Səhiyyə 21.03.2020 10:16

Bakıda tibb personalı üçün təlim-treninqlərə başlanıldı - FOTO

Ötən ilin dekabrında Çində peyda olan və indiyədək dünyanın 182 ölkəsinə yayılan koronavirus (COVİD -19) təhlükəsi davam edir. Səhiyyə Nazirliyinin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu martın 15-dən həkim və orta tibb işçiləri üçün koronavirusla bağlı təlim-treninqlərə başlayıb. 

Rakus.az xəbər verir ki, Səhiyyə Nazirliyindən verilən məlumata görə, məqsəd koronavirusla mübarizə aparan və ən çox risk altında olan həkim-tibb bacılarını virus və ondan qorunma yolları ilə bağlı məlumatlandırmaq, əksepidemik tədbirlərə hazırlamaqdır.

Tibb işçilərinin virusdan qorunması üçün görülən işlər və treninqlərlə bağlı institutun rektoru, professor Nazim Qasımov bildirib ki, Azərbaycanda hazırda koronavirusla bağlı pandemik şərait müşahidə edilmir: “Prezidentin nəzarəti ilə görülən qabaqlayıcı tədbirlər nəticə verir, ölüm və yoluxma səviyyəsi aşağıdır, əksinə sağalanların sayı gündən-günə artır. Ölkəmizdə virusun yayılmasının qarşısını almaq üçün maksimum tədbirlər həyata keçirilir. Səhiyyə Nazirliyi də öz növbəsində mühüm işlər görür. Bizim institutun üzərinə də vəzifələr düşüb. Səhiyyə Nazirliyinin tapşırığı ilə institutun kofedralarında onlayn və distant şəklində, eləcə də kiçik qruplarda botəhlükəsizlik, biomühafizəyə yönləndirilmiş xüsusi treninqlərə başlanılıb”,- rektor  deyib.

İnstitut bayram günlərində də güclənmiş iş rejimində çalışacaq. N.Qasımov qeyd edib ki, bayram və istirahət günləri də daxil olmaqla treninqlər davam etdiriləcək: “Koronavirusla mübarizədə ilk sıralarda həkimlər, tibb işçiləri dayanır. Treninqlərdə xüsusi mühafizə vasitələri ilə işləmək təkmilləşdirilir. Xüsusi fərdi geyimlər, maska, əlcək, yaxud eynəklərdən düzgün qaydada istifadə etmək, geyinmək, soyunmaq, istifadə edilmiş vasitələrin utilizasiyası virusdan qorunmaq üçün mühüm əhəmiyyət kəsb edir. Bu qaydalara düzgün riayyət edilmədiyi halda həkimlərin, tibb bacılarının özləri koronavirusa yoluxa bilərlər. İlk növbədə həkimlər, tibb bacıları özlərini qorumalıdılar. Buna görə də bu treninqlərin böyük əhəmiyyəti var. Birinci növbədə həkimlərin, tibb bacıların bu virusdan qorunmasına çalışırıq”.

Professorun sözlərinə görə, birinci mərhələdə aeroport və sərhəd-keçid məntəqələrində çalışan tibb işiləri treninqlərə cəlb edilib: “Hazırda isə onlayn treninqlərə başlamaq üçün tədbirlər yekunlaşmaq üzrədir. Eləcə də digər ixtisaslı həkimlər üçün koronavirusun xüsusiyyətləri haqda tibbi məlumatlar hazırlanıb, məlumatlar onlayn şəkildə həkimlərə ötürülür. Bu məlumatlar yalnız həkimlər üçün nəzərdə tutulub. Həkimlərə həmçinin Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiqlənmiş müalicə protokolları göndərilir”.

Professor əlavə edib ki, koronavirus yenidir, günlərdir dünya alimləri virusun üzərində tədqiqatlar aparırlar: “Virusun inkişafı, yayıması, virus əleyhinə profilaktik tədbirlər, eləcə də müalicəsinə aid hər gün yeni məlumat əldə edilir. İnstitut həmin məlumatları tibb işçilərinə operativ şəkildə ötürür. İnstitutumuz mütəmadi, planlı şəkildə biomühafizə və karantin qaydaları ilə bağlı tibb işçilərini məlumatlandırırdı. Amma hər infeksiyanın öz xüsusiyyətləri var. İndi əsas fəaliyyət koronavirusa yönəldilib, hər yeni məlumatla bağlı həkimləri məlumatlandırırıq. Məsələn, bu gün koronavirusla bağlı yeni məlumat əldə ediib, dərhal tibb işçilərinə çatdırılıb. Bütün məlumatlar vaxtında çatdırılmalıdır ki, əksepidemik tədbirlər də vaxtında aparıla bilsin, maksumum effektli olsun”.

Rektor Azərbaycanda kadr potensialı ilə bağlı sualı da cavablandırıb. Bildirib ki, hazırda ölkəmizdə bütün ixtisaslar üzrə yetərli kadrlar var: “Hətta koronavirusla mübarizə üçün yanaşı ixtisas üzrə kadrlar da hazırlanır. Ehtiyac yaranarsa, onlar da virusla mübarizəyə qoşulacaqlar”.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO