Elm və təhsil 17.04.2019 16:59

“Bakı” elektron resursu istifadəyə verildi

İstifadəçilərin informasiya tələbatını nəzərə alaraq, Bakı şəhərinin tarixi keçmişi, müasir vəziyyəti haqqında onlara dolğun, sistemli və dəqiq məlumatın çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının əməkdaşları Azərbaycan, ingilis və rus dillərində “Bakı” elektron resursunu işləyib hazırlayıblar.

Rakus.az xəbər verir ki, Prezident Kitabxanasından bildirilib ki, bu kitabxananın fondlarına daxil olan materiallardan istifadə edilməklə hazırlanan resursun kontenti 10 fəsildən, 40 bölmədən ibarətdir.

2019-cu il aprelin 17-də kitabxananın saytında yerləşdirilən elektron resursun 14 bölmədən ibarət birinci fəsli “Tarix” adlanır. Bu fəsildə Bakı tarixinin ən qədim dövrdən günümüzə qədər bütün mərhələləri xronoloji ardıcıllıqla ayrı-ayrı mətnlərdə istifadəçilərin nəzərinə çatdırılır. Həmin fəslin “Səyyahlar Bakı haqqında” bölməsində müxtəlif vaxtlarda Abşeron yarımadasında və Bakıda olmuş səyyahların şəhər haqqında təəssüratları öz əksini tapır.

Resursun ikinci fəsli “Paytaxt” adlanır və 8 bölmədən ibarətdir. Həmin bölmələrdə Bakı şəhərinin inzibati-ərazi bölgüsü, əhalisi haqqında dolğun məlumat verilib, şəhərin iqtisadiyyatı, təhsil, mədəniyyət, turizm və idman sahələri ayrı-ayrılıqda təhlil edilib. Bu fəsildə, həmçinin Bakı şəhərinin rəmzləri və atributları haqqında materiallar tarixi ardıcıllıqla işıqlandırılıb.

“Bakı” elektron resursunun “Memarllıq” adlanan fəsli 5 bölmədən ibarətdir. Bu fəsildə Bakının qədim dövrlərdən başlamış müstəqillik dövrü də əhatə olunmaqla şəhər memarlığının inkişaf mərhələləri xronoloji ardıcıllıqla əks etdirilib. Bakının ən qədim hissəsi olan İçərişəhər və onun dünya və ölkə əhəmiyyətli tarixi-memarlıq abidələri haqqında bu fəsildə əyani təsvirlərlə ayrı-ayrılıqda məlumat verilib. XIX əsrin sonu, XX əsrin əvvəllərində Bakının bir sənaye şəhəri kimi formalaşdığı dövrün memarlığına ayrıca bölmə həsr edilib. Sovetlər dövründə Bakı şəhərinin görkəmi bir sıra nadir memarlıq inciləri ilə daha da zənginləşib. Bakı memarlığının həmin dövrü də ayrıca bölmədə işıqlandırılıb. Bu fəslin “Müstəqillik dövrü” adlanan növbəti bölməsində müasir və eyni zamanda, özündə milli xüsusiyyətləri birləşdirən yeni yaşayış komplekslərinin salınması, parkların, inzibati və ictimai binaların inşa edilməsi, yeni-yeni memarlıq abidələrinin ucaldılması haqqında ətraflı məlumat verilib. Həmin fəslin sonuncu bölməsi “Köhnə və yeni adlar” adlanır. Bu bölmədə köhnə Bakının küçələrinin və meydanlarının müasir adlarla qarşılığını özündə əks etdirən siyahı oxuculara təqdim edilir.

Resursun növbəti fəsli “Sənədlər” adlanır. Bu fəsildə Bakının tarixinə dair sənədlər “Orta əsrlər”, “ Rusiya imperiyası dövrü”, “Xalq Cümhuriyyəti dövrü”, “Sovetlər dövrü” və “Müstəqillik dövrü” adlanan bölmələrdə toplanıb.

“Xronologiya” adlanan fəsildə qədim dövrdən bu günümüzə qədər Bakının tarixində baş vermiş mühüm hadisələrin qısa xronologiyası öz əksini tapıb.

Resursun növbəti fəsli “Görkəmli şəxslər” adlanır. Bu fəsildə Bakıda doğulan, ölkə və dünya miqyasında dövlətçilik, elm və texnika, mədəniyyət, incəsənət, idman və digər sahələrdə xüsusi xidmətləri olan şəxslər haqqında qısa bioqrafik məlumatlar əlifba sırası ilə verilib.

“E-Resurslar” fəslinin “E-kitablar” bölməsində Bakı şəhərinin tarixinə, iqtisadiyyatına, mədəniyyətinə, memarlığına, görkəmli bakılılara aid kitabxananın fonduna daxil olan müxtəlif dillərdə 120-yə yaxın kitabın elektron versiyaları toplanıb. Həmin kitabların bir qismi kitabxananın Nadir ədəbiyyat fondunda saxlanılır və XX əsrin əvvəllərində nəşr edilib. “E-məqalələr” bölməsində isə Azərbaycan, rus və ingilis dillərində Bakı şəhərinə aid 166 məqalənin elektron versiyası istifadəçilərə təqdim edilir.

Resursun “Biblioqrafiya” fəslində Prezident Kitabxanasının fondlarına daxil olan Bakı şəhərinə aid müxtəlif dillərdə 530 kitabın biblioqrafik təsvirləri toplanıb.

“Bakı” elektron resursunun maraqlı fəsillərindən biri də “Fotoqalereya” adlanır. Bu fəsildə 100-dən çox nadir şəkil “Köhnə Bakı” və “Müasir Bakı” başlıqları altında istifadəçilərə təqdim edilir.

“Videoqalereya” adlanan sonuncu fəsildə köhnə və müasir Bakıya həsr olunmuş sənədli filmlər toplanıb.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO
Mətbuat / 18.02.2026 09:00
Etibarlı və dinamik xəbər mənbəyi olan Baku TV 8 yaşında - VİDEO