Baş nazir kəşmirlilərə “yeni dövr” vəd etdi
Hindistan Kəşmir bölgəsini muxtariyyətlə təmin edən xüsusi statusu ləğv etdikdən sonra Baş nazir Narendra Modi kəşmirlilərə “yeni dövr”ün başlayacağını vəd edib.
Rakus.az xəbər verir ki, N.Modi hökumətinin regionun xüsusi statusunun ləğv etmək və onu Yeni Dehlinin nəzarəti altına keçirmək qərarını dəstəkləyib.
Baş nazir yeni qərarın Kəşmiri terror və separatçılıqdan qurtaracağını deyib. Modi elədə də Kəşmir vətəndaşlarının “layiq olduqları bütün imtiyazlarını heç bir maneə və problem olmadan” alacaqlarını bildirib.
Yeni Dehli İslamabadı 30 ildir hər iki ölkənin iddiasında olduğu mübahisəli Himalay bölgəsində separatçı üsyanlarını təşviq etməkdə ittiham edir.
Dörd gündür kommunikasiyası tamamilə kəsilən müsəlmanların çoxluq təşkil etdiyi Kəşmirdə Hindistan höküməti məhdudiyyətləri yüngülləşdirərək əhalinin cümə namazında iştirak etməsinə icazə verib.
Polis müdiri Dilbaq Sinq Fransanın xəbər agentliyinə bildirib ki, insanların yalnız öz məhəllələrində namazda iştirak etmələrinə icazə verilib.
Bundan əlavə uşaqların dörd gün sonra yenidən məktəbə getmələrinə icazə verilib.