Hadisə 10.05.2019 11:17

YENİLƏNDİ: Bakıda “kriminal avtoritet” öldürüldü - FOTO - VİDEO

Məhkəmə-tibbi ekspertləri  Bakının Binəqədi rayonunda qətlə yetirilmiş Səfərov Emin Ehtiram oğlunun meyiti üzərində 40-a yaxın bıçaq yarası aşkarlayıb.

10:43

Bakıda “kriminal avtoritet”i qətlə yetirən şəxs saxlanılıb.

Rakus.az xəbər verir ki, Binəqədi Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə Binəqədi rayonu, İ.Haşımov küçəsi 8 ünvanında baş verib.

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuş, paytaxtın Binəqədi rayonu, Həmzə Babaşov küçəsində kirayədə yaşayan, 1995-ci il təvəllüdlü Tağıyev Həsən Mərdan oğlu aralarında yaranmış mübahisə nəticəsində Masallı rayonunda anadan olmuş, Binəqədi rayonu, İsrafil Haşımov küçəsi ev 8, mənzil 56-da yaşayan, 1988-ci il təvəllüdlü Səfərov Emin Ehtiram oğlunu yaşadığı binanın qarşısında bıçaqla qətlə yetirib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. H.Tağıyev şübhəli şəxs qismində saxlanılıb.

Xatırladaq ki, qətlə yetirilən Emil Səfərov kriminal aləmdə “Emil-444” ləqəbi ilə tanınırmış.

XXX

Hadisənin ilkin detallarına görə 1958-ci il təvəllüdlü Yusifov Əli Məhəmməd oğlu dava edən tərəfləri sakitləşdirmək istəyərkən ayağından bıçaqlanıb. O, dərhal 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Bədənin müxtəlif nahiyələrindən bir neçə bıçaq zərbəsi alan, təxminən 25-30 yaş aralığında olan Emin Səfərov isə qanitirmədən hadisə yerində ölüb.

Qeyd edək ki, əvvəllər “qanunsuz silah gəzdirmə” maddəsilə məhkum edilmiş Emin Səfərov yaşadığı binanın qarşısında “BMV” markalı şəxsi avtomobilində bıçaqlanıb.

Binəqədi rayon Prokurorluğundan ONA-nın hadisə yerində olan müxbirinə verilən məlumata görə, İsrafil Həşimov küçəsində iki nəfəri bıçaqlamaqda şübhəli bilinən bir nəfər şəxs saxlanılıb.

Hadisə ilə bağlı yeni məlumat əldə edilib. Belə ki, qətli törədən şəxs Emil Səfərova məxsus hərəkətdə olan “BMV” markalı avtomobilin arxa oturacağına əyləşib bıçaqla onun bədəninə zərbələr endirib, sonra isə boğazını kəsib. O, Emilin öldüyünə əmin olduqdan sonra hadisə yerini tərk edib. (Milli.az)

 

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO