Hadisə 02.07.2019 12:26

Bakıda kanalizasiya çimərliyə axıdılır - FOTO

Hövsan ərazisində yerləşən çimərliklərin birində kanalizasiya çirkabı birbaşa dənizə axıdılır. Bu günlərdə sosial şəbəkələrdə bununla bağlı videogörüntü yayılıb. Görüntülərdən bəlli olur ki, çimərlik ərazisindən istifadənin qadağan olunması ilə bağlı xəbərdarlıq nişanları da asılıb, lakin buna məhəl qoyulmur. Yaxınlıqda yaşayan sakinlər kəskin üfunətdən, natəmizlikdən şikayətləniblər. Sakinlər deyiblər ki, Ekologiya və Təbii Sərvətlər, eləcə də Fövqəladə Hallar nazirliklərinə tədbir görülməsi üçün çoxsaylı müraciət ünvanlayıblar. Onlara yaxın zamanlarda problemin həllini tapacağı vəd olunub.

Rakus.az xəbər verir ki,  Hövsanda dənizə yaxın ərazilərin zəbt edilərək qeyri-qanuni evlər tikilməsi, kanalizasiya xətti olmadığından çirkabın birbaşa dənizə axıdılması ilə bağlı problemi hələ 1 il əvvəl işıqlandırmışdı. Yaxınlıqda yaşayan sakinlər sayta bildirmişdilər ki, son iki-üç ilədək bu ərazilər çimərlik hesab olunub. Sonradan ərazi zəbt edilib, qanunsuz evlər tikilib. İndi evlərlə dəniz arasında az qala 10-15 mert məsafə var. Yeni salınan qəsəbənin kanalizasiya xətti olmadığından çirkab dənizə axıdılır. Xüsusilə, küləkli havada üfunətdən nəfəs almaq mümkün deyil.

Abbas Vəliyev adlı Hövsan sakini ev dəllallarının əvvəlcə ərazini hasarlayaraq balaca gecəqondu tikdiyini, ardınca dəniz sahillərində hazır ev adı ilə satışa çıxarıldığını söyləmişdi: “Gördüyünüz evlərin əksəriyyəti ev dəllalları tərəfindən inşa edilib. Bu evlər tikiləndən sonra üfunət iyindən çimərliyə yaxın durmaq olmur”.

Şakir İsmayılov isə təkcə kanalizasiya çirkabının deyil, məişət tullantılarının da dənizə atılmasından şikayətlənmişdi: “Çimərliyə girişin pullu olub-olmamasının fərqi yoxdur, burda kanalizasiya dənizə axır, 2 metr kənarda isə pullu çimərlik var. Sadəcə olaraq orada oturacaq, çətir, bir də çay, yemək verilir”.

Görünür ki, üzərindən düz bir il keçsə də, vəziyyət dəyişməz qalıb. 1 il ərzində dəyişən yalnız Hövsan çimərliklərinin qadağan olunmuş ərazilər siyahısına daxil edilməsidir ki, görüntülərdən buna da riayət edilmədiyi məlum olur.

Hövsan bələdiyyəsindən sədr Elburus Xəlilovun işdə olmadığını, suallara yalnız onun cavab verəcəyini söyləyiblər. Bələdiyyənin adını söyləməyən əməkdaşı etiraf edib ki, xüsusilə Bağlar adlanan ərazidə kanalizasiya çirkabı dənizə axıdılır və bundan hamı xəbərdardır. “Güman ki, videogörüntüdəki yer Bağlar adlanan ərazidir. Sakinlər həmin ərazini keçmiş “Gəmi Təmiri zavodu” ərazisi kimi tanıyırlar. Həmin ərazidə evlər dənizin bir addımlığında tikilib, kanalizasiya xətti yoxdur”.

Suraxanı Rayon İcra Hakimiyyətindən isə deyiblər ki, çirkabın dənizə axıdılmasının qarşısını almaq üçün kanalizasiya xətti çəkilməlidir. Buna görə də, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə rəsmi müraciət ünvanlanıb.

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov isə bildirib ki, builki çimərlik mövsümündə Hövsan çimərliyindən istifadə tövsiyə edilmir. Çünki dəniz suyundan götürülmüş nümunələrdə baktoroloji çirklənmə normadan 5-10 dəfə çox qeydə alınıb. Ərazidə çimməyin qadağan olması üçün bələdiyyəyə, yerli icra orqanlarına, eləcə də polisə məlumat verilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin direktoru Ərəstun Həsənov Hövsan-Türkan ərazisində tullantı sularının dənizə axıdıldığını təsdiqləyib və belə halların mövcud olduğunu bildirib. Onun sözlərinə görə, Hövsan ərazisində təmizləyici qurğu olmadığından tullantı suları təmizlənmədən dənizə axıdılır.

Ə.Həsənov təəssüflə qeyd edib ki, təkcə obyekt və müəssisələr deyil, fərdi yaşayış evlərində də formalaşan tullantı suları dənizə axıdılır. “Həmin ərazidə kifayət qədər təmizləyici qurğu yoxdur, olanların da keyfiyyəti tələblərə uyğun deyil. Nə qədər ki, standartlara cavab verən təmizləyici qurğular qurasdırılmayıb, bu problemlə üzləşəcəyik. Dənizi çirkləndirənlərə tərəfimizdən məcburi göstərişlər verilib, dəfələrlə cərimələr tətbiq olunub”, – Həsənov deyib.

İdarə rəisi əlavə edib ki, təmizləyici qurğuların quraşdırılması üçün dəfələrlə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə də xəbərdarlıqlar olunub, cərimələr tətbiq edilib. Eyni zamanda, həmin ərazidə yaşayan sakinlərə, obyekt sahiblərinə nazirlik adından müraciət edir ki, tezliklə modul tipli, kiçik həcmli çirkab sular təmizləyiciləri qurasdırsınlar və Xəzəri çirkləndirməsinlər: “Bununla həm də suya qənaət ediləcək, sakinlər və sahibkarlar su təmizlyici qurğudan keçən sudan yaşıllıqların suvarılmasında, təsərrüfatlarında istifadə edə biləcəklər”.

“Azərsu” Açıq Səhimdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə bildirib ki, su və kanalizasiya xəttinin çəkilməsi ilə bağlı layihə var, həmin əraziyə də kanalizasiya xətti çəkiləcək, işlər mərhələli şəkildə yerinə yetirilir. (Virtualaz.org)

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO