Səhiyyə 03.05.2019 17:29

“Baku Medical Plaza” aydınlıq gətirdi – Lətafət Şirəliyevanın müalicəsinə

Xəbər verdiyimiz kimi, müğənni Elnarə Xəlilova “Baku Medical Plaza”da səhv diaqnozla müalicə edilən və vəziyyəti pisləşən 40 yaşlı müəllim haqqında fikir bidirib, xəstəxanalarda insanların səhv müalicə ounmasını tənqid edib.

(https://rakus.az/baku-medical-plaza-birmenali-baglanmalidir-elnare/)

“Baku Medical Plaza” məsələyə aydınlıq gətirib.

Rakus.az klinikadan redaksiyaya daxil olan yazını təqdim edir:

Son günlər bəzi kütləvi informasiya vasitələrində Lətafət Şirəliyevanın  ağır xəsəliyi mövzusunda klinikamızın işgüzar nüfuzuna xələl yetirən, həqiqətə uyğun olmayan yazılar yazılmaqdadır. Lətafət L. Şirəliyevanın həyat yoldaşının söylədikləri təhrif olunaraq saytlarda yazılmışdır. Klinikamız özəl tibb müəssisəsi olsa da, xəstəyə göstərilən tibbi xidmətlər üçün təcili pul tələb edilməmişdir və  müalicəsi klinika hesabına aparılır. Xəstə yaxınlarının klinikadan istər maddi baxımdan, istərsə də xidmətlə əlaqədar şikayəti yoxdur. Xəstəni əməliyyat edən və reanimasiya şəraitində müalicəsinə nəzarət edən həkimlər öz işlərində mütəxəssisdirlər və yaşanmış hadisədə hər hansı bir həkim səhvindən söhbət gedə bilməz. İstənilən araşdırılmanın aparılması üçün klinikamız şərait yaratmağa hazırdır.

On yeddi illik evlilik müddətində övladı olmayan Lətafət Şirəliyeva məhz klinikamızda aparılmış müalicə nəticəsində hamilə qalmış, mart ayının 12-də qeysəriyyə əməliyyatı olunmuşdur. Əməliyyatdan sonra L. Şərifova və körpəsi kafi vəziyyətdə evə yazılmışdır. Təxminən 10 gün sonra L. Şirəliyeva həkiminə zəng edərək qarın nahiyyəsində ağrılarının olduğunu dedikdə həkim onun klinikaya gəlməsini deyib. Xəstənin sözlərinə görə, bu ağrıların qeysəriyyə sonrası normal hal olduğunu düşünərək ağrıkəsici dərmanlardan istifadə edib. Xəstə klinikaya müraciət etdikdə ona ağrının səbəbini dəqiq müəyyən etmək üçün MRT müayinəsindən keçməsi məsləhət görülüb. Qeyd edək ki, klinikamızda MRT müayinəsi öncədən yazılmaq və ya canlı növbə qaydası ilə həyata keçirilir. Hər müayinənin müddəti təxminən 40-50 dəqiqə olduğundan müayinəyə girmək üçün növbə gözləmək zərurəti yaranır. Lakin xəstə növbə gözləmək istəmədiyi üçün müayinədən imtina edərək klinikadan gedib. Üç gün sonra yenidən həkiminə zəng edərək temperaturun olduğunu dedikdə həkim onun dərhal müayinə olunmalı olduğunu bildirib. L. Şirəliyeva aprelin 3-də klinikaya gəldikdə KT  müayinəsi nəticəsində appendisitinin partladığı, infeksiyanın orqanlarına yayıldığı və sepsis olduğu aşkarlanıb. Dərhal reanimasiya şöbəsinə yerləşdirilib. Təcili cərrahiyyə əməliyyatı olunaraq abseslər təmizlənib, drenaj qoyulub. İnfeksiya nəticəsində bağırsaqlarında çürümə prosesi getdiyi üçün aprelin 8-də ikinci dəfə əməliyyat olunaraq bağırsaq möhtəviyyatın xaric edilməsi təmin edilib və stoma çıxarılmışdır. Pertanit, Septik şok, Kəskin tənəffüs çatışmazlığı, Ağciyərlərin kəskin respirator distress sindromu diaqnozları ilə ranimasiyaya yerləşdirən L. Şirəliyevanın vəziyyəti kritik olsa da, keçirdiyi cərrahiyyə əməliyyatından sonra orqanlarının vəziyyəti bərpa edilmişdir. Lakin xəstənin immun sistemi zəiflədiyindən  hazırda immun sisteminin qaldırılması və qan dəyərlərinin normallaşdırılması istiqamətində tibbi protokollara uyğun müalicə davam edir, xəstəyə immunoqlobin tətbiqinə başlanmışdır. Xəstənin vəziyyətini dəyərləndirmək üçün klinikamızın və ölkənin bu sahə üzrə digər mütəxəssis həkimləri ilə konsiliumlar keçirilir. Xəstə hazırda reanimasiyadadır. Septik şok davam edir. Vəziyyəti son dərəcə kritik ağır olsa da klinikamızın bütün tibb personalı L. Şirəliyevanın səhhətinin yaxşılaşması üçün əllərindən gələni etməkdədirlər.

Xəstənin müalicəsinin davam etdirilməsi üçün yaxınlarından 37.000 manat pul tələb edilməsi yalandır, bəzi saytların belə xəbərləri istinad etdikləri saytda məsələ ilə əlaqədar həqiqəti əks etdirən yazını “görmədən” paylaşması təəssüf doğurur və BMP öz işgüzar nüfuzunu qorumaq üçün prosessual addımlar atmaq məcburiyyətindədir”.

xxx

Bu məsələ ilə əlaqədar redaksiyamıza klinikada müalicə alan Lətafət Şirəliyevanın həyat yoldaşı, anası və atasının adından məktub daxil olub. Həmin məktubu olduğu kimi təqdim edirik:

 

XƏBƏR LENTİ
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO
Mətbuat / 18.02.2026 09:00
Etibarlı və dinamik xəbər mənbəyi olan Baku TV 8 yaşında - VİDEO