Hadisə 17.11.2023 19:59

“Balaca erməni uşaqları bizə türkes deyib daş atırdılar” - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı efirə gedib.

Rakus.az xəbər verir ki, “Balaca erməni uşaqları bizə türkes deyib daş atırdılar” adlı veriliş Qərbi Azərbaycanın Göyçə mahalının Çəmbərək rayonunın Gölkənd kənd sakini Elzadə Süleymanovanın həyat hekayəsinə həsr olunub.

O, uşaqlıq illərindən, kənd həyatından söz açıb: “Orada hamının qapısı hamıya açıq idi. Biz qohumumuza, qonşumuza gedəndə heç kəsin qapısını döymürdük. Hər kəsi öz evimiz kimi bilirdik. Bizim tərbiyəmizlə bütün kənd məşğul olurdu. Məktəbi biz hamımız məbəd bilirdik. Bizim oxumağımıza valideylərimizdən çox müəllimlər çalışırdılar. Elə bir sistem yaranmışdı ki, hamı kitab oxuyurdu. Kəndimizdə çox saflıq mehribanlıq, məhəllələr, bulaqlar, yaylaqlar, yataqlar var idi”.

Onun sözlərinə görə, ata, ana, nənə-babaları 1905, 1918-ci illərin qaçqınları olublar: “Son deportasiya zamanı ermənilər kənddə işıqları söndürür, insanları qorxudur, incidirdilər. O dövrdə tələbə idim, institutda oxuyurdum. Atam, anam, iki bacım və birdə bir qardaşım həmin dövrdə kənddə yaşayıblar. Onlar 1988-ci il dekabrın 2-də Şəmkir rayonunun Çənlibel kəndinə gəliblər. Orada da bizim camaatı 12 gün kəndə buraxmayıblar, öz yorğan-döşəklərinin arasında kəndin kənarında yaşayıblar. Kəndçilərimizin bəziləri oradan Mingəçevirə gediblər, bəziləri Sumqayıta, Zeynalabdin Tağıyev qəsəbəsinə gəlib və oradan da insanların bir qrupu ayrılıb”.

E.Süleymanova ermənilərin qəlbində bizə qarşı həmişə nifrətin olduğunu, onların mkrli əməllərindən danışıb, qaçqınlıq həyatının ağır olduğunu, həmin illərdə həyat yoldaşının şəhid olduğunu bildirib: “Qaçqınlıq elə bir şeydi, onu yaşayanlar bilər. Mən kənddə 18 il yaşamışam. Atam hər gün deyirdi ki, kəndimizə çatan kimi qurbanlar kəsəcəm, Murguz dağını qırmızıya boyayacam. Anam da hər səhər çölə çıxırdı havaya baxıb deyirdi ki, indi yəqin Murğuz dağının başına qar yağdı. Yəqin ki, kəndə yağış yağdı. Şəmkirdə yaşayırdı, ancaq doğulduğu kəndi düşünür, ağlayırdı. Çox çətin idi. Gölkənddə doğulan həyat yoldaşım Pirnəzərov Rizvan Məhərrəm oğlu 1992-ci il avqustun 13-də Gədəbəy rayonunun İvanovka kəndində növbəti yüksəkliyin ələ keçirilməsi zamanı şəhid olub”.

O, doğma kəndinə bir daha qayıdacağına əminliyini də söyləyib: “Ora mənim Vətənimdir.  Mən ora üçün çox darıxıram. Özünü heç vaxt Vətənsiz hiss etmirəm. Son qələbəmiz bizdə ümid yaradır ki, Vətənimizə qovuşmağa az qalıb. İnşallah, kəndimizə çatsam birinci  evimiziə, otaqlarımızı gəzərəm, çəpərimizə baxaram, ağaclarımızı yoxlayaram, qonşuları gəzərəm, dağlara qalxaram, qoyun-quzu otardığımız yerləri, örüşlərimizi gəzərəm”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş noyabrın 17-də saat 19:30-da Baku Tv-nin efirində və YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 10.02.2026 14:22
Erməni və rusların adını təhrif etdiyi türk yurdu – ANONS - FOTO
Elm və təhsil / 07.02.2026 23:37
Azərbaycanın alt qatlarında gizlənən 5000 illik tarixi - VİDEO
Siyasi, Sosial / 06.02.2026 23:58
“Dörd yaşlı kiçik oğlum qarda 14 kilometr piyada gəldi” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.02.2026 14:22
“Bizim də yurd həsrətimiz bir gün bitəcək” – Şakir Mikayılovun “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Təhlil / 05.02.2026 22:38
“Erməni ritorikasında yeni xətt: sülh adı ilə dilənçilik” - VİDEO
Siyasi / 05.02.2026 14:22
İrəvanın qorxusu: torpaq, yoxsa həqiqət? – ANONS - VİDEO
Siyasi / 04.02.2026 23:43
“Osmanlıda alınmayan planlar Cənubi Qafqaza daşındı” - VİDEO
Siyasi / 04.02.2026 14:22
“Çar Rusiyası erməni terroruna niyə dözdü?” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.02.2026 22:46
Beşbarmaq, Bəbirli, Bəbirli Yeri, Bəzirxana, Bəybalı, Bəybuğan – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.02.2026 14:22
Bəybuğan dağı necə Bağaysar oldu? – ANONS - FOTO - VİDEO
Elm və təhsil / 02.02.2026 10:01
“Basarkeçər həkimləri” kitabının təqdimatı keçirilib – FOTO - FOTO
Gündəm / 02.02.2026 00:02
Azərbaycanda Gənclər Günü qeyd olunur
Hərbi / 31.01.2026 23:40
Türk silah mədəniyyəti və Avropa zirehlərindən fərqi - VİDEO
Siyasi, Sosial / 30.01.2026 23:12
“Atam evdə “İravanda xan qalmadı” mahnısını oxuyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 30.01.2026 14:22
Arınc sevgisi ilə yaşayan Nigar Həsənovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi / 29.01.2026 22:56
“Azərbaycan dilinin hüquqi statusu Ermənistan parlamentində müzakirə oluna bilər” - VİDEO
Siyasi / 29.01.2026 14:22
“Seçkilərdə Paşinyanın Qərbi Azərbaycan kartı” – ANONS - VİDEO
Mədəni, Siyasi / 28.01.2026 23:40
“Spendiarovun musiqisi ermənilərin İrəvan saxtakarlığını ifşa etdi” - VİDEO
Mədəni / 28.01.2026 14:22
“İrəvan etüdləri” – səsli türk portreti – ANONS - VİDEO
Siyasi, Sosial / 27.01.2026 22:55
Beybudabad, Berdateğ, Berdi Xaraba, Berdtəpə, Bekciqazlı – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 27.01.2026 14:22
Tarixi XV əsrə dayanan türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 27.01.2026 11:00
Göygöldə Abbas Göyçəgölün 2 kitabının təqdimatı olub - FOTO
Mətbuat / 25.01.2026 12:07
“Yeni Sabah” 7 yaşını qeyd edir
Hərbi / 24.01.2026 23:45
Azərbaycanda yerli silah ənənələri necə formalaşıb? - VİDEO
Siyasi, Sosial / 23.01.2026 23:26
“Rus generallar bizə dedilər ki, burada yaşaya bilməzsiniz, köçün” - FOTO - VİDEO
Siyasi, Sosial / 23.01.2026 14:22
“Atamı daşnaklar öldürmək istəyirdilər” – Arif Orucovun “Həyat Hekayəsi” – ANONS - FOTO