Bakıda Hikmət Hacıyev Fəxrəddin Altun ilə görüşür
Bakıda Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fəxrəddin Altun arasında görüş keçirilir.
Rakus.az xəbər verir ki, görüşdə media sahəsində görüləcək işlər müzakirə olunur.
“Türkiyənin Azərbaycana media sahəsində göstərdiyi dəstəyi yüksək qiymətləndiririk. Haqq səsimizi dünyaya çatdırmaqda türkiyəli jurnalistlər bizimlə çiyin-çiyinə çalışdılar”, – deyə Prezidentin köməkçisi vurğulayıb.
“Haqlı mübarizəsində Azərbaycanın yanında olmaq bizim üçün şərəfdir”, – bunu isə Fəxrəddin Altun deyib.
“Biz bu haqda övladlarımıza, nəvələrimizə qürur duyaraq danışacağıq”, – deyə o vurğulayıb.