Sosial 29.03.2019 20:48

Bakı gecələri - FOTO

 

Dünən axşam yoldaşlardan biri ilə paytaxtda gəzintiyə çıxdıqdan sonra bu qeydləri yazmağı qərara aldım. Çox qəribədir Bakı gecələri. Düzü, bu qədər çox adam olacağını təsəvvür etmirdim. Etiraf etsəm, təəccübləndim. Mərkəzi küçələr qaynayır. İşıqlı yollarda gəzənlər, kafelərə, barlara girib-cixanlar, skamyada oturub söhbət edənlər…Elə bil, hamı-butun sakinlər burada, mənim ətrafimdadirlar. Əslində onları da qınamıram. Səhərlər harasa təsələn, iş-guc dalınca qaçan, gözlənilməz çətinliklərə görə talələrini söyən insanlar gecələr paytaxtin qoynuna siginirlar. Əlaclari olsa saatın əqrəblərini tutub saxlayar, irəliləməsinə mane olarlar. Mənə elə gəlir ki, bir qədər məcazi mənada desəm, indi səhərdəkilərin əksəriyyəti “çirklidir”. Halbuki sabah hamısı təmiz kostyumda isdə olacaq, “bəli”, “xeyir”lə danışacaqlar. Gəzə-gəzə uzaqdan iki nəfər gözümə dəyir. Qisqiraraq danışırlar, hiss olunur ki, yaxşı içiblər. Küçənin tinində bir küncə qisilan alabaş elə kədərlə baxır ki, onlara. Hiss edirəm ki, itin də həmin insanlara yazığı gəlir. Gör nə gündədirlər…

Onlardan bir qədər aralıda isə gənc cütlük oturub. Yəqin ki, heç bir dərd-qəmləri yoxdu, dünyanın ən xoşbəxtlərindəndirlər. Gülərək danışırlar. Nə demək olar ki? Allah qorusun.

Yavaş-yavaş addımlayıriq. Etiraf edirəm, mən də zamanın keçməməsini arzulayıram. Səməd Vurğunun dediyi kimi, qoy uzansın gecə, geciksin səhər…Sanki gecənin müthiş səssizliyini qorumaq üçün nə yanımdakı yoldaş danışır, nə də mən. Hərdən küçələrin səssizliyini mağazalarin möhkəm çırpılan qapılarının səsi və hardansa eşidilən musiqilər pozur. Hər restoranın, barin qabağında bir-iki taksi var. Sürücülər maşınlarına söykənib bir-birləri ilə söhbət edir və səbrsizliklə insanların çölə çıxıb onları səsləmələrini gözləyirlər. Güman edirəm ki, rus və ingilis dilini bilən var aralarında. Çünki, maşallah, turistlər də çoxdur. Adı heç yaddaqalmayan restoranların birinin qarşısından keçirik. Restoranın girəcəyində dayanan ortayaşlı gülərüz qız bizə baxaraq təbəssüm edir. Və sanki bu təbəssümlə deyir ki, içəri buyurun. Qeyri-iradi mənim də üzümə xəfif gülüş qonur. Deyəsən, təbəssüm heç vaxt qarşılıqsız qalmayan yeganə məfhumdur…”Sözsüz ki, bu təbəssüm təkcə mənə aid deyil, yanından keçən hər kəsə belə gülür, işi budur” deyə öz-özümə düşünürəm.

Sırf içəridəki mühiti görmək üçün diskotekalarin birinə daxil oluram. Hamı oynayır, spirtli içkilər içir. Heç kimi heç nə maraqlandırmır. Hərə öz aləmindədir. 5-10 dəqiqə ətrafı müşahidə etdikdən sonra çölə çıxıram və yolumuza davam edirik. Yanımdakı yoldaşa bildirmək istəməsəm də, hiss edirəm ki, yuxum gəlir. Səhər yeddidən oyagam axı. Çox keçmir ki, yuxum qaçır. Daha doğrusu, amansızcasına qaçırdılir. Elə təzə-təzə söhbət eləməyə başlayırdıq ki, bir də gördüm, kimsə arxadan godəkcəmi dartdı və amiranə tonda: “salfetka al!” dedi. Kiçikyaşlı uşağın mənə uzatdığı bir neçə salfet qutusundan birini götürür, godəkcəmin cibinə qoyuram. Sən bir işə bax e gecənin bu saatında uzağı 7 yaşı olan uşaq şəhərdə gəzir. Bu da kiminsə həyat tərzi, alın yazısıdır. Pulunu aldıqdan sonra sürətlə bizdən uzaqlaşır. Arxadan onu izləyirəm. Restoranlardan birinə girmək istəyir, lakin qaraqabaq ofisiant çiynindən itələyərək buna mane olur. Oğlan kor-peşman sadəcə şüşədən içəridə dadlı yeməklər yeyənlərə, bahalı şərabları içənləri izləyə bilir…

Telefonumu çıxarıb saata baxanda artıq 12-ə işlədiyini görürəm. Deməli, istəsək də, istəməsək də metroya çatmaq üçün geri qayıtmalıyıq. Yeraltı tunelə düşər-düşməz bir neçə gəncin səsi qulağıma gəlir. Gitaranin müşayəti ilə məşhur türk müğənnisi Candan Erçetinin repertuarından oxuyurlar: “Eylen, neşəlen, boş ver düşünme sen, hayat çok kisa, eylen, neşəlen…” Bu günkü günə o qədər uyğun gəlir ki…

 

Metro vaqonunda ikən yoldaşım, Kənan, bəlkə, bu gün haqqında yazasan deyəndə bu cavabı verirəm: “Yazan artıq yazıb. Belədir Bakı gecələri. Gündüzləri qədər zalım olmasa da, onun kimi gözəldir… Səhərlər sakinlərini nə qədər yorsa da bu şəhər, axşamlar qoynunu açır onlara…”

 

Kənan Novruzov,

BDU-nun jurnalistika fakültəsinin tələbəsi

 

XƏBƏR LENTİ
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO
Mətbuat / 18.02.2026 09:00
Etibarlı və dinamik xəbər mənbəyi olan Baku TV 8 yaşında - VİDEO