müəllimlər tapın.
– Təhsil almaq və tədqiqat aparmaq üçün xaricə gedin. Ancaq sonra mütləq ölkənizə qayıdın.
– Üzərində çalışacağınız mövzu müəyyən edin. Tələb olunan qədər öyrənin.
Uğurlu elm adamında üç təməl xüsusiyyət olmalıdır:
– Biliyə əsaslanan yaradıcılıq;
– Ciddi çalışmaq;
– Uğursuzluq qarşısında dirənmək.
– Savad, inadkarlıq və çalışqanlıq lazımdır.
– Çox çalışın, ətrafınızda mövzunuzla əlaqəli hadisələri izləyin, ən müasir texnologiyanı öyrənərək öz işinizə tətbiq edin. Mənim uğurumun addımları bunlardır.
– Özünüzdən razı olmayın. Razı olmaq ancaq Allaha yaraşır. Əlinizdən gəldiyi qədər təvazökar olun.
– Elm könül, fədakarlıq, maraq, məmləkətinə, insanına xidmət işidir. Yəni elmə pul qazanmaq üçün gəlməyin.
– Heç vaxt elmdə ümidsizliyə qapılmayın. Siz yaxşı tədqiqat aparsanız, əvvəl-axır mükafatınızı alacaqsınız.
– Gündəlik siyasət, dedi-qodu ilə məşğul olmayın.
– Vətən sevgisini öyrənin.
Və unutmayın ki, insanın ailəsi, insanlıq və ölkəsinə xidmət Nobeldən də vacibdir. .

XƏBƏR LENTİ
Mədəni / 14.03.2026 23:04
Qədim türk təfəkküründə od niyə sudan üstün tutulurdu? - VİDEO
Siyasi, Sosial / 13.03.2026 23:16
“Ulu babam ermənilərə görə oğlunu evində dəfn edib” - FOTO - VİDEO
Siyasi, Sosial / 13.03.2026 14:22
Çimənə qayıdacağı günü gözləyən Dürdanə Hümbətovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO