Səhiyyə 03.04.2019 16:04

Baş həkimi İTTİHAM edirlər - VİDEO

Bərdə rayon sakini Hadıyev Natiq anası Nəzakət Hacıyevanın Respublika Neyrocərrahiyyə Xəstəxanasında səhv əməliyyat olunduğunu iddia edir.

Natiq Hacıyevin sözlərinə görə, həkimlər əvvəl anasının sağalacağını desələr də, əməliyyatdan sonra vəziyyətinin pisləşdiyini bildirərək evə aparmalarını istəyiblər.

Xəstənin qohumları bildirir ki, əməliyyat üçün onlardan böyük məbləğdə pul istəyiblər.

Bundan başqa, baş həkim Kabus Dadaşov onun yaxınlarına xəstənin reanimasiyada saxlanıldığını, buna görə yanına heç kimin buraxılmadığını deyib.

Respublika Neyrocərrahiyyə Xəstəxanasının baş həkimi Kabus Dadaşov bildirib ki, pasiyent xəstəxanaya gətirilən zaman vəziyyəti olduqca ağır olub:

“Xəstə arxa kəllə çuxurunun həcmli törəməsi ilə bizə müraciət edib. Ağır şiş xəstəliyidir. 5 aya yaxın müddətdir ki, bizim xəstəxanada müalicə olunur. Biz xəstəni əməliyyat etməzdən öncə ailə yaxınlarına mövcud vəziyyətlə bağlı məlumat vermişik. Əməliyyatın riskli olduğunu da bildirmişik.

Onlar bütün bunlara rəğmən əməliyyatın gerçəkləşməsinə razılıq verdiklərinə dair sənəd imzalayıblar. İlk əməliyyat normal keçib. Sadəcə olaraq xəstənin vəziyyəti stabil qalmayıb. Şişlərin yenidən əmələ gəlmə ehtimalı da var. Əməliyyatdan sonra xəstənin başına su yığılmışdı.

Bu xəstəliklərdə əməliyyatdan sonra bənzər hallar rast gəlinəndir. Ailəsinin razılığı ilə ötən il yenidən əməliyyat edərək onu vəziyyətdən çıxarmışıq. Sadəcə olaraq xəstənin vəziyyəti hələ də ağır olaraq qalır, həyati təhlükəsi davam edir”.

Ailə yaxınlarının xəstəni görə bilmədiklərinə dair iddialarına münasibət bildirən həkim, bunun əsassız olduğunu bildirib:

“Xəstə reanimasiyada saxlanılır. Əslində reanimasiyadakı xəstənin yanına heç kim buraxılmamalıdır. Lakin biz hər gün yalnız bir nəfər ən yaxın adamın bir neçə dəqiqəlik xəstə yanına girməsinə icazə veririk.

Ümumiyyətlə ailə yaxınları xəstənin yanına tez-tez gəlmir. Bir oğlu gəlirdi. Onlar reanimasiya şöbəsində tibb bacısına deyib, bir neçə dəqiqəlik xəstəni görə bilirlər. Biz ailə yaxınlarını xəstənin yanına niyə buraxmayaq ki?”

Qarşı tərəf iddia edir ki, həkim hər gün 200 manat civarında dərman müalicəsi yazır. Buna cavab olaraq həkim qeyd edib ki, xəstənin vəziyyətinə uyğun müalicə aparılır:

“Xəstənin vəziyyəti kritikdir. Müalicə, dərmanlar və doz vəziyyətə uyğun olaraq təyin edilir. Biz bu dərmanları təyin edirik. Amma ailə yaxınlarının dərmanları alıb-almamaq kimi azad hüququ var.

Ailə yaxınlarına da demişik, əlimizdə olan dərmanlarla müalicəni davam etdiririk. Lakin ümidimiz günbəgün azalır. Xəstənin müalicəyə cavab verməsi əvvəlki dövrlərə nisbətən zəifləyib”. (Oxu.Az)

XƏBƏR LENTİ
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO
Mətbuat / 18.02.2026 09:00
Etibarlı və dinamik xəbər mənbəyi olan Baku TV 8 yaşında - VİDEO