Səhiyyə 18.11.2020 11:00

Baş infeksionistin məsləhəti: “Otaqları tez-tez havalandırın”

“Hələ yay aylarında üzü payıza və qışa doğru yeni koronavirus infeksiyasına yoluxma hallarının artacağı proqnozlaşdırılmışdı. Hazırda havaların soyuq keçməsi ilə əlaqədar insanlar daha çox qapalı məkanlarda olurlar, təmaslar artır, digər tərəfdən isə otaqların pəncərələri artıq bağlı saxlanılır və havanın dəyişdirilməsi daha az hallarda həyata keçirilir”.

Rakus.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Səhiyyə Nazirliyinin baş infeksionist Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, virusun yayılması soyuq temperaturda və rütubətin az olduğu məkanlarda daha sürətli olur:

“Qapalı məkanlarda rütubət daha azdır və bu məkanlarda virus təkcə asqıraq və öskürək zamanı deyil, həmçinin danışıq, hətta nəfəs vermə zamanı daha kiçik zərrəciklərin daxilində ətrafa yayılır. Hətta bu yüngül zərrəciklərin daha uzaq məsafələrə yayılması mümkündür. Bu dövrdə immunitetin də zəifləməsi yoluxmaların artmasına gətirib çıxarır”.

Baş infeksionits yoluxmaların sayının azaldılması üçün otaqların tez-tez havalandırmaq lazım olduğunu bildirib:

“Otaqda eyni vaxtda olan insanların sayını azaltmaq, məsafənin gözlənilməsi ilə bərabər maskadan istifadəyə ciddi və düzgün əməl etmək lazımdır. İstənilən karantin tədbiri o vaxt effektiv olur ki, hamılıqla və düzgün icra olunsun. Sağlam qidalanmaq, fiziki aktiv olmaq lazımdır”.

“Qeyd etdiyimiz kimi payız-qış aylarında kəskin respirator virus infeksiyaları və o cümlədən qriplə xəstələnmə halları artır. Bu infeksiyaların əlamətləri bir-birinə xüsusən xəstəliyin başlanğıcında olduqca oxşardır və onların fərqləndirilməsi yalnız həkim-mütəxəssis tərəfindən mümkündür”, – T.Eyvazov vurğulayıb.

Baş infeksionist özündə hərarət, ümumi zəiflik, əzginlik, boğaz ağrısı, öskürək və s. kimi əlamətlər hiss edən şəxslərə telefon vasitəsilə ərazi poliklinikasına vaxtında müraciət etməsini tövsiyə edib: “Özünü müalicə ilə məşğul olmaq düzgün deyil. Onu da qeyd etmək istərdim ki, hazırda qripə qarşı aparılmış vaksinasiya da ümumi epidemik durumun yaxşılaşmasına öz töhfəsini verəcək”.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO