Çeçenistanda Ş.Ependiyev adına Respublika Klinik Xəstəxanasında baş həkimin müavini vəfat edib.
Rakus.az xəbər verir ki, bunu Çeçenistan parlamentinin spikeri, aparat rəhbəri Maqomed Daudov bildirib.
Onun sözlərinə görə, həkim-uroloq Soipa Solsayeva koronavirusa yoluxubmuş.
Spiker onu da vurğulayıb ki, həkimin cəmi bir ağciyəri olub:
“Bu xəstəliyin ilk növbədə ağciyərlərə təsir etdiyini bilirik. Buna baxmayaraq, o, son ana qədər insanları müalicə edib”.