Bakıda yaşayan Yevlax rayon sakini Şahanə İsmayılova övladının ayaqlarını zəncirlə bağlayır.
Rakus.az xəbər verir ki, hadisə onun paytaxtın Nəsimi rayonu Cavadxan küçəsində kirayə qaldığı mənzildə baş verib.
Bildirilib ki, Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev qeyd edib ki, azyaşlının fotosunun idarəyə daxil olan kimi qeyri-insani rəftarla bağlı fakt nəzarətə götürülüb. Nəsimi Rayon Polis İdarəsinə müvafiq araşdırmaların aparılması ilə bağlı göstəriş verilib. Şahanə İmayılova isə məsuliyyətə cəlb olunub.
Araşdırma zamanı Nəsimi Rayon Polis idarəsinin İctimai təhülkəsizlik şöbəsi və 19-cü Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi müvafiq tədbirlərlə həmin zəncir aşkarlanaraq, protokol tərtib olunub.