Elm və təhsil 19.12.2023 22:58

Beş dinin adətlərini yaşadan Kürmük və Baba Hacını nə birləşdirir? - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Baba Hacı məqbərəsi – millətlərarası harmoniya simvolu” adlı veriliş efirə gedib.

Rakus.az xəbər verir ki, verilişdə qəribə inancın yaşadığı Qaxdakı “Kürmük Oba Bayramı” ilə Zəngəzurda olan Baba Hacı məqbərəsini (türbəsi) bağlayan adətlərdən söz açılır.

Bildirilir ki, Qərbi Azərbaycanda bütövlükdə Qafqazın hər yerində olduğu kimi, türk izləri geniş yayılıb: “Bu gün özünün Qafqazda tarixini qədim göstərmək üçün köçmə haylar Qıpçaq xristian tarixini, mədəni irsini öz adına çıxırlar. Ancaq gerçək birdir: Qərbi Azərbaycanda oğuzlar qıpçaqlarla bərabər yaşayıb və böyük irs yaradıblar. Bu gün erməni etnoqraf və tarixçiləri Meğridə olan və yerli əhalinin Babəkin, onun həyat yoldaşının və anasının məzarı olduğuna inandığı Baba Hacı məqbəsinin erməni baba və azərbaycanlı Hacının məzarı olduğu yalanını tirajlayırlar. Əsl gerçək isə Babəkə və onun Qıpçaq xristian qızı olan xanımına gedib çıxır”.

Verilişdə postsovet məkanı üzrə britaniyalı ekspert Maksim Edvards Baba Hacı məbədi haqqında yazdığı qeydlərə yer verilir. Onun yazdığına görə, ziyarətgahın yanında yaşayan azərbaycanlılar bu abidəni qoruyub, ermənilər isə vandallıq edib: “Baba Hacının məqbərəsi bir vaxtlar yerli azərbaycanlı qulluq edirdi, ziyarətçilərə yemək-çay təklif edilirdi. Bəzən Azərbaycandan molla gəlib namaz qıldırırdı. Palıd ağacı ilə əhatə olunmuş təpənin silsiləsində yerləşən, diametri, təxminən, 6 metr və daxili kameranın hündürlüyü 4 metrdən bir qədər az olan konusvari formaya malik olan bu məqbərənin xarici divarları, daxili tərtibatı dağılıb. SSRİ dağılandan sonra ermənilər satmaq üçün hər şeyi oğurlayırdılar. Baba-Hacı da istisna deyildi. Qızıl üçün buranı qazdılar, amma heç nə tapmadılar”.

Sonda diqqətə çatdırılır ki, özlərinə məxsus olmayan hər şeyi talayan, dağıdan ermənilər Baba Hacıya da qarşı vandalizm törədiblər: “Sonradan ayılıb, xristian qıpçaq tarixinə yiyələnmək üçün nağıl uydurub, orada xaç basdırıb hiyləgərlik edirlər. Eyni məsləkli və Qıpçaq türk mədəniyyətinin izini yaşadan Qax rayonu ərazisindəki Kürmük məbədində isə heç nə dağılmayıb, əksinə, Azərbaycan hökuməti buranı bərpa edib və iberləşmiş pravoslavların ayinləri üçün şərait yaradıb. Bu gün də “Kürmük Oba Bayramı”nda dinindən və dilindən asılı olmayaraq hər kəs sərbəst inancının yaddaşını qoruyur. Beləliklə, böyük mədəniyyət və irs yaradan türklər qonşu xalqlar kimi mənimsəmək, özünə məxsus olduğunu qabartmaq yox, bütün şüurlu insanların faydalanmasına açıq olublar. Amma xəbis qonşular böyük türk irsinə göz dikməklə yaşayırlar. Əminik ki, Qərbi azərbaycanlıların qayıdışı ilə Baba Hacının da sönmüş çırağı yenidən nur saçacaq”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş dekabrın 19-da saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb. 

 

XƏBƏR LENTİ
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO
Mətbuat / 18.02.2026 09:00
Etibarlı və dinamik xəbər mənbəyi olan Baku TV 8 yaşında - VİDEO